Month: November 2024

  • “Roma” yeni baş məşqçisinin adını açıqlayıb

    İtaliyanın “Roma” kollektivi yeni baş məşqçisinin adını açıqlayıb.

    Median.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “canavarlar”ı Klaudio Ranyeri çalışdıracaq.

    O, yeni komandası ilə cari mövsümün sonuna qədər anlaşıb.

    Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl iki dəfə “Roma”nın uğurları üçün çalışıb. K.Ranyeri 2016-cı ildə “Lester”in baş məşqçisi kimi İngiltərə çempionluğunu qazanıb.

  • “Formula 1” Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb

    “Formula 1” Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb.

    Tərəflər 2025-ci ildə başa çatacaq sözləşmənin müddətini 2031-ci ilə qədər artırıblar.

    Monako Qran-prisi gələn il mayın 23-25-i aralığında baş tutacaq.

    Qeyd edək ki, 8 dəfə Qran-priyə ev sahibliyi edən Azərbaycanın “Formula 1” ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
    //report

  • Andres İnyesta Danimarka klubunu alıb

    İspaniya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Andres İnyestanın “Never Say Never” (NSN) şirkəti Danimarkanın “Helsinger” klubunu alıb.

    40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli “Sport TV2″yə açıqlamasında bildirib.

    O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.

    2005-ci ildə yaranan “Helsinger” klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan “Helsinger” stadionunda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/2018 mövsümündə Danimarka Superliqasında çıxış edib.

    Qeyd edək ki, son olaraq Birləşmiş Ərəb Əmirliklərində “Emireyts”in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.

  • Азербайджан и Турция проведут совместные учения ВМС

    Азербайджан и Турция проведут совместные учения военно-морских сил.

    Об этом сообщил пресс-секретарь Министерства национальной обороны Турции Зеки Актюрк на брифинге.

    По его словам, учения пройдут с 18 по 29 ноября в Средиземном море, у берегов района Аксаз провинции Мугла.

  • Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər

    Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək.

    Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.

  • Cəbrayılda AĞIR QƏZA – Ölənlər var

    Bu gün səhər saatlarında Cəbrayılda yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, “Hyundai” markalı maşın yük avtomobili ilə toqquşub.

    Qəza nəticəsində “Hyundai”da olan iki nəfər ölüb.

    Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

    Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 10 ay ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 252 min manat olub.

  • Ahıska türklərinin sürgün edilməsindən 80 il ötür

    Ahıska türklərinin öz vətənlərindən sürgün olunmasından 80 il keçir.

    Bu gün keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska türklərinin 1944-cü il noyabrın 14-də sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) deportasiya edilməsinin 80-ci ildönümüdür.

    Məlumata görə, deportasiya zamanı o dövrdə Gürcüstanda 212 kənddə yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi Asiya respublikalarına sürgün ediliblər.

    Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib, orada məcburi əməyə cəlb olunublar.

    Sürgündəki dözülməz şərait ən azı 12 min (bəzi informasiyalara görə, 50 minə qədər) Ahıska türkünün ölümünə səbəb olub.

    Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri əsasında SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min milis əməkdaşı tərəfindən həyata keçirilib.

  • 20 yaşlı basketbolçu NBA-da yeni rekorda imza atıb

    “San-Antonio” klubunun oyunçusu Viktor Bembanyama Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb.

    “Report” xəbər verir ki, fransalı idmançı buna müntəzəm mövsümdə “Vaşinqton Uizards”a 139:130 hesabı ilə qalib gəldikləri qarşılaşmada nail olub.

    Bembanyama görüşdə 50 xalla yadda qalıb. O, NBA tarixində bunu bacaran ən gənc (20 yaş 315 gün) mərkəz oyunçusudur.

    Qeyd edək ki, bu, Viktor Bembanyamanın NBA-da ikinci mövsümüdür.

  • “Amerikanın səsi” radiosunun fars dili redaksiyasının keçmiş əməkdaşı intihar edib

    “Amerikanın səsi” radiosunun fars dili redaksiyasının 42 yaşlı keçmiş əməkdaşı Mehdi (Kianuş) Səncəri İranın Tehran şəhərində ölüb.

    Məlumatı BBC yayıb.

    Onun intihar nəticəsində öldüyünə dair xəbərlər yayılıb. Nəşini görən dostları Kianuş Səncərinin intihar etdiyini təsdiqləyib.

    Məlumata görə, Kianuş Səncəri ölümündən qabaq “X” səhifəsində belə yazıb: “Özünüifadəyə görə heç kim həbsdə olmamalıdır. Etiraz İranın hər vətəndaşının hüququdur. Dörd məhbus – Fatimə Seperi, Nəsrin Şakrami, Tumay Salehi və Arşam Rezai noyabrın 13-ü saat 19-dək sərbəst buraxılmasa, intihar edəcəyəm”.

    Kianuş Səncəri 1982-ci il sentyabrın 11-də İranda anadan olub. 2008-2013-cü illərdə “Amerikanın səsi”ndə (“Voice of America Persian News Network”), Boroumand Fondu (“Boroumand Foundation”), İran İnsan Haqları Sənədləri Mərkəzi (“Iran Human Rights Documentation Center”) və İnsan Haqları Təşkilatında (“Iran Human Rights Organization”) Norveçdə işləyib. Keçmişdə tələbə-bloger olub.

    O, 1999-2007-ci illərdə İranda bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. İki il Evin həbsxanasında yatıb, sonra İrandan İraqın şimalına qaçıb. O, “Amnesty International”ın yardımı ilə sığınacaq alaraq Norveçə sığınıb.

    2016-cı ilədək xaricdə farsdilli media ilə əməkdaşlıq etdikdən sonra yaşlı anasına qulluq etmək üçün İrana qayıdıb. Ölkəyə qayıtdıqdan sonra həbs olunaraq 11 il azadlıqdan məhrum edilib.

    2019-cu ilin əvvəlində, cəzasının üç ilində Sancəri xəstələnib. Həbsxana həkimi ona səhhəti ilə əlaqədar məzuniyyət vermək əvəzinə onu Əminabad psixiatriya xəstəxanasına köçürüb.

    “Bir gün əllərimi qandalladılar, maşına mindirdilər və mühafizə altında Razi Ruhi Xəstəliklər Xəstəxanası kimi tanınan Əminabada apardılar. Məni düz palataya apardılar, iki əsgər keşikdə durdu. Gecə vaxtı tibb bacısı mənə çənəmi bağlayan bir şey vurdu. İynədən sonra huşumu itirdim, səhər oyananda gördüm ki, qollarım və ayaqlarımı çarpayıya zəncirləyiblər”, – o psixiatriya xəstəxanasındakı vəziyyəti belə xatırlamışdı.
    //report