Month: November 2024

  • Sabahdan Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞİR

    “Həzi Aslanov” stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin “yaşıl” və “qırmızı” xətlərində qatarların hərəkət qrafikinə sabahdan etibarən dəyişiklik ediləcək.

    Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar “qırmızı” xətt üzrə (“İçərişəhər” stansiyasından) və “yaşıl” xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.

    İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May” – “Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.

    “Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.

    “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

    “Əhmədli” – “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının “Sərnişinlər” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində yerləşdiriləcək.

    Yaşıl xəttin “Xətai” – “Cəfər Cabbarlı” mənzili və “bənövşəyi” xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.

    Qeyd edək ki, iş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

    Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

  • В ХАМАС обсуждают уступки Израилю

    Лидеры палестинской группировки ХАМАС обсуждают возможные уступки Израилю, в том числе сохранение им контроля над Филадельфийским коридором.

    Об этом сообщила американская газета The New York Times (NYT).

    В ХАМАС долгое время считали, что премьер-министр Израиля Нетаньяху требует полной капитуляции, на что группировка все еще не пойдет, но некоторые ее лидеры обсуждали потенциальные уступки, на которые они могли бы согласиться, если бы Израиль проявил подлинную заинтересованность в прекращении войны и выводе войск из сектора Газа, сообщает издание.

    “Одно из предложений, которое обсуждалось некоторыми лидерами ХАМАС, позволило бы Израилю сохранить присутствие – по крайней мере временное – в приграничном районе между Египтом и Газой”, – пишет NYT со ссылкой на два источника, отмечая, что представители ХАМАС публично отвергли любой долгосрочный израильский контроль над Филадельфийским коридором.

    Разведывательные службы трех стран Ближнего Востока, включая Израиль, считают, что давление со стороны Катара и Турции, имеющих тесные связи с ХАМАС, могло способствовать переменам и теперь группировка, возможно, готова быть более гибкой.

  • HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir

    “Fələstinin HƏMAS hərəkatının rəhbərləri İsrailə mümkün güzəştləri, o cümlədən Filadelfiya dəhlizi üzərində nəzarətin saxlanılmasını müzakirə edirlər”.

    Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

    Bildirilir ki, HƏMAS uzun müddət İsrailin Baş naziri Netanyahunun tam təslim olmağı tələb etdiyini hesab edib; hərəkat bununla heç indi də razılaşmaz. Lakin bəzi rəhbərlər İsrailin müharibənin dayandırılmasında və qoşunların Qəzza zolağından çıxarılmasına həqiqi maraq göstərəcəyi təqdirdə razılaşa biləcəkləri potensial güzəştləri müzakirə ediblər.

    “HƏMAS rəhbərliyinin nəzərdən keçirdiyi təkliflərdən biri İsrailə Misir və Qəzza arasındakı sərhəd bölgəsində, Filadelfiya dəhlizi kimi tanınan ərazidə, ən azı müvəqqəti olaraq mövcudluğunu qorumaq hüququ verməkdir”, – deyə NYT iki mənbəyə istinadən yazır və qeyd edilir ki, HƏMAS nümayəndələri açıq şəkildə bu ərazidə İsrailin hər hansı uzunmüddətli nəzarətini rədd edirlər.

  • Uşaqlarla bağlı bu qanunda dəyişiklik edilir

    Milli Məclis “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib.

    “Report” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılır.

    Qeyd olunub ki, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Layihə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

    Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli, 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.

    Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Sumqayıtda 40 yaşlı kişi kafedə öldü

    Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində baş verib.

    1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin kafedə qəfil halı pisləşib və oradaca keçinib.

    Onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Pensiyalarla bağlı son rəqəmlər – 535 AZN və 572 AZN olacaq (VİDEO)

    “Növbəti il əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 manatlıq vəsait nəzərdə tutulub. Bu, cari ilin göstəricisinə nisbətən 686 milyon manat daha çoxdur”.

    Qaynarinfo xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

    O əlavə edib ki, növbəti il əmək pensiyalarının maliyyələşdirilməsinə təxminən 700 milyon mnata yaxın vəsait sərf olunacaq:

    “İlkin proqnozlarımıza əsasən, növbəti il üçün orta aylıq pensiyanın məbləği 535 manata çatacağı, eyni zamanda yaşa görə pensiyaların orta məbləğinin isə 572 manata çatacağı gözlənilir”.

  • 29 января 2025 года будет нерабочим днем

    29 января 2025 года в Азербайджане пройдут муниципальные выборы.

    По этой причине указанный день будет нерабочим.

    Согласно статье 8.2 Избирательного кодекса, день голосования не считается рабочим днем на территории, где проводятся выборы.

    Таким образом, 29 января 2025 года – среда будет нерабочим днем.

  • Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

    29 yanvar 2025-ci il tarixdə Azərbaycanda bələdiyyə seçkisi keçirilək.

    Bu səbəbdən gələn il yanvarın 29-u qeyri-iş günü olacaq.

    Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

    Beləliklə, 2025-ci il yanvarın 29-u – çərşənbə günü qeyri-iş günü olacaq.

  • “Ukrayna dairəsi”ndə güclü tıxac – Təmir nə vaxt bitəcək? (VİDEO)

    Bir neçə gündür paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”ndə günün müxtəlif saatlarında, xüsusilə gecələr güclü tıxac müşahidə edilir.

    Ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar yolun hərəkət hissələrinin daralması nəqliyyatın hərəkətini çətinləşdirib.

    Sürücülər bildirir ki, dairədə hərəkətin tənzimlənməsi ilə bağlı edilmiş dəyişikliklər burada xaos yaradıb. Bir çox mütəxəssislər isə “Ukrayna dairəsi”ndə hərəkətin işıqforlarla tənzimlənməli olduğunu qeyd edir.

    Bununla yanaşı, dairənin ləğv olunaraq hissələrə bölünməsi və birbaşa hərəkəti təmin edən dəyişikliklərin edilməsi də təklif olunur.

    Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Ukrayna dairəsi”nin turbo tipli dairəyə transformasiya ediləcəyi barədə məlumat yayaraq, ediləcək yeniliklərin görüntülərini yayıb.

    Hazırda AYNA-nın sifarişi ilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər görülür.

    Agentlikdən bildirilib ki, yenidənqurma işlərinin dekabrın sonunadək başa çatdırılması planlaşdırılır.

  • Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalıdır?

    Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödənməsi və eyni zamanda, ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.

    Söküntü aparılan ərazilərdə kompensasiya necə hesablanmalı, hansı amillər nəzərə alınmalıdır? Oxu.Az mövzunu ekspertlərlə araşdırıb.

    Tikinti sahəsi üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, söküntü üzrə qaydaya əsasən, tikintini aparan şirkət sökülməli olan obyektin yerləşdiyi ərazi mərkəz olmaqla, onun sahibinə 500 metr radiusda analoji obyekt təklif etməlidir.

    “Yəni tikintini aparan şirkət söküntü sahibini ya ən azı həmin səviyyədə olan bir obyektlə təmin etməli, ya da həmin obyektin bugünkü bazar dəyərində pul ödənişi etməlidir və üstəgəl, narahatlığa görə də əlavə ödəniş etməlidir. Əgər tərəflər arasında razılıq əldə olunursa, o zaman şirkət həmin tikilən binada və yaxud da qeyd etdiyim kimi, 500 metr radiusda mülkiyyətçiyə uyğun mənzil sahəsi təklif edə bilər”, – deyə ekspert bildirib.

    Hüquqşünas Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu məsələlər qarşılıqlı razılaşma əsasında həll olunur və bazar qiyməti əsas götürülür:

    “Bir ərazidə çox sayda insanın evləri sökülərsə, təbii ki, onlardan narazı qalanlar da olacaq. Bu narazılıqlar ən çox qiymətlərlə əlaqəlidir. Bəs bu qiymətlər nə ilə bağlıdır? Əslində, Bakıda tikinti işlərinin başladığı dövrdən bu günə qədər hər kvadratmetr üçün təxminən 1 500 – 2 000 manat civarında kompensasiya hesablanır. Təbii ki, uzun illər ərzindəki qiymət dəyişiklikləri, inflyasiya və digər iqtisadi proseslərin fonunda bu qiymət hazırda o qədər də ədalətli hesab edilə bilməz.

    Nəzərə alaq ki, bu söküntülər yalnız dövlət qurumları tərəfindən həyata keçirilmir. Dövlət əhəmiyyətli strateji obyektlərin tikilməsi, yolların çəkilməsi, parkların salınması kimi layihələrlə paralel olaraq, həm də ayrı-ayrı şirkətlər tərəfindən tikinti işləri həyata keçirilir ki, onlar da eyni qiymətləri əsas götürməyə çalışırlar. Düzdür, bəzi ərazilərdə, məcburən də olsa, vətəndaşların narazılığı nəzərə alınır”.

    Hüquqşünas qeyd edib ki, qanunvericiliyinə əsasən, bu məsələlərin qarşılıqlı razılaşma əsasında həll olunması və bazar qiymətinin əsas götürülməsi yanaşması artıq uzun illərdir ki, ənənəvi şəkildə tətbiq edilir.

    “Yəni baxmayaraq ki, 10-15 il əvvəl tikilən binaların bir kvadratmetrinin qiyməti ilə indiki dövrdə tikilən binaların qiyməti dəfələrlə fərqlənir, hazırda söküntü zamanı vətəndaşlara illər əvvəl tətbiq edilən kompensasiya qiymətləri təklif olunur. Təbii ki, burada vətəndaşların narazılığı mümkündür.

    Dövlət əhəmiyyətli obyektlərin tikintisi, strateji layihələr və digər dövlət əhəmiyyətli tədbirləri kənara qoysaq, hansısa şirkətlər tərəfindən tikilən binaların kompensasiyası ilə bağlı vətəndaşlar razılaşmaya bilərlər. Bu halda məsələnin mübahisələndirilməsi və məhkəməyə verilməsi mümkündür. Məhkəmədə məsələnin həlli tapılmalıdır. Amma vətəndaşlar onu da nəzərə almalıdırlar ki, 1 kv.m üçün 1 500-2 000 manatlıq kompensasiya ilə razılaşmamaq onların hüququdur və onlar bu kompensasiya məbləğlərini mübahisələndirə bilərlər. Əgər vətəndaşlar təkliflə razılaşmırlarsa, məhkəmə müstəvisində məsələnin həlli təmin edilməli və vətəndaşların maraqları təmin olunmalıdır”, – deyə hüquqşünas bildirib.