Month: November 2024

  • Beyruta endirilən zərbələr nəticəsində altı nəfər öldü, 36 nəfər yaralandı

    İsrailin Beyrutun mərkəzi və qərbinə endirdiyi hava hücumları nəticəsində azı 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi rəsmi “Facebook” hesabında məlumat verib.

    Qeyd olunur ki, İsrailin Rəs əl-Nəbaa bölgəsinə (Beyrutun mərkəzində) hücumu nəticəsində biri qadın olmaqla dörd nəfərin ölümü, 14 nəfərin, o cümlədən iki uşağın yaralanması ilə nəticələnib. Bundan əvvəl hava zərbəsi nəticəsində “Hizbullah” təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif və daha dörd nəfərin həlak olduğu bildirilirdi. Yaralıların dəqiq sayı barədə məlumat verilməyib.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Beyrutun qərbindəki Mar İlyas və Karakol-Druz bölgələrinə hücumu nəticəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.

  • Проармянский конгрессмен Фрэнк Паллоне бежал из Азербайджана

    Проармянский конгрессмен США Фрэнк Паллоне, оскорбивший азербайджанский народ, уже покинул Баку.

    Отметим, что визит Ф.Паллоне в Азербайджан вызвал резкое осуждение и возмущение общественности.

    Как уточнила АПА из дипломатических источников, на самом деле Фрэнк Паллоне планировал принять участие в СОР29 с 18 ноября, а также провести многочисленные встречи в Баку. С этой целью он приехал в Баку в минувшую субботу днем и постарался сделать выходные для себя памятными, проведя неформальные встречи.

    Однако Паллоне, которого в аэропорту заметили азербайджанские СМИ, на вопросы не ответил. Руководители местных НПО и общественные активисты, узнавшие о его приезде, собрались перед отелем, где он остановится. Чтобы дождаться их ухода, американский конгрессмен изменил свой маршрут. Он не поехал в отель, как предполагалось изначально, а внезапно появился на климатической конференции COP29. Здесь местные СМИ поинтересовались у него, сколько ежемесячно он получает денег от армянских лоббистских организаций за клеветнические кампании против Азербайджана, сколько в целом стоят его “услуги”. Ф.Паллоне, не ответив на вопросы, пытался скрыться от журналистов. Хотя ему было предложено принять участие в брифинге в рамках COP29 с участием представителей законодательного органа США, Паллоне отказался от мероприятия, опасаясь возможных вопросов азербайджанских СМИ. В отеле его встретила группа разгневанных руководителей НПО и общественных активистов Азербайджана. На акции протеста граждане скандировали: “Паллоне, проваливай!”, “Извинитесь перед азербайджанским народом!”. В связи с этим конгрессмен США смог войти в отель только с помощью своих охранников и местных правоохранительных органов. Он также отменил все свои встречи.

    Он не решился выйти из отеля, где остановился, после того как азербайджанские общественные активисты и представители НПО провели перед гостиницей акцию протеста. Протестующие скандировали лозунги “Паллоне, убирайся вон!”, “Паллоне – нарушитель границы”, “Паллоне, ответь”. Однако конгрессмен предпочел отсидеться в номере. По данным источников, Паллоне попал в неловкое положение перед многочисленными иностранными гостями отеля, но побоялся выйти на улицу.

    Из окон гостиницы открывался вид на Парк военных трофеев и Арку Победы, напоминающие о триумфе Азербайджана в 44-дневной Отечественной войне и однодневной антитеррористической операции. Паллоне с горечью наблюдал эти символы краха “великой Армении” и жестко отчитал помощников за выбор отеля в таком месте.

    В итоге под покровом ночи конгрессмен тайно покинул гостиницу, направился прямиком в аэропорт и улетел из Баку чартерным рейсом. Так бесславно завершился визит Фрэнка Паллоне в Азербайджан.

    Напомним, что в США Ф.Паллоне известен как исламофоб, тюркофоб, финансовый мошенник и коррупционер. Его деятельность строится на клевете против Азербайджана. Паллоне защищает интересы армянского лобби в Америке и неоднократно допускал неуважение к суверенитету и территориальной целостности Азербайджана.

  • Ermənipərəst ABŞ konqresmeni Azərbaycandan qaçdı

    Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni artıq ölkəni tərk edib.

    Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.

    Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.

    Bildirilib ki, əslində Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.

    Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı hotelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, hotelə getməyib, qəfil COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-nin qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib. Onu hoteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Peloni, rədd ol!”, “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni hotelə mühafizəçilərinin və yerli hüquq-mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.

    Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün hoteldən bayıra çıxa bilməyib. Dünən növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı hotelin qarşısında “Peloni, rədd ol!”, “Peloni – sərhəd pozucusu”, “Peloni, cavab ver” şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.

    Hoteldə çoxsaylı xarici qonaqlar olduğundan içəridə də pərt vəziyyətinə düşüb, lakin hoteldən çıxmağa da qorxub.

    Onun hotel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antiterror əməliyyatı ilə “Böyük Ermənistan mifi”nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, hotelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.

    Peloninin hava işıqlanmamış – səhərəyaxın hoteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.

    Xatırladaq ki, F.Peloni ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.

  • В Азербайджане повышается минимальная пенсия

    В следующем году планируется повышение минимальной пенсии в Азербайджане с 270 до 280 манатов.

    Как сообщает Qafqazinfo, об этом заявил министр финансов страны Самир Шарифов во время обсуждения законопроекта “О государственном бюджете Азербайджанской Республики на 2025 год” на сегодняшнем заседании комитета по экономической политике, промышленности и предпринимательству Милли Меджлиса.

    “На расходы по социальному обеспечению из государственного бюджета предусмотрено 4 млрд 812 млн манатов. Это означает рост на 9.6%”, – отметил министр.

  • Azərbaycanda minimum pensiya artırılır

    “Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan 280 manata artırılması nəzərdə tutulur”.

    “Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

    “Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, – deyə nazir qeyd edib.

  • Turşudan zəhərləmə ölümlə nəticələnib: Təhlükədən necə qorunmaq olar? – VİDEO

    İsti aylarda hazırlanan turşular qışda daha çox istifadə edilir. Bu səbəbdən də qış aylarında turşudan zəhərlənmə halları çox olur.

    Xezerxeber.az xatırladır ki, bir neçə gün əvvəl də Sumqayıtda pomidor turşusundan zəhərlənən 53 yaşlı qadın həyatını itirib.

    Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, turşu məhsullarının hazırlanmasında bəzi məqamlar var ki, bunlara ciddi yanaşmadıqda zəhərlənmə, ölüm halı qaçılmaz olur. Turşu məhsullarının qablaşdırılmasına və saxlanma şəraitinə diqqət etmək lazımdır. Şüşə qablarda hazırlanan məhsullar bir -birinə yaxın və günəş şüaları altında saxlanmamalıdır.

    Ekspert bildirib ki, istifadəyə yararsız konservləşmiş məhsulu qablaşdırmanın görünüşündən, qapağın altında yığılmış ağ təbəqədən və qoxusundan aydın etmək olur. Bu məhsullar qaranlıq şəraitdə saxlanmalı, otaq temperaturu isə 20-23 dərəcə arasında olmalıdır.

    Ətraflı süjetdə:

  • Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir? – VİDEO

    Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib.

    Sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb.

    İnfeksionist Aytən Ziyadova “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, virusun tərkibi COVID-dən fərqli olduğundan geniş kütləyə yoluxma halı gözlənilən deyil. Eyni səbəbdən virusun mutasiyası da müşahidə edilmir.

    Aytən Ziyadova qeyd edib ki, hazırda bu virusa ölkəmizdə rast gəlinməsə də, bütün ilkin tədbirlər görülüb və vəziyyət mütəxəssislər tərəfindən diqqətdə saxlanılır. Bununla yanaşı, meymunçiçəyi istisna hallarda öldürücü xarakter daşıya bilir.

    İnfeksionistin sözlərinə görə, meymunçiçəyi virusu koronavirus kimi gizli yayılmır. Birbaşa təmas yolu ilə yoluxur və irinli səpkilərlə müşahidə olunur. Yoluxan şəxsdə yüksək hərarət və əzələ ağrısı müşahidə edilir.

    Ətraflı süjetdə:

  • СМИ: Несколько министров Армении подали в отставку

    Министр территориального управления и инфраструктур Гнел Саносян и руководитель Комитета государственных доходов Рустам Бадасян подали заявления об отставке после жесткого разговора с премьер-министром Армении Николом Пашиняном.

    Об этом пишут армянские СМИ.

    Отмечается, что Бадасян и Саносян были вызваны на экстренную встречу с главой правительства.

    Также сообщается, что в отставку подал и глава МВД Ваге Казарян. Кроме того, примеру коллег последовал руководитель Следственного комитета Аргишти Кярамян.

    Официального подтверждения громких отставок пока нет. Решение премьер-министра ожидается в ближайшее время.

    Подчеркивается, что это все происходит после недавнего “разноса”, устроенного Пашиняном силовикам в ходе заседания Кабмина.

  • Ermənistanda bir neçə yüksəkvəzifəli məmur istefa verib

    Erməni sosial şəbəkələri baş naziri Nikol Paşinyanın hökumətin tərkibində təmizləmələr həyata keçirdiyini yazır.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyan istefa ərizələrini təqdim ediblər.

    Qeyd olunur ki, daxili işlər naziri Vahe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da istefa verib.

    Bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.

    İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.

  • Qadın iş yerində baltalanaraq öldürüldü – Keçmiş əri saxlanıldı

    Füzuli rayonunda qadın qətlə yetirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib.

    Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.

    Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.

    Ali təhsilli olan E.Bağırov isə daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.