Month: November 2024

  • Kartof qızartmasını belə bişirin – Möhtəşəm olacaq

    Kartof qızartması bir çoxlarının sevimli yeməyidir. Bu yeməyi hamı öz üsulu ilə bişirir. Ancaq qızartmanın daha dadlı olması üçün bir neçə sadə yol var.

    Kartofun formasını saxlamasını istəyirsinizsə, bir qaba soyuq su tökün və doğranmış kartoflarl yarım saat burada gözlədin. Bundan sonra, suyu boşaldın və kartof dilimlərini salfetin üzərinə qoyub qurudun.

    Bundan əlavə, kartofun yaxşıca qızarmasını istəyirsinizsə, buğda unundan istifadə etməyiniz məsləhətdir. Qızartmazdan əvvəl, kartofu buğda unu ilə bir qaba tökün. Oarada qarışdırdıqdan sonra kartofları içində yağ olan isidilmiş tavaya tökün. Nəticədə qızılı rəngli kartof qızartması əldə edəcəksiniz.

    Həmçinin, zərdəçal, qırmızı bibər və rozmarin yeməyə dad verən əsas ədviyyat növlərindəndir. Bu birləşmə kartofu elə mükəmməl edəcək ki, sanki o bahalı restoranda bişirilib.
    //lent.az

  • NASA astronavtları Azərbaycanı təbrik etdilər – VİDEO

    Dünya liderlərinə qoşulan NASA astronavtları planetimizi qorumaq üçün mühüm əhəmiyyət kəsb edən COP29-un açılışı münasibətilə Azərbaycanı təbrik edirlər.

    ABŞ-ın ölkəmizdəki səfirliyi bununla bağlı “X” hesabında paylaşım edib.

    “Onlar Yer kürəsinin gözəlliyini kosmosdan seyr edərək, bizə gələcəyimizi qorumaq üçün məhz indi hərəkətə keçmək zərurətini daha xatırladırlar”, – paylaşımda qeyd edilib.

  • İçməli su alanda nələrə diqqət etməliyik?

    Bir insanın istehlak etdiyi suyun keyfiyyəti onun sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, içməli su təhlükəsiz, əlverişli orqanoleptik xüsusiyyətlərə və zərərsiz kimyəvi tərkibə malik olmalıdır.

    İçməli su alarkən məhsulun aşağıda qeyd olunan xüsusiyyətlərinə diqqət yetirmək lazımdır:

    – “İçməli su”, onun adı, növü (emal edilmiş, təmizlənməmiş (təbii), süni minerallaşdırılmış, süni florlaşdırılmış, süni yodlaşdırılmış, mineralların optimal tərkibinə malik, qazlı (güclü, orta, zəif) və ya qazsız və s.);

    – tərkibi (“içməli su” və daxil olan maddələrin siyahısı, xüsusən konservantlar, makro və mikroelementlər);

    – İçməli suyun mineral tərkibinin fizioloji faydalılığı göstəricilərinin faktiki dəyərləri;

    – saxlama şəraiti;

    – konteyner həcmi;

    – istehsal tarixi və son istifadə tarixi;

    – istehsalçının adı, yeri və telefon nömrələri;

    – su istehsalı yeri;

    – içməli suyun keyfiyyətinə dair tələbləri müəyyən edən normativ sənədin adı.
    //lent.az

  • Qayğanağı daha dadlı edəcək məhsul açıqlandı

    Pişmiş yumurta ən klassik və məşhur səhər yeməklərindən biridir. Məşhur amerikalı aşpaz və yazıçı Alton Braun yüzlərlə müxtəlif resepti hazırlanan yumurtanın bişmişini daha da qaymaqlı etmək üçün öz sirrini bölüşüb.

    Braun bunun üçün sadəcə bir çay qaşığı mayonezin lazım olduğunu bildirib. Bu ipucu sayəsində səhər yeməyiniz daha dadlı olacaq.

    Bu reseptlərin alındığı Braunun kitabında deyilir ki, omlet və mayonez əslində emulsiya edilmiş məhsuldur:

    “Əmin olun ki, mayonezdən istifadə omletin dadına heç bir şəkildə təsir etməyəcək. İstifadə olunan mayonezin miqdarı çox azdır və mayonezin yumurtadan hazırlanması onun dadına asanlıqla qarışması deməkdir”.

    Bunun üçün 1 çay qaşığı mayonezi 1 çay qaşığı su ilə qarışdırıb bişməzdən əvvəl yumurtaya əlavə edin. Beləliklə, çırpılmış yumurtalarınız daha qaymaqlı olacaq.

  • Əlüzyuyanı ərpdən təmizləməyin effektiv yolu

    Heç bir kimyəvi vasitə olmadan əlüzyuyandakı ərpləri təmizləməyin effektiv yolu var.

    Lent.az xəbər verir ki, sirkə və duzdan istifadə edərək əlüzyuyanın içindəki ərpdən qurtula bilərsiniz.

    Mütəxəssislər 100 mililitr süfrə sirkəsini 50 qram duz ilə bir şüşə qabda qarışdırmağı, mikrodalğalı sobada təxminən 70 dərəcə istilikdə qızdırmağı və sonra yaranan məhlulla bir bez parçanı salıb əlüzyuyanı təmizləməyi tövsiyə edirlər. 20-30 dəqiqə gözlədikdən sonra isti su ilə yuyulmalı və əlüzyuyan yaxşıca silinməlidir.

    Əlüzyuyanın səthində olan yağlı ləkələri çıxarmaq üçün isə mütəxəssislər soda və nişasta qarışığından istifadə etməyi məsləhət görürlər. Onu hazırlamaq üçün hər bir inqrediyentdən iki xörək qaşığı götürməli, konsistensiyanı pastaya bənzətmək üçün bir az su əlavə etməli, kompozisiyanı süngərə sürtməli və əlüzyuyanı yaxşıca təmizləməlisən. Təmizləmənin sonunda, birinci vəziyyətdə olduğu kimi, qalan məhsulu nəm bir parça ilə çıxarmaq və səthi quru silmək lazımdır.

  • “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov yenidən GÜNDƏMƏ GƏLDİ – VİDEO

    “Quseynoff” MMC-nin sahibi Emin Hüseynov yenidən qalmaqallı bir mövzu ilə gündəmə gəlib.

    İkinci Qarabağ müharibəsi iştirakçısı Orucov Mais Saleh oğlu Hüseynovla bağlı yeni iddialar səsləndirib. O, bildirib ki, Göygöl rayonunun Quşqara kəndində “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində bir müddət işləyib. Daha sonra onun sürücülük vəsiqəsi ilə öz maşınlarına ona sürmək üçün etibarnamə verilib:

    “Kamerada açıb baxmaq olar ki, mən o maşınları sürməmişəm. Bir müddət keçdi, onun oradakı saxtakarlıqlarını gördükdən sonra işdən çıxdım. Daha sonra xəbərim oldu ki, mənim sürücülük vəsiqəmə 3 min cərimə gəlib. Amma maşını özü sürürdü. Zəng edib cəriməni ödəməsini xaiş etdim. Mənə dedi ki, “ödəmirəm, ged kimə deyitsən de”. Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir. O, məni Banditizmlə hədələdi. Dedi atanın yanına gedəcəm, özü də bizim qohumdur. Özünü qohumcanlı göstərir, guya bu xeyriyəçidir. Qohum çox istəyən oğlan öz qohumunu günə 15 manata fəhlə işlətməz”.

    Qeyd edək ki, bir neçə gün əvvəl daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

    Ajans.az-ın əldə etdiyi məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.

    “Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib.

    Xatıladaq ki, 2019-cu ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

    Müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 189 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib. Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub.

  • İcbari tibbi sığortadan imtina etmək olar? – CAVAB

    Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu icbari tibbi sığortanın imtinası ilə bağlıdır.

    Maraqlıdır, icbari tibbi sığortadan imtina etmək olar?

    Lent.az xəbər verir ki, “Tibbi sığorta haqqında” Qanunun 15-1-ci maddəsinə əsasən icbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığortahaqlarının müntəzəm ödənilməsinin məcburiliyidir. Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

  • Qırmızı üzüm insanı bağırsaq xərçəngindən qoruyur

    Lester Universitetinin britaniyalı alimləri orqanizmi bağırsaq xərçəngindən qoruyan qırmızı üzüm, fıstıq və qaragilədə olan resveratrol adlı bitki birləşməsini tapıblar.

    Elmi kəşflə bağlı “The Guardian” qəzeti xəbər verib.

    Tədqiqatın nəticələri, əvvəllər təmizlənmiş resveratrolun həzm olunmamış bağırsaqlara çataraq siçanlarda şişlərin böyüməsini ləngidə biləcəyini aşkar edən komandanın on ildən çox işinə əsaslanır.

    Yeni layihənin məqsədi bağırsaq polipləri – müalicə edilmədiyi zaman xərçəngə çevrilə biləcək kiçik böyümələr üçün skrininqdən keçmiş 50-73 yaşlı insanlar üzərində sınaqlar keçirməkdir.

    Təcrübənin bir hissəsi olaraq bütün xəstələrdə poliplər çıxarılacaq. Daha sonra bir qrupa üç il müddətində aspirin və ya aspirin və metforminin kombinasiyası (diabet dərmanı) veriləcək.

    Digər qrup bir il ərzində təmizlənmiş resveratrol və ya plasebo qəbul edəcək.

    Bütün xəstələr daha sonra poliplərin yenidən böyüməyə başladığını müəyyən etmək üçün kolonoskopiyadan keçəcəklər. Sınaq uğurlu olarsa, bağırsaq poliplərinin əmələ gəlməsi riskini azaltmaq üçün sınaqdan keçirilmiş müalicələrdən hər hansı biri təklif oluna bilər.

  • Köhnə Samsunglarda bu proqram işləməyəcək – 23 dekabr son gündür

    Samsung, Android 11 və daha köhnə versiyalarla işləyən Galaxy telefonlarında “Samsung Health Monitor” proqramına dəstəyi dayandırır.

    Dekabrın 23-dən sonra proqram bu telefonlarda işləməyəcək.

    Tətbiq artıq Android 11 və ya daha əvvəl işləyən cihazlarda mövcud olmayacaq.

    1.3.6.001 versiyasına ən son yeniləmə ilə istifadəçilər qarşıdan gələn dəyişiklik haqqında məlumatlandırılırlar.

    Bildirişə əsasən, proqramın növbəti versiyası (1.4.1) yalnız Android 12 və ya daha yeni versiya ilə işləyən telefonlarda əlçatan olacaq.

    Bu yeniləmə o deməkdir ki, köhnə Galaxy telefon istifadəçiləri öz “Galaxy Watch” vasitəsilə qan təzyiqinin monitorinqi və EKQ göstəriciləri kimi vacib sağlamlıq məlumatlarına daxil ola bilməyəcəklər.

    Çünki bu funksiyalar “Samsung Health Monitor” proqramından asılı olaraq işləyir.

    Proqramın cari versiyası köhnə cihazlarda işləməyə davam etsə də, o, yeni funksiyalar və ya yeniləmələr qəbul etməyəcək.

    Samsung elan edib ki, 23 dekabr 2024-cü ildən etibarən “Samsung Health Monitor” tətbiqi Android 9, 10 və ya 11 ilə işləyən cihazlarda dəstəklənməyəcək.

    Şirkət istifadəçilərə əməliyyat sistemi versiyalarını Android 12.0 və ya daha yuxarı versiyaya yüksəltməyi tövsiyə edir.
    //lent.az

  • Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub

    Beynəlxalq Ticarət Palatası iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələrinin fəsadları barədə hesabat hazırlayıb.

    Hesabatda deyilir ki, iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri 2014 və 2023-cü illər arasında qlobal iqtisadiyyata 2 trilyon dollardan çox zərər vurub. Məlumata görə, Beynəlxalq Ticarət Palatası 2014-2023-cü illər arasında baş verən şiddətli yağış, sel və torpaq sürüşməsi kimi 4 mindən çox ekstremal hadisəni araşdırıb. Hesabata görə, təbii fəlakətlər təkcə son iki ildə qlobal iqtisadiyyata 451 milyard dollar ziyan vurub. Bu dövrdə təxminən 935 milyard dollarla ən böyük iqtisadi itkiyə məruz qalan ölkə ABŞ olarkən, onu 268 milyard dollarla Çin və 112 milyard dollarla Hindistan izləyir.

    Yaponiya, Almaniya, Avstraliya, Fransa və Braziliya kimi ölkələr də ən çox iqtisadi itkiyə məruz qalan ilk 10 ölkə sırasında olub. 2014-2023-cü illərdə baş verən ekstremal hava hadisələrindən təxminən 1,6 milyard insan zərər çəkib.