Month: November 2024

  • Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)

    Müğənni Xuraman Şuşalı binada yerləşən mənzilini satışa çıxarıb.

    Baku.ws xəbər verir ki, o bu barədə qonaq olduğu “Rəngarənag” verilişində bildirib. İfaçı qeyd edib ki, iki evini satıb böyük və lüks həyət evi almaq istəyir.

    Müğənni evlərindən birinin Nizami metrosu yaxınlığında yerləşdiyini və kvadratmetrinin 3000 AZN olduğunu qeyd edib.

    Xuramanın sözügedən ərazidə satmaq istədiyini evin sahəsi isə 91 kvadratmetrdir.

    Bu zaman aparıcı satışa şıxardığı mənzilinin qiymətinin 280 000 AZN olduğunu qeyd edib.

    Ətraflı videoda:

  • Əmək müqavilələrinin sayı 2 milyona çatır

    1 noyabr 2024-cü il tarixinə Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 469.802 vahid artaraq 1.871.717 olub.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Qeyd edək ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 445.682 vahid artaraq 985.604 təşkil edib.

  • “Qalatasaray”dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

    “Qalatasaray” klubu argentinalı futbolçu Mauro İkardi barədə yayılan xəbərlə bağlı açıqlama yayıb.
     
    “Srı-qırmızılı” klubun rəsmi sosial media hesabından verilən açıqlamada bu ifadələr yer alıb:

    “Peşəkar futbolçumuz Mauro İkardi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oyunçumuz Argentinadakı evində dincəlir. İdmançımızı mənən əzmək məqsədi daşıyan bu xəbərlərə diqqət yetirməməyinizi xahiş edirik”.

  • Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? – Həkim

    65 yaşdan sonra spirtli içki qəbul etmək beyindəki sinir hüceyrələrində yaşa bağlı dəyişiklikləri sürətləndirir və demensiyanın inkişaf riskini artırır.

    Bu barədə “Daily Mail”ə amerikalı nevroloq doktor Riçard Restak məlumat verib.

    Doktor Restakın dediyinə görə, 65 yaşdan sonra demensiyanın inkişaf riski beş dəfə artır və bundan sonra hər beş ildən bir artmağa davam edir. Çoxsaylı tədqiqatlar ağır alkoqolun məruz qalmasının xəstəliyin inkişaf riskinin artması ilə əlaqələndirilib, çünki uzun müddətli ağır içkinin beynin müəyyən hissələrini daraltdığı bilinir.

    Həkim izah edib ki, 65 ildən sonra hətta kiçik dozada spirt belə demensiyanın inkişafına təkan verə bilər. Fakt budur ki, spirt öyrənmə və yaddaşda mühüm rol oynayan sinir hüceyrələri üçün zəhərlidir.

    Nevroloq əlavə edib ki, xəstəliyin daha çox yayılmış formaları ilə yanaşı, həddindən artıq spirt istehlakı da Wernicke-Korsakoff sindromu adlanan yaddaş itkisinə səbəb ola bilər. Bu, spirt bədənin sağlam beyin hüceyrələrini saxlamaq üçün vacib olan B1 vitamini (həmçinin tiamin kimi tanınır) udmaq qabiliyyətinə mane olduqda baş verir. Bu sindromlu insanlar keçmişdə baş verən bir çox hadisələri xatırlaya bilmir, həmçinin yeni məlumatları mənimsəyə bilmirlər.
    //qaynarinfo

  • Yeni ildə neçə gün iş olmayacaq?

    2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı məlum olub.

    Bizim.Media Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.

    2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə-bazar ertəsinə təsadüf edir. Dekabrın 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də, yəni, 3 gün ardıcıl iş olmayacaq. 3 yanvar həftənin cümə günü, yəni iş günüdür. Ondan sonrakı günlər 4 və 5 yanvar isə şənbə-bazar, yəni istirahət günlərinə düşür.

    Belə hallarda adətən Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.

    Dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 31-i, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. 30-u da həmin günlərə əlavə olunarsa, ardıcıl 6 gün qeyri-iş günü olacaq. Müvafiq qərarla 3 yanvar da qeyri-iş günləri sırasına daxil edilərsə, ardıcıl 9 günün qeyri-iş günü olması mümkündür.

    Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetindən hələki qərar verilməyib.

  • “Baker Hughes” şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib

    İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “Baker Hughes” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

    Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilən layihələr, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlığın və səmərəliliyin artırılması üzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və dekarbonizasiya istiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.

    Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialından səmərəli istifadənin, iqlim fəaliyyətinin beynəxalq standartlara uyğun təşkilinin və bərpa olunan enerjiyə investisiyaların artırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqi və bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyi töhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

  • İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb

    Türkiyənin İstanbul şəhərində polis PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində altı nəfər şübhəli saxlanılıb.

    Müvafiq hüquqi prosedurdan sonra onların işi məhkəməyə göndərilib.

    Verilən məlumata görə, daha bir nəfərin axtarışları davam edir.

  • Жительница Сумгайыта скончалась в больнице после отправления соленьями

    Жительница Сумгайыта скончалась в больнице, куда была размещена после отправления соленьями из помидоров.

    Инцидент произошел в Джейранбатанском садовом массиве.

    12 ноября 52-летняя Эльнара Гафарова была госпитализирована в Баку после отравления соленьями. Несмотря на оказанную ей медицинскую помощь, через два дня она скончалась в больнице.

    Прокуратура города Сумгайыт начала расследование по факту.

  • Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb

    Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

    Hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

    1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Раньери в третий раз возглавил футбольный клуб “Рома”

    Клаудио Раньери в третий раз в карьере стал главным тренером итальянского футбольного клуба “Рома”.

    Об этом сообщает пресс-служба “Ромы”.

    Отмечается, что контракт рассчитан до конца текущего сезона, по окончании которого 73-летний Раньери перейдет на руководящую должность в клубе.

    Напомним, что итальянский специалист возглавлял “Рому” с 2009 по 2011 год и в 2019 году. Помимо “Ромы”, Раньери возглавлял ряд итальянских клубов, в числе которых “Наполи”, “Фиорентина”, “Ювентус”, “Интер”, “Парма”, “Самдория”, испанские “Валенсию” и “Атлетико”, английские “Челси”, “Фулхэм”, “Уотфорд” и “Лестер”, с которым в 2016 году стал чемпионом страны, французский “Нант”, “Монако”, а также сборную Греции. Итальянец привел “Валенсию” к победе в Кубке Испании, Кубке Интертото и Суперкубке УЕФА, с “Фиорентиной” выигрывал Кубок Италии и суперкубок страны.

    “Рома” после 12 туров набрала 13 очков и занимает 12-е место в таблице чемпионата Италии. В следующем матче команда из Рима 24 ноября на выезде сыграет с лидером турнира “Наполи”.