Month: November 2024

  • Zəfər Gününün havası açıqlanıb

    Azərbaycanda noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

  • В Баку задержаны подозреваемые в мошенничестве на 128 тыс. манатов

    В Баку задержаны подозреваемые в мошенничестве на 128 тыс. манатов.

    Об этом сообщили в Министерстве внутренних дел (МВД).

    Группа лиц обманным путем присвоила крупную сумму денег, а также мобильный телефон граждан.

    Сотрудниками полиции были установлены и задержаны подозреваемые в совершении мошенничества Г.Мамедов, Г.Машыев, А.Бабаев и Х.Исмаилова.

  • Bakıda müxtəlif şəxslərə qarşı 128 min manat dələduzluq olub

    Bakıda müxtəlif şəxslərə qarşı 128 min manat dələduzluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Qeyd edilib ki, Nəsimidə bir nəfərin 120 min, digər iki şəxsin 2 min 200 və 6 min manatlarını, daha bir nəfərin isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçirilib.

    Şübhəli bilinən 54 yaşlı H.Məmmədov, 27 yaşlı Q.Maşıyev, 23 yaşlı Ə.Babayev və 45 yaşlı X.İsmayılova müəyyən olunaraq saxlanılıblar.

  • Названы главные факторы риска развития деменции

    Риск развития деменции повышают гипертония, малоподвижный образ жизни, низкий уровень образования, депрессия, одиночество, диабет и курение.

    К такому мнению пришли итальянские ученые по итогам исследования, результаты которого опубликованы в European Journal of Public Health (EJPH).

    Специалисты проанализировали образ жизни и состояние здоровья 130 тысяч человек. Результаты показали, что ключевую роль в патогенезе этого заболевания играет повышенное артериальное давление. Если удерживать давление в норме до 65 лет, то риск развития деменции уменьшается на 6,3%.

    Достичь этого можно за счет правильного питания, физической активности и при необходимости с помощью препаратов. Пассивный образ жизни после 65 лет, как отмечают ученые, увеличивает риск когнитивных нарушений на 5,9%, поэтому для здоровья мозга рекомендуется тренироваться в любом доступном формате.

    Также исследование выявило связь между образованием и риском деменции. Высшее образование снижает вероятность ее развития на 5%. Важное значение имеет и психологическое здоровье: депрессия после 65 лет повышает риск проблем с памятью и вниманием на 4,5%. Изоляция и одиночество также усиливают угрозу когнитивных нарушений на 4,4%, диабет — на 3,9%, а курение — на 2,4%.

  • Demensiya inkişafının əsas risk amilləri açıqlanıb

    Hipertoniya, hərəkətsiz həyat tərzi, aşağı təhsil səviyyəsi, depressiya, tənhalıq, diabet və siqaret çəkmək demensiya inkişafı riskini artırır.

    Bu qənaətə İtaliya alimləri “European Journal of Public Health” (EJPH) jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən gəliblər.

    Mütəxəssislər 130 min insanın həyat tərzini və sağlamlıq vəziyyətini təhlil ediblər. Nəticələr göstərib ki, bu xəstəliyin patogenezində əsas rolu yüksək arterial təzyiq oynayır. 65 yaşına qədər təzyiqi normal səviyyədə saxlamaq demensiya riskini 6,3 % azaldır.

    Buna düzgün qidalanma, fiziki aktivlik və lazım gəldikdə dərmanların köməyi ilə nail olmaq mümkündür. Alimlərin qeyd etdiyi kimi, 65 yaşdan sonra passiv həyat tərzi koqnitiv pozuntuların riskini 5,9 % artırır, buna görə də beyin sağlamlığı üçün mümkün olan hər hansı formatda məşq etmək tövsiyə olunur.

    Həmçinin tədqiqat təhsillə demensiya riski arasında əlaqəni aşkar edib. Ali təhsil onun inkişaf ehtimalını 5 % azaldır. Psixoloji sağlamlıq da mühüm önəm daşıyır: 65 yaşdan sonra depressiya yaddaş və diqqət problemləri riskini 4,5 % artırır. Təcrid və tənhalıq da koqnitiv pozuntuların təhlükəsini 4,4 %, diabet 3,9 %, siqaret çəkmək isə 2,4 % artırır.

  • В Узбекистане три человека погибли при падении каменного валуна на автомобиль

    Каменный валун упал на автомобиль на трассе на перевале Тахтакарача в Узбекистане, погибли три человека.

    Об этом сообщила Служба безопасности дорожного движения (СБДД) МВД республики в Telegram-канале.

    “На 1138 км автодороги М-39 по направлению Китаб-Самарканд, проходящей по территории Китабского района Кашкадарьинской области, автомобиль Chevrolet Cobalt был раздавлен нестабильным валуном, упавшим со склона горы из-за влаги от осадков”, – говорится в сообщении.

    Отмечается, что при аварии погибли три человека, которые находились в салоне этого автомобиля. На место ДТП прибыли спасатели и врачи скорой помощи.

    Движение транспорта на перевале перекрыли, но в СБДД обещают скоро восстановить его. В ведомстве напомнили, что в Узбекистане сейчас сезон дождей, и призвали водителей к повышенной осторожности.

  • Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb

    Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşüb, üç nəfər ölüb.

    Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidməti (YHTX) teleqramda bildirib.

    “Qaşqadərya vilayətinin Kitab rayonu ərazisindən keçən Kitab – Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1 138-ci kilometrində “Chevrolet Cobalt” avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qeyri-sabit qaya parçasının altında qalaraq əzilmişdir”, – məlumatda qeyd olunub.

    Qəza zamanı nəqliyyat vasitəsinin salonunda olan üç nəfərin həlak olduğu bildirilir. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

    Aşırımda nəqliyyatın hərəkəti dayandırılıb, lakin YHTX tezliklə bərpa olunacağını vurğulayıb.

  • General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

    Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

    polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirov,

    polkovnik Gündüz Əliş oğlu Əbdülov,

    polkovnik Azər Əlövsət oğlu Qasımov,

    ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyev.

    Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri Ələkbər Cahangirov Vətən Müharibəsi qəhrəmanıdır. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə, eləcə də “Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

    Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il yanvarın 12-də Milli Müdafiə Universitetinin rektoru təyin olunub.

    Azər Qasımov da Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə “Zəfər ordeni” ilə təltif edilib.

    Adıçəkilən şəxslərlə yanaşı ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib

  • Bütün zamanların ən yaxşı aktyoru seçildi – FOTO

    Bütün zamanların ən yaxşı aktyoru seçilib. Məşhur aktyorlar – Bred Pitt və Conni Depp çox səs toplasalar da, birinci ola bilməyiblər. Əvəzində Oskar mükafatı laureatı, “The Shawshank Redemption”, “It’s Nice to Go” və “Million Dollar Baby” filmlərinin Morqan Friman ulduzu qalib olub.

    Qaynarinfo xəbər verir ki, sorğunun nəticələri “ListChallenges” portalında dərc edilib.

    87 yaşlı amerikalı aktyor və rejissor Morqan Friman ən çox – 133 səs toplayıb.

    İkinci yeri “Matrix” və “Con Uik” filmlərindəki rolları ilə tanınan kanadalı Kianu Rivz qazanıb. İlk üçlüyü isə daha əvvəl adı çəkilən “Karib dənizinin quldurları”, “Alisa möcüzələr ölkəsində” və digər dini filmlərdə rol almış Conni Depp qapayıb.

    Respondentlərin fikrincə, dördüncü və beşinci yerləri Entoni Hopkins və mərhum Robin Uilyams tutub.

    Maraqlıdır ki, səsvermədə iştirak edən və birinci yerləri tuta biləcək bir çox məşhurlar xeyli geridə qalıblar. Xüsusilə, Brüs Uillis, Huq Cakman, Leonardo DiKaprio, Liam Neeson, Arnold Şvartsenegger, Silvester Stallone və s. yüksək yerlər tuta bilməyib.

    Səsvermədə ümumilikdə 150 aktyor iştirak edib. Sonuncu yeri Rusiya Federasiyasına yaşamağa yollanan Stiven Siqal tutub. Uilyam Levi və Şia LaBeouf onu geridə qoyub.

  • Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb

    Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.

    Bunlar, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və “Bakı Gəmiqayırma Zavodu” MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”), nazirliyə məxsus “Aztelekom”, “Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.

    AZCON idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir. Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, idarəetməsinə veriləcək dövlət müəssisələrinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holdinq dövlət başçısı ilə razılaşdırmaqla həll edir.

    Holdinqin Müşahidə Şurası idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır, idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Prezidentin təyin etdiyi qurumlara münasibətdə isə dövlət başçısı ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilir.

    Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

    Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

    – idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);

    – qanunla qadağan olunmayan digər mənbələrdən.

    Holdinqin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib.

    – Prezidentə nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi, Holdinqin ləğvi və yenidən təşkili:

    – Holdinqə:

    “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    Nazirlər Kabineti Holdinqin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini 5 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Holdinqin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AZCON-un Nizamnaməsinin layihəsini hazırlayıb 1 ay müddətində Prezidentinə təqdim etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.