Month: November 2024

  • Центр: В одной из частных клиник в Баку проводились нелегальные операции

    В одной из частных клиник в Баку выявлены лица, занимавшиеся незаконной хирургической деятельностью.

    Об этом сообщает Report со ссылкой на Центр аналитической экспертизы.

    Отмечается, что только за 2023 год на основании плановых и внеплановых проверок в различных учреждениях Центром было выписано 22 административных штрафа. За 10 месяцев текущего года во время таких проверок выявлено 15 нарушений правил, по которым приняты меры административного взыскания.

    Центр также прокомментировал информацию СМИ о том, что в частной клинике Laser Beauty Clinic имели место незаконные хирургические операции. В частности, упоминалось врач клиники Нигяр Руфат не прошла сертификацию, а у другого врача – Натаван Амировой и вовсе нет квалификации для работы хирургом.

    Центр Аналитической экспертизы Министерства здравоохранения в рамках своих полномочий провел плановые и внеплановые проверки в Laser Beauty Clinic в соответствии с законом “О регулировании проверок в сфере предпринимательства и защите интересов предпринимателей”. На основании фактов, выявленных во время проверки, был составлен протокол об административном правонарушении и направлен на дальнейшее производство.

    Установлено, что Нигяр Руфат не зарегистрирована в реестре медицинских работников Минздрава и не числится в списке персонала клиники, а Натаван Амирова осуществляла частную медицинскую практику без прохождения сертификации в текущем году. В отношении Laser Beauty Clinic принята мера административного взыскания.

  • Bakıda özəl klinikada həkimlərin qanunsuz cərrahiyyə ilə məşğul olduqları aşkarlanıb

    Bakıda özəl klinikada həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olduğu aşkarlanıb.

    Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb.

    Mediadan daxil olan müraciətlərdə “Laser Beauty Clinik” klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib, həkim Natəvan Əmirovanın isə ümumiyyətlə, cərrah kimi fəaliyyət göstərməsi üçün müvafiq ixtisası yoxdur.

    Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “Lazer Beauty Clinic” adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

    Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi, həkim Natəvan Əmirova ilə bağlı isə cari il üzrə tərəfimizdən onun sertifikatsız özəl tibbi praktik fəaliyyət ilə məşğul olması faktı müəyyən edilib və “Lazer Beauty Clinic” adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.
    //Report

  • Təcili yardım maşını qəzaya uğradı: Həkim və üç nəfər xəsarət aldı

    Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili, VAZ-21140 və “Mercedes-Benz” markalı digər minik avtomobili toqquşub.

    Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də VAZ-ın sürücüsü xəsarət alıblar.

    Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda peşə təhsili distant formata keçəcək

    14-22 noyabr tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq.

    Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd edilib ki, 2024-cü ilin 14-22 noyabr tarixləri arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda təşkil olunacaq. Bu qərar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təhsil müəssisələrinin fəaliyyətinin səmərəli davam etdirilməsi məqsədilə qəbul edilib.

    Bu istiqamətdə 7 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinin rəhbərləri ilə onlayn görüş təşkil edilib. Görüşdə bu dövr ərzində müəssisələrin məsafədən tədrisin təşkili üçün uyğun platformanı (Microsoft Teams, Zoom və s.) müəyyən etməsi, seçilən platformanın işçilər və şagirdlər üçün rahat və əlçatan olması və texniki problemlərin həlli üçün lazımi texniki dəstəyin təmin edilməsi mövzuları müzakirə edilib. Qeyd edilən müddətdə ümumi işçi sayının 30%-ə qədərinin növbəlilik əsasında işə cəlb olunması, 70%-nin isə məsafədən (yaşayış yerini tərk etmədən) işləməsinin təmin edilməli olduğu müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

    Məlumatda həmçinin bildirilib ki, iş və istirahət günlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, tədris prosesinin fasiləsizliyini qorumaq məqsədilə 16 və 23 noyabr (şənbə günləri) üçün nəzərdə tutulan dərslər, müvafiq olaraq, 12 və 13 noyabr tarixlərində nəzərdə tutulmuş dərs cədvəlinə uyğun təşkil ediləcək.

  • Азеру Мамедову присвоено воинское звание генерал-майора

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о присвоении Азеру Айдын оглу Мамедову высшего воинского звания “генерал-майор”.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 24 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    Присвоить полковнику Азеру Айдын оглу Мамедову высшее воинское звание “генерал-майор”.

  • Səfərbərlik Xidmətinin rəis müavininə “general-mayor” hərbi rütbəsi verilib

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az-da məlumat dərc olunub.

  • Hikmət Mirzəyevə “general-polkovnik” hərbi rütbəsi verilib

    Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə “general-polkovnik” hərbi rütbəsi verilib.

    President.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    “general-polkovnik” ali hərbi rütbəsi

    general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə

    “general-mayor” ali hərbi rütbəsi

    polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova

    polkovnik Gündüz Əliş oğlu Əbdülova

    polkovnik Azər Əlövsət oğlu Qasımova

    “ədliyyə general-mayoru” ali hərbi rütbəsi

    ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.

  • Fərid Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az-da məlumat dərc olunub.

  • Ученые предупредили о выходе Солнца на пик активности

    Солнце выходит на пик активности, о чем свидетельствуют его оптические фотографии из космоса.

    К таким выводам пришли ученые из Лаборатории солнечной астрономии Института космических исследований и Института солнечно-земной физики Сибирского отделения РАН.

    “Группы пятен, образующиеся в последние две недели, формируются вблизи экватора Солнца, что является одним из основных признаков нахождения солнечной активности вблизи верхней точки солнечного цикла”, – сказано в сообщении учреждения.

    По данным ученых, группы пятен и места формирования сильных солнечных вспышек в начале цикла концентрируются на широтах 30-45 градусов к северу и югу от экватора, а затем смещаются на низкие широты.

    “В сочетании с общим увеличением числа вспышек, а также сильным ростом фонового излучения Солнца, очень похоже, что мы наблюдаем выход на пик цикла, который может произойти в ближайшие 2-3 месяца, а может быть происходит уже сейчас”, – подчеркнули специалисты.