Month: November 2024

  • Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır – QİYMƏTLƏR, CƏDVƏL (FOTO)

    Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 703 min 180 kiloqram qabıqlı şabalıd gətirilib.

    Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına 1 milyon 472 min 720 ABŞ dolları vəsait xərclənib. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 2,09 dollar (3 manat 56 qəpik) təşkil edib.

    Azərbaycana şabalıd satan ölkələr və onun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

    Bəhs olunan dövrdə Azərbaycandan bir ölkəyə şabalıd ixrac olunub. Rusiyaya 1 170 dollar dəyərində, 390 kiloqram miqdarında şabalıd satılıb ki, bunun da bir kiloqramının orta qiyməti 3 dollar (5 manat 10 qəpik) olub.

    Rəsmi mənbələrdə olan məlumata görə Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan idxal şabalıdın bir kiloqramının orta qiyməti 11 manat 16 qəpik təşkil edib. Bu da, idxal olunan qiymətdən 7 manat 60 qəpik (3 dəfədən çox) bahadır.

  • Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: “Dubaydan böyük məbləğdə pullar gətirmişdim”

    Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınma və kibercinayətkarlıqda ittiham olunan Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

    Şahid Mayıl Bağırov deyib ki, İkram Qasımov onun dostu olub və təqsirləndirilən şəxsin işlərini görüb:

    “İkram Qasımov ticarətlə məşğul idi. Onun konkret nə işlə məşğul olduğunu bilmirdim. Maaş da verirdi. O, mənə maşın sürməyə etibarnamə vermişdi. Onların ofisi aviakassa kimi fəaliyyət göstərirdi. Orada pul köçürmələrinin olub-olmadığını bilmirəm. Bahadır Qasımov isə Moskvada yaşayırdı. Bayramlarda bura gəlib-gedirdi. Bir neçə dəfə İkram Qasımovun Dubaydan böyük məbləğdə pullarını gətirmişdim. O, pullar bəyannamə əsasında gətirilirdi. Həmin pulları gətirdikdən sonra İkram Qasımova vermişəm”.

    Daha sonra şahidin ifadələri arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, İkram Qasımovla 2019-cu ildən etibarən işləyib.

    “Onların ofisi ikihissəli idi. Bir tərəfində turizm, digər tərəfində pul köçürmələri həyata keçirilirdi. Ofisdə ümumi rəhbər İkram Qasımov idi. Orada ölkə xaricinə və ölkə daxilinə pullar köçürülürdü. Bu köçürmələrin qanunsuz olduğunu bilirdim. İkram Qasımov avtomobillərin mənim adıma keçirilməsini təklif etmişdi, etiraz etməmişdim. Onları hər hansı bir dövlət orqanında təmsil etməyim üçün mənə etibarnamə verilməmişdi”, – şahidin ibtidai istintaqa verdiyi ifadəsində bildirilib.

    Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin olunub.

    Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

    Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs edilib.

    İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Həmçinin qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

    Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

    Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 409 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

    Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

    Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

    Hesablamalarla bütün əmlakların ümumi dəyərinin yarım milyard manata yaxın olduğu müəyyən olunub.

  • Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub

    Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu və Azərbaycan Hökuməti ilə İndoneziya Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş təsdiq edilib.

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsində baxılan hər iki layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Hər iki layihə səsə qoyularaq qəbul edilib.

    Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.
    //oxu.az

  • Şamaxıda narkotik satışı ilə məşğul olan şəxs tutulub

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışında təqsirli bilinən 41 yaşlı Cavad Fəhradov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, ondan 8 kiloqramdan artıq marixuana aşkar olunub. C.Fəhradovun narkotik vasitəni meşə massivində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarını quradaraq satmaq məqsədilə əldə etdiyi məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, C.Fəhradov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Школе №4 присвоено имя Национального героя Натига Гасымова

    Средней общеобразовательной школе №4 города Мингячевир присвоено имя Национального героя Азербайджана Натига Гасымова.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, Министерство науки и образования и Исполнительная власть города Мингячевир должны решить вопросы, вытекающие из данного документа.

    Отметим, что постановление принято в целях увековечения памяти Натига Гасымова, которому распоряжением Президента Азербайджана №175 от 25 июня 2024 года было присвоено звание “Национальный герой Азербайджана”.

  • Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verildi

    Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

    Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.

  • Beş gün əvvəl pəncərədən yıxılan şəxs xəstəxanada ölüb

    Beş gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb.

    “Report”un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

    1995-ci il təvəllüdlü Kənan İlqar oğlu Hüseynli ehtiyatsızlıq nəticəsində yaşadığı evin pəncərəsindən düşüb.

    O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Разоблачение продолжается: арестован не вернувший в бюджет 86 млн манатов предприниматель

    Генеральная прокуратура Азербайджана продолжает разоблачать лиц и компании, которые не возвращают в страну крупные суммы валютной выручки, полученной от экспорта сельскохозяйственной продукции.

    Об этом сообщает пресс-служба надзорного ведомства.

    По данным Государственного таможенного комитета, в отношении ряда субъектов предпринимательства, экспортирующих различные виды продукции в зарубежные страны и не репатриирующих валютные средства в Азербайджан, возбуждены уголовные дела, ведется предварительное следствие.

    У следствия возникли обоснованные подозрения в том, что зарегистрированные в Азербайджане юридические лица заключали в разное время контракты с иностранными компаниями на куплю-продажу сельхозпродукции, а полученные в результате этой деятельности крупные доходы не возвращались на уполномоченные банковские счета в стране. В связи с этим ряд лиц привлечен к уголовной ответственности.

    Так, по уголовному делу, расследуемому Сумгайытской городской прокуратурой по статьям 208.2.1 (невозвращение из-за рубежа в крупном размере валютных средств) и 213.3 (уклонение от уплаты налогов в особо крупном размере) Уголовного кодекса АР, установлено, что ООО Qala Meyvə-Tərəvəz İxracat İdxalat не вернуло в Азербайджан свыше 51 млн долларов (более 86 млн манатов по курсу соответствующего периода), полученных от экспорта товаров на консигнационной основе.

    В качестве обвиняемого по делу привлечен Ильхам Аббасов, в отношении которого по ходатайству следователя и представлению прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Сумгайытского городского суда избрана мера пресечения в виде ареста.

    Прокуратура Гёйчайского района возбудила уголовное дело по статьям 208.2.1 и 308.1 УК в отношении ООО R.T.K, которое не вернуло на счета уполномоченного банка в Азербайджане валютную выручку на сумму более 209 тысяч долларов США (более 355 тысяч манатов по курсу соответствующего периода). Кямран Исмайылов привлечен в качестве обвиняемого по данному делу, ему предъявлено обвинение по указанным статьям и избрана мера пресечения в виде полицейского надзора.

    Прокуратура Саатлинского района возбудила уголовное дело по тем же статьям в отношении ООО Qollaktika 01, которое не вернуло на счета банка валютную выручку на сумму более 18 тысяч долларов (более 31 тысячи манатов). Нариман Лазими привлечен в качестве обвиняемого, ему предъявлены обвинения. При этом учтен факт отбывания им наказания в виде лишения свободы по другому уголовному делу.

    В настоящее время органы прокуратуры Азербайджана возбуждают уголовные дела и проводят расследования в отношении лиц и компаний, которые экспортировали товары, но не вернули валютную выручку на счета уполномоченных банков страны. Принимаются необходимые меры по материалам, поступившим из Государственного таможенного комитета.

    Напомним, ранее за невозврат более 20 млн манатов в госбюджет были привлечены к ответственности 11 предпринимателей.

  • 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR

    Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

    İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

    Belə ki, Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İlham Məzahir oğlu Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bundan başqa, Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Kamran Əhmədağa oğlu İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01” MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Nəriman Məmmədtağı oğlu Lazimi iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.

    Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

  • В Бакинский военный суд командированы три судьи – ПРИЧИНА

    В связи с высокой нагрузкой на Бакинский военный суд, в него были командированы трое судей из других судов Азербайджана.

    В Бакинский военный суд направлены судья Сумгайытского городского суда Заур Гаджиев, судья Шекинского суда по тяжким преступлениям Билал Мамедов и судья Сабунчинского районного суда Анар Рзаев.

    Уже с сегодняшнего дня в производство вышеупомянутых судей начнут поступать уголовные дела.