Month: November 2024

  • Prezident: Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir

    Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir. Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik.

    Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.

    Dövlətimizin başçısı deyib: “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.

  • Qubada avtomobil iki piyadanı vurub

    Quba şəhərinin Vaqif küçəsində piyadaları avtomobil vurub.

    APA xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobili 61 yaşlı Aybəniz Qafarova və 63 yaşlı Ceyran Eynullayevanı vurub. Xəsarət alan piyadalar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev Odil Reno-Basso ilə görüşdü

    Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.

    Median.Az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.

    Görüşdə dövlət başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxunub, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını deyib və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirib.

    Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirib. Tədbirin əhəmiyyətini vurğulayan dövlət başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd edib.

    Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu deyib. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirib.

    Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Göyçayda su kanalında meyit tapılıb

    Göyçayın Hacalıkənd kəndində su kanalında meyit tapılıb.

    AZƏRTAC xəbər verir ki, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini İlkin Bəhram oğlu Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılıb.

    Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • СМИ назвали вероятную дату проведения выборов президента в Украине

    Выборы президента в Украине могут состояться 25 мая 2025 года, на такой шаг украинские власти решатся из-за падения морального духа в стране.

    Об этом пишет британский журнал Economist.

    “Поскольку моральный дух в Украине падает, поговаривают о смене руководства”, – сказано в публикации, где уточняется, что в стране уже мобилизуют региональные избирательные штабы, начинается работа над списками кандидатов.

    По оценкам авторов статьи, на сегодняшний день у Владимира Зеленского мало шансов для победы, поскольку его не считают “бесспорным военным лидером”. По результатам опросов общественного мнения, поступившим в распоряжение издания, украинскому президенту “не поздоровилось”, если бы его соперником стал бывший главком ВСУ, посол Украины в Лондоне Валерий Залужный.

    “У Зеленского есть только один выход… Это провести выборы”, – заявил источник издания, работавший ранее с Зеленским.

  • Britaniya nəşri Ukraynada prezident seçkisinin keçiriləcəyi tarixi açıqladı: Zelenskinin rəqibi kim

    Ukraynada 2025-ci il mayın 25-də prezident seçkisi keçirilə bilər.

    Bu barədə Britaniyanın “Economist” jurnalı yazıb.

    “Ukraynada əhvali-ruhiyyə aşağı düşdüyü üçün rəhbərliyin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır”, – deyə nəşr bildirib.

    Həmçinin artıq ölkədə regional seçki qərargahlarının səfərbər olunduğu və namizədlərin siyahıları üzərində iş getdiyi də qeyd edilib.

    Məqalə müəlliflərinin fikrincə, bu gün Volodimir Zelenskinin qələbə qazanmaq şansı azdır, çünki o, “mübahisəsiz hərbi lider” hesab edilmir.

    Nəşrin əldə etdiyi ictimai rəy sorğularının nəticələrinə görə, Kiyev rejiminin başçısının rəqibi Ukrayna ordusunun keçmiş baş komandanı, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı olsaydı, “onun bəxti gətirməzdi”.

    “Zelenskinin yalnız bir çıxış yolu var… Bu, seçkinin keçirilməsidir”, – deyə nəşrin əvvəllər Zelenski ilə işləmiş mənbəsi bildirib.

  • Küveyt Vəliəhdi: 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyirik

    Küveyt 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyir.

    Bunu Küveyt Dövlətinin vəliəhdi Sabah əl-Xalid əs-Sabah Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

    “İqlim dəyişikliyi bir çox ölkələr, o cümlədən Küveyt üçün təhdidə çevrilən qlobal problemdir. İqlim dəyişikliyinin təsirləri artan temperatur, toz fırtınaları, yağıntı çatışmazlığı səbəbindən daha da hiss olunur və sürətlənir, bunlar ölkəmizdə gündəlik həyata birbaşa təsir göstərir”, – vəliəhd bildirib.

    Onun sözlərinə görə, Küveyt inkişaf etmiş ölkələri Çərçivə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyə və ən az inkişaf etmiş ölkələrin gələcək fəaliyyət üçün lazımi potensiala malik olması üçün onlara maliyyə və texniki dəstək göstərməyə çağırır.

    “Ölkəmiz Ərəb İqtisadi İnkişaf Küveyt Fondu vasitəsilə dünyanın inkişaf etməkdə olan ölkələrinə kömək etmək üçün mümkün olan bütün səyləri göstərir. Bununla əlaqədar biz 27 milyard ABŞ dolları məbləğində kredit və qrant təqdim edirik”, – Sabah əl-Xalid əs-Sabah qeyd edib.

    Vəliəhd vurğulayıb ki, Küveyt 2050-ci ilə qədər olan dövr üçün az həcmli istixana qazı emissiyalarına əsaslanan iqtisadi inkişaf modeli yaradıb. Hədəf 2060-cı ilə qədər karbon neytrallığına nail olmaqdır”, – o əlavə edib.

    Onun sözlərinə görə, Küveyt 2040-cı ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmağı planlaşdırır.

  • Xankəndidə tikiş fabrikinin açılışı olub

    Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılış mərasimi olub.

  • Азербайджан и Кыргызстан на полях COP29 подпишут дорожную карту в сфере энергетики

    Азербайджан и Кыргызстан 15 ноября на полях климатической конференции COP29 в Баку подпишут дорожную карту по сотрудничеству в сфере энергетики.

    Об этом Report заявил министр энергетики Кыргызстана Таалайбек Ибраев.

    “Я считаю, что COP29 сблизила нас, т.е. два министерства энергетики. Надеюсь, что будем продолжать эту работу в тесном контакте”, – сказал Ибраев.

    Он напомнил, что между энергетическим ведомствами Азербайджана и Кыргызстана ранее был подписан меморандум о сотрудничестве.

    “Пользуясь случаем, планируем подписать (15 ноября) дорожную карту между министерствами энергетики двух стран. У нас есть общие интересы. Азербайджанская сторона заинтересовано в строительстве гидроэлектростанции, ветряных и солнечных станций. У кыргызской стороны есть интерес по поставкам оборудования”, – подчеркнул Ибраев.

    Кыргызский министр также уточнил, что дорожная карта, которая будет подписана с Азербайджаном, нацелена на долгосрочное сотрудничество между сторонами.

  • Azərbaycan və Qırğızıstan COP29-da enerji əməkdaşlığı üzrə “yol xəritəsi” imzalayacaqlar

    Azərbaycan və Qırğızıstan noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində energetika sahəsində əməkdaşlığa dair “yol xəritəsi” imzalayacaqlar.

    Bu barədə “Report”a müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

    “Hesab edirəm ki, COP29 bizi, yəni iki ölkənin energetika nazirlikləri arasındakı münasibətləri yaxınlaşdırıb. Ümid edirəm ki, bu işi sıx təmasda davam etdirəcəyik”, – deyə T.İbrayev qeyd edib.

    O xatırladıb ki, Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında daha əvvəl əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb:

    “Bu fürsətdən istifadə edərək noyabrın 15-də iki ölkənin energetika nazirlikləri arasında “yol xəritəsi” imzalamağı planlaşdırırıq. Bizim ortaq maraqlarımız var. Azərbaycan tərəfinin su, külək və günəş stansiyalarının tikintisinə, Qırğızıstanın isə avadanlıq tədarükünə marağı var”.