Month: November 2024

  • İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb – FOTO (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub.

    Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • В Азербайджане взнос на ОМС в 2025 году увеличат до 124 манат на человека

    В проекте госбюджета на 2025 год на расходы здравоохранения предусмотрено 1 млрд 999.4 млн манатов.

    Как сообщает Report, в документе отмечается, что это на 133 млн манатов или 7.1% больше по сравнению с прогнозом на 2024 год, и на 277.3 млн манатов или 16.1 % больше по сравнению с фактическим уровнем 2023 года.

    Доля расходов на здравоохранение в структуре расходов госбюджета составит 4.8% (на 0.1 процентных пункта больше по сравнению с 2024 годом).

    Из средств, предусмотренных на здравоохранение, 1 млрд 410.4 млн манатов (на 42.4 млн манатов или 3.1% больше по сравнению с 2024 годом) или 70.6% будут направлены на обязательное медицинское страхование (ОМС) населения за счет государства и расходы по соответствующим госпрограммам и мероприятиям.

    В проекте госбюджета обязательства государства по ОМС населения составляют 1 млрд 266.6 млн манатов или 90% от предусмотренных 1 млрд 410.4 млн манатов для Государственного агентства по обязательному медицинскому страхованию (на 38.2 млн манатов или 3.1% больше по сравнению с текущим годом). Увеличение этих расходов связано с ожидаемым ростом численности населения в следующем году и индексацией в соответствии с ожидаемым уровнем инфляции на конец года.

    Так, в проекте госбюджета на 2025 год размер взноса на ОМС на душу населения достигнет 124.1 маната в соответствии с ожидаемым индексом потребительских цен в 2.7% по итогам 2024 года.

  • Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq

    2025-ci ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1 milyard 999,4 milyon manat vəsait nəzərdə tutulub.

    “Report” xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

    Sənəddə qeyd olunub ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz, 2023-cü illə icrası ilə müqayisədə isə 277,3 milyon manat və ya 16,1 faiz çoxdur.

    Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.

    Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 410,4 milyon manatı (2024-cü illə müqayisədə 42,4 milyon manat və ya 3,1 faiz çox) və ya 70,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması və müvafiq dövlət proqram və tədbirləri üzrə xərclərə yönəldiləcək.

    Gələn ilin dövlət büdcəsinin layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 1 milyard 410,4 milyon manat vəsaitin 1 milyard 266,6 milyon manatını və ya 90 faizini dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir ki, bu cari illə müqayisədə 38,2 milyon manat və ya 3,1 faiz çoxdur. Bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.

    Belə ki, 2025-ci il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 124,1 manat götürülməklə 2024-cü ilin sonuna gözlənilən 2,7 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.

    Bütövlükdə 2020-ci ildən tətbiq olunmuş adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artırılacaq.

    Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirlər üçün 143,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,2 milyon manat və ya 3 faiz çoxdur.

    2025-ci ilin büdcə layihəsində Səhiyyə Nazirliyinə ümumilikdə 327,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 12,1 milyon manat və ya 3,8 faiz çoxdur. Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə ümumi təyinatlı tibbi xidmətin göstərilməsinə 82,5 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 10,2 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasına 5,7 milyon manat, digər xərclərə (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 176,7 milyon manat yönəldiləcəkdir.

    Sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 52,5 milyon manat vəsait proqnozlaşdırılmışdır.

    Azərbaycanın Xüsusi Tibb Xidməti üçün qanunvericiliklə müəyyən edilən şəxslərin tibbi təminatının göstərilməsi üçün 18,9 milyon manat vəsait nəzərdə tutulub.

  • Азербайджан увеличивает расходы на оборону

    В рамках ответных мер Азербайджана на широкомасштабную политику милитаризации Армении в государственном бюджете на 2025 год увеличиваются расходы на оборону и безопасность.

    Как сообщает Report, в проекте госбюджета указано, что расходы на оборону и безопасность на следующий год составят в общей сложности 8 млрд 396 млн манатов.

    Отметим, что изначально указанные расходы планировались в размере 6 млрд 658 млн манатов. Однако, учитывая масштабы милитаризации в Армении, по указанию Президента Азербайджана Ильхама Алиева, расходы на оборону и безопасность были увеличены на 1 млрд 738 млн манатов и достигли 8 млрд 396.3 млн манатов.

    Финансирование этих расходов будет обеспечено за счет увеличения трансферта из Государственного нефтяного фонда Азербайджана в государственный бюджет на 1 млрд 700 млн манатов.

    В структуру расходов на 2025 год входят 2 млрд 665.2 млн на Вооруженные силы, 467 млн 917 тыс. на национальную безопасность, 540 млн 314 тыс. манатов на пограничную службу.

    Также на другие виды деятельности, относящиеся к сфере обороны и национальной безопасности, предусмотрено 4 млрд 717.4 млн манатов.

  • Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır

    Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır.

    “Report”un məlumatına görə, dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib.

    Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

    Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

    2025-ci ilin xərclərin strukturuna müdafiə qüvvələri üçün 2 milyard 665, 2 milyon, milli təhlükəsizlik üçün 467 milyon 917 min, sərhəd xidməti üçün 540 milyon 314 min manat daxildir.

    Həmçinin, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.

  • Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi artırılır

    Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir.

    “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.

    Məlumat üçün bildirək ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

  • Ильхам Алиев поздравил султана Омана

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо султану Омана Хайсаму бен Тареку аль Саиду.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ по случаю национального праздника Султаната Оман.

    В этот праздничный день желаю Вам крепкого здоровья, счастья, дружественному народу Омана – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Oman Sultanını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqına daim firavanlıq və rifah arzulayıram”.

  • В Нахчыване повышены зарплаты депутатов

    Повышены зарплаты депутатов Верховного Меджлиса Нахчыванской Автономной Республики (НАР).

    Как сообщает Nuhçıxan, ранее депутаты получали ежемесячную зарплату за должность решением Верховного Меджлиса. Теперь по новым правилам размер их зарплаты будет указываться в законе “О статусе депутата Верховного Меджлиса НАР”.

    Согласно новому закону, председатель Верховного Меджлиса Нахчывана будет получать ежемесячную зарплату в размере 3 330 манатов, первый заместитель председателя – в размере 95% месячной зарплаты председателя (3 163 маната), заместитель председателя – 90% от размера зарплаты председателя (2 997 манатов), председатель комитета – 65% (2 164 маната), заместитель председателя комитета – 60% (1 998 манатов), депутат – 50% (1 665 манатов).

    Председатель Верховного Меджлиса, его первый заместитель и заместитель ежемесячно получают надбавку к должностной зарплате в размере 2-кратной зарплаты, председатели комитетов Верховного Меджлиса, их заместители и депутаты – в 1.5 раза к должностному окладу.

    Также депутатам будет предоставляться отпуск, когда Верховный Меджлис уходит на каникулы.

  • Naxçıvanda deputatların maaşı artırılıb

    Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub.

    “Nuhçıxan”ın məlumatına görə, yeni çağırış deputatlarının aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.

    Belə ki, əvvəllər Ali Məclisin deputatları qərarla müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar.

    Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu” haqqında qanunda qeyd olunacaq.

    Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3 330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3 163 manat), sədrin müavini 90 faizini (2 997), komitə sədri 65 faizini (2 164 manat), komitə sədrinin müavini 60 faizi (1 998 manat), sıravi deputat isə 50 faizi (1 665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.

    Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1.5 misli həcmində vəzifə maaşına əlavə alırlar.

    Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.