Month: November 2024

  • Filipp Kirkorov axtarışa verildi

    Rusiyanın Xalq artisti Filipp Kirkorov avtomobili sürətli sürmək sevgisinə və yol hərəkəti qaydalarına məhəl qoymadığına görə xoşagəlməz vəziyyətə düşüb.

    Bu barədə Median.Az “SHOT” “Telegram” kanalına istinadən xəbər verir.

    Məlumata görə, məhkəmə icraçıları müğənnini yol hərəkəti qaydalarını pozduğuna görə yığılmış və ödənilməmiş cərimələrlə bağlı axtarışa veriblər.

    Bildirilib ki, 2023-cü ilin dekabrından başlayaraq, Kirkorov özünün dəbdəbəli “Rolls-Royce” avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozub. Çox vaxt rusiyalı pop ulduz sürət həddini aşıb, yol nişanlarının və xəttin tələblərinə məhəl qoymayıb və maşınını yanlış yerlərdə park edib. Bu pozuntular nəticəsində yığılmış cərimələrin məbləği 24 min rubla (400 manatdan çox – red.) çatıb.

    Məhkəmə icraçıları Filipp Kirkorovun könüllü olaraq cərimələri ödəməsini gözləmədən ona qarşı icra tədbirinə başlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, müğənninin avtomobilinin qeydiyyat proseslərinə qadağa qoyulub, bu da o deməkdir ki, borc ödənilənə qədər avtomobili satmaq və ya yenidən qeydiyyatdan keçirmək mümkün deyil.

  • İlham Əliyev Mahmud Abbasa təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləmişdir. Ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.

    İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimiz və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram”.

  • В Пентагоне отрицают наличие у правительства США внеземных технологий

    Министерство обороны США отвергло изложенную его бывшим сотрудником версию о наличии у американского правительства внеземных технологий.

    Как передает Median.Az, об этом заявила ТАСС представитель Пентагона Сьюзан Гоуф, отвечая на соответствующий запрос.

    “К настоящему моменту министерство обороны не обнаружило каких-либо достоверных свидетельств того, что наблюдение за неопознанными аномальными явлениями (UAP – Unidentified Anomalous Phenomena – прим. ТАСС) выявило внеземную активность”, – заявила представитель Пентагона.

    По ее словам, оборонное ведомство США “также не обнаружило сколько-нибудь достоверных данных в подкрепление утверждений о том, что какие-либо программы, касающиеся владения или воспроизведения внеземных материалов, существовали в прошлом или существуют сейчас”.

    По словам Гоуф, подведомственное Пентагону Управление по разрешению аномалий во всех областях (AARO) “продолжает изучать исторические данные”, касающиеся программ правительства США по изучению НЛО.

  • Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib

    Pentaqon keçmiş əməkdaşının ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olması ilə bağlı iddialarını rədd edib.

    Bu barədə “TASS”a Pentaqonun sözçüsü Syuzan Qof məlumat verib.

    Onun sözlərinə görə, ABŞ müdafiə departamenti yerdənkənar materialların saxlanması və ya çoxaldılması ilə bağlı hər hansı proqramın keçmişdə mövcud olması və ya hazırda mövcudluğu iddialarını dəstəkləmək üçün heç bir etibarlı məlumat tapmayıb.

    Qof, Pentaqonun Bütün Sahələrdə Anomaliyaların Həlli Ofisinin ABŞ hökumətinin Uçan Naməlum Obyektlərlə bağlı tarixi məlumatları nəzərdən keçirməyə davam etdiyini söyləyib.

  • Израильские ВВС нанесли удары по сооружениям “Исламского джихада” в Сирии

    Армия обороны Израиля (ЦАХАЛ) нанесла удары по военным сооружениям и штабам организации “Исламский джихад” на территории Сирии.

    Об этом сообщила пресс-служба армии.

    “Сегодня силы ЦАХАЛ нанесли удары по военным сооружениям и командным центрам, принадлежащим террористической организации “Исламский джихад” в Сирии”, – говорится в сообщении.

    В сообщении отмечается, что организация “Исламский джихад” оказывает поддержку движению “Хезболлах” на юге Ливана, а также причастна к событиям 7 октября прошлого года.

    Напомним, что Израиль с 1 октября проводит наземную операцию против сил “Хезболлах” на юге Ливана и продолжает воздушные бомбардировки соседней страны.

  • İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib

    İsrail Müdafiə Qüvvələri Suriyada “İslami Cihad” təşkilatının hərbi obyektlərinə və qərargahına hücum edib.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    “Bu gün Müdafiə Qüvvələri Suriyada “İslami Cihad” təşkilatına məxsus hərbi obyektlərə və komanda mərkəzlərinə zərbələr endirib”, – məlumatda deyilir.

    Qeyd olunub ki, “İslami Cihad” təşkilatı Livanın cənubunda “Hizbullah” hərəkatına dəstək verir, eləcə də ötən il oktyabrın 7-də baş verən hadisələrdə iştirak edib.

    Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir.
    //report

  • COP29-un ən balaca iştirakçısı (VİDEO)

    Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Tədbirə dünyanın dörd bir yanından müxtəlif yaşda qonaqlar gəlib.

    Sosial şəbəkələrdə COP29-un ən balaca iştirakçısının görüntüləri paylaşılıb.

    Görüntülərdə anasının qucağında olan uşağın tədbirdə iştirak üçün giriş kartının olması da maraq doğurub.

  • Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı

    Cümə axşamı, noyabrın 14-də Cənubi Koreyanın “Hyundai Rotem” şirkətinin K2 “Qara Pantera” tankları Rusiyanın Kalininqradla sərhədindən bir neçə kilometr aralıda yerləşən Branevo şəhərindəki 9-cu Branevo Zirehli Süvari Briqadasına çatdırılıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə WNP məlumat yayıb.

    Nəşr qeyd edir ki, Polşada ölkə silahlı qüvvələrinin daha bir bölməsinin Koreya texnikası ilə silahlanması prosesinə başlanılıb.

    Onların məlumatına görə, Branevoya ümumilikdə doqquz tank çatdırılıb, onlardan yeddisi 1-ci tank taboruna, qalan ikisi isə başqa bölməyə veriləcək.

    Ümumilikdə, Polşanın artıq 71 tankı var və ilin sonuna qədər daha iki 13 ədəd texnikanın tədarükü planlaşdırılır. Bunlardan böyük ehtimalla Branevoya gedəcək, materialda deyilir.

    2022-ci ilin avqustunda Polşa və Cənubi Koreya 180 tankın alınması ilə bağlı müqavilə imzalayıb. Hazırda ölkə daha 180 tankın alınması üçün ikinci müqavilənin imzalanması ilə bağlı danışıqlar aparır.

  • Ukrayna atom bombası hazırlayır? – Rəsmi Kiyevdən açıqlama

    Böyük Brtitaniyanın “The Times” nəşri Ukraynanın nüvə silahı hazırlaya biləcəyi barədə məlumat yayıb.

    Nəşrin yazdığına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya silah yardımını dayandırarsa, rəsmi Kiyev bir neçə ay ərzində atom bombası hazırlaya bilər.

    “The Times” qeyd edir ki, Ukrayna bu silahı ABŞ-ın 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atdığı “Fat Man” bombası kimi qısa müddətdə plutoniumdan hazırlamağı planlaşdırır.

    Nəşr bu iddiaları yayarkən Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanan hesabata istinad edib. Həmin sənəddə qeyd edilir ki, 80 ildən sonra ABŞ-ın Manhette Layihəsi çərçivəsində hazırladığı “Fat Man” bombası kimi bomba hazırlamaq heç də çətin deyil.

    Hesabatda daha sonra qeyd edilir ki, bu bomba Rusiyanın hərbi-sənaye və logistika obyektlərini məhv etmək üçün kifayət edə bilər.

    Ukrayna Xarici İşlər Nazirliyi (XİN) isə bu iddiaları təkzib edib. XİN-nin açıqlamasında bildirilir ki, Ukrayna nüvə silahının yayılmaması haqqında müqaviləyə sadiqdir.

    “Biz nüvə sliahına malik deyilik. Ukrayna MAQATE ilə sıx əməkdaşlıq edir. Ölkəmiz MAQATE-nin monitorinqi açıqdır”, deyə Ukrayna XİN-nin Georgi Tixi bildirib.

  • Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər

    “Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır”.

    Report xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Fögel COP29 çərçivəsində keçirilən “Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” adlı tədbirdə deyib.

    O bildirib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq:

    “Ölkələr, insanlar, iqtisadiyyatlar, şirkətlər çətin günlər yaşayırlar. Ona görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankının adından mənim mesajım ola bilər. Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları maliyyə ayırdıq. Bu, iqlimin maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəklərdən biridir”.

    Vitse-prezident qeyd edib ki, Dünya Bankı iqlimə davamlı borc müddəaları kimi yeni alətlər təqdim edib:

    “Ölkələr, xüsusən də kiçik ada dövlətləri fəlakətlərlə üzləşdikdə həqiqətən köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə müqavilələrimiz var. Bu ölkələr fəlakətlə üzləşdikdə borc ödəmələrini təxirə sala və ya azalda biləcəklər”.