Month: November 2024

  • Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

    Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, 2022-ci il yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixdə saat 00:30-da Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

  • Bakıda avtomobil piyadanı vuraraq öldürüb

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

    Belə ki, Şəhriyar Fərman oğlu Nuriyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən Elman Məmməd oğlu Əbdülkərimovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Манана Джапаридзе понесла тяжелую утрату

    Заслуженная артистка Азербайджана Манана Джапаридзе понесла тяжелую утрату.

    Скончалась мать певицы Маквала Джапаридзе.

    Манана сообщила об этом на своей странице в Instagram.

    Согласно информации, Маквала Джапаридзе ушла из жизни после продолжительной болезни.

  • Manana Caparidzeyə ağır İTKİ

    Azərbaycanın Əməkdar artisti Manana Caparidzeyə ağır itki üz verib.

    Müğənninin anası Makvala Caparidze vəfat edib.

    Müğənni bu barədə rəsmi “Instagram” hesabında paylaşım edib.

    Makvala Caparidzenin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

  • С сегодняшнего дня возобновлено движение по шести регулярным маршрутным линиям

    С сегодняшнего дня возобновлено движение по шести регулярным маршрутным линиям.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    Согласно информации, с 18 ноября будет восстановлена схема движения автобусов, курсирующих по маршрутам №2, 6, 24, 46, 4 и 10.

    Функционирование других регулярных маршрутных линий будет восстановлено поэтапно.

  • Bu gündən altı marşrut xəttinin fəaliyyəti BƏRPA OLUNDU

    Bu gündən etibarən altı xətt üzrə hərəkət edən müntəzəm şəhərdaxili marşrutların fəaliyyəti bərpa edilib.

    Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

    Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa ediləcək.

    Qeyd olunub ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
    //oxu.az

  • В Азербайджане увеличивается размер прожиточного минимума на следующий год

    Прожиточный минимум в Азербайджане на 2025 год устанавливается в размере 285 манатов.

    Как сообщает Report, об этом говорится в заключении Счетной палаты к государственному бюджету на 2025 год.

    Отметим, что в заключении критерий нуждаемости в стране на следующий год принят в размере 285 манатов. Прожиточный минимум, в свою очередь, определяется на основе критерия нуждаемости.

    Отметим, что прожиточный минимум на 2024 год утвержден в размере 270 манатов.

  • Azərbaycanda gələn il üçün yaşayış minimumunun məbləği artırılır

    Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir.

    “Report” xəbər verir ki, bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.

    Qeyd edək ki, rəydə növbəti il üçün ölkədə ehtiyac meyarı 285 manat kimi götürülüb. Yaşayış minimumu, öz növbəsində, ehtiyac meyarı əsasında müəyyən edilir.

    Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində təsdiqlənib.

  • Avtomobili ilə qadını vurub öldürdü

    Astarada maşın piyadanı vuraraq öldürüb.

    APA xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndində baş verib.

    Belə ki, Qismət Feyziyev idarə etdiyi VAZ-2104 markalı avtomobil ilə piyada Xəyalə Nəsirovanı vurub.

    Hadisə nəticədə Xəyalə Nəsirova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Fakta bağlı cinayət işi başlanılıb.

  • Kino ulduzundan qəribə etiraf

    Tanınmış kino ulduzu Denzel Vaşinqton bugünlərdə “The Sunday Times”ın jurnalistlərinə müsahibə verib.

    Söhbət zamanı aktyor qəribə etiraf edib. O bildirib ki, heç bir filminə tam baxmayıb.

    Sənətçinin sözlərinə görə, özünün iştirakı ilə filmlərə baxanda səhvlərini, qeyri-dəqiqliklərini görməyə başlayır.

    “Ekranda bütün səhvlərinizi görürsünüz. Özünüzə “niyə bunu etdim?” sualı verirsiniz”, – deyə aktyor izah edib.

    Denzel Vaşinqtonun son filmi baş rolda oynadığı Ridli Skottun “Qladiator 2” ekran əsəridir. Filmdə aktyor Roma imperatoru Makrinusun rolunu canlandırıb.