Month: November 2024

  • Tibbi müqavilədən necə istifadə edə bilərik? – Nazirlik rəsmisi AÇIQLADI

    “Tibbi yardımın göstərilməsi haqqında müqavilələr, əslində, Mülki Məcəllədə öz əksini tapan tapşırıq müqavilələrinin bir növüdür. Tapşırıq müqaviləsinə görə isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür”.

    Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.

    Onun sözlərinə görə, tibbi müqavilə də öz növbəsində tibbi xidmətlərin göstərilməsinə yönəlib:

    “Qanunvericiliyə baxsaq, tibbi müqavilə anlayışı “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Həmin qanunun 7-ci maddəsi “Tibbi yardım göstərilməsi barədə müqavilə” adlanır və orada qeyd edilir ki, özəl tibb müəssisəsi tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Yəni tibbi xidmət müqaviləsində hansı tibbi xidmətin göstəriləcəyi və həmin xidmətin dəyəri və digər əsas şərtləri tənzimlənir”.

    İ.Hacıyev bildirib ki, tibbi xidmət müqaviləsinin mövcud olması həkimin və ya klinikanın məsuliyyətdən kənar qalması anlamına gəlmir. Çünki müqavilə olsa belə, əgər həkim səhvi varsa, hər bir halda məsuliyyət də var.

    O vurğulayıb ki, digər müqavilələrdən fərqli olaraq, tibbi xidmət müqaviləsi bəzən təcili şəkildə də bağlana bilir.

    Onun sözlərinə görə, əgər xəstənin vəziyyəti olduqca ağırdırsa, dərhal tibbi müdaxilə aparılmalıdırsa, lakin xəstənin huşu özündə deyilsə, bu zaman xəstəyə tibbi xidmət göstərilməsi üçün onun yerinə imza edəcək səlahiyyətli bir şəxsi gözləmək daha ağır fəsadların baş verməsinə səbəb ola bilər:

    “Bu kimi hallarda ilkin tibbi yardım müqaviləsiz həyata keçirilməlidir. Əgər həyati göstəriş mövcuddursa, müqavilə olmadan da, razılıqlar alınmadan da tibbi xidmət göstərilə bilər. Bu kimi hallarda yaxşı olardı ki, yaxın qohumuna tibbi xidmət müqaviləsi imzaladılsın. Digər bütün hallarda isə müqaviləni səlahiyyətli şəxsin imzalaması mütləqdir. Əks təqdirdə baş verə biləcək mübahisələrdə klinika özünü müdafiə edə bilməyəcək”.

  • Братская поддержка: фермер из Турции креативно поздравил Азербайджан с Днем Победы – ВИДЕО

    Фермер Бурак Тунчкол из района Люлебургаз провинции Кыркларели (Турция) решил особым образом отпраздновать четвертую годовщину победы Азербайджана во второй Карабахской войне.

    Как сообщает Median.Az со ссылкой на агентство Anadolu, он прикрепил флаги Турции и Азербайджана к своему трактору и в течение примерно четырех часов вспахивал поле, в результате чего получилась надпись: “Карабах – это Азербайджан, Карабахской победе четыре года”.

    Тунчкол подчеркнул, что Турция и Азербайджан являются братскими странами и таким образом он отмечает годовщину победы во второй Карабахской войне. Он отметил, что во время процесса вспахивания чтил память шехидов, добавив, что за победу в Карабахской войне было отдано много жизней и он об этом не забывает.

    Отметим, Отечественная война, начавшаяся 27 сентября 2020 года, продолжалась 44 дня. Распоряжением Президента Азербайджана победа, одержанная в этой войне, ежегодно отмечается 8 ноября как День Победы.

  • Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım – VİDEO

    Türkiyənin Kırklareli şəhərinin Lüleburqaz rayonunda yaşayan fermer Azərbaycanın Qarabağ Zəfərini xüsusi şəkildə qeyd etmək istəyib.

    Bu barədə Median.Az “Anadolu”ya istinadən xəbər verir.

    Məlumata görə, Burak Tunçkol adlı fermer traktoruna Türkiyə və Azərbaycan bayraqlarını bərkidib, torpaqda şumla iz qoyaraq təxminən dörd saat ərzində “Qarabağ Azərbaycandır, Qarabağ zəfəri dörd yaşında” sözlərini tarlasına yazıb.

    Tunçkol Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu və Qarabağ zəfərinin ildönümünü qeyd etdiyini bildirib.

    Tunçkol Qarabağ Zəfəri üçün çox sayda şəhid verildiyini və bunu unutmadığını vurğulayıb.

    “Tarlaya yazı yazdığım zaman kotanı torpağa hər batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanı cənnət olsun”, – deyə o bildirib.

    Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan Prezidentinin sərəncamı ilə bu müharibədə qazanılan qələbə hər il noyabrın 8-də Zəfər Günü kimi qeyd olunur.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Отмечается, что землетрясение магнитудой 3.4 было зарегистрировано сегодня в 12:34 по местному времени.

    Очаг землетрясения залегал на глубине 67 км.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ baş verib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Qeyd edilib ki, 3.4 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 12:34-də qeydə alınıb.

    Zəlzələ ocağının dərinliyi 67 kilometr olub.

  • Маск за один день стал богаче на 26.5 млрд долларов

    Состояние американского бизнесмена и инноватора Илона Маска увеличилось на внушительные 26.5 млрд долларов за один день. Такой впечатляющий рост благосостояния связан с резким подорожанием акций компании Tesla, основателем и главой которой является Маск.

    Об этом свидетельствуют данные Bloomberg Billionaires Index (BBI).

    Ценные бумаги производителя электромобилей Tesla взлетели почти на 15% по итогам торгов 6 ноября. Однако уже утром следующего дня на пост-торгах акции компании скорректировались, потеряв в цене 0.63%.

    При этом Маск по-прежнему занимает первую строчку в рейтинге богатейших людей мира по версии BBI. Он обладает состоянием в 290 млрд долларов.

  • İlon Mask sərvətini artırdı

    ABŞ-li iş adamı İlon Maskın sərvəti sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin bahalaşması səbəbindən 26.5 milyard dollar artıb.

    Bu rəqəm “Bloomberg” Milyarderlər İndeksinin (BBI) məlumatlarında əks olunub.

    Materiala əsasən, “Tesla”nın səhmlərinin qiyməti yaxın zamanlarda, demək olar ki, 15% yüksəlib. Noyabrın 6-da keçirilən ticarət əməliyyatlarının yekunlarına görə, qiymətli kağızlar 14.75% bahalaşıb.

    Bununla belə, noyabrın 7-də səhər saatlarında şirkətin səhmlərinin post-ticarətdə qiyməti 0.63% aşağı düşüb.

    Lakin eyni zamanda, İlon Mask BBI-yə görə, dünyanın ən varlı adamları reytinqində hələ də birinci yerdədir. Onun sərvəti 290 milyard dollar təşkil edir.

  • Тяжелое ДТП на проспекте Гейдара Алиева: по вине пешехода произошла цепная авария – ВИДЕО

    На проспекте Гейдара Алиева в Баку произошла цепная авария.

    Кадры инцидента распространились в социальных сетях, сообщает Oxu.Az.

    На них запечатлено, как автомобиль сбил женщину, переходившую дорогу в не предназначенном для пешеходов месте, и отбросил ее на встречную полосу.

    В результате происшествия столкнулись четыре машины, одна из которых опрокинулась, остальные были серьезно повреждены.

  • Heydər Əliyev prospektindəki dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ (VİDEO)

    Heydər Əliyev prospektində baş vermiş zəncirvari qəzanın görüntüləri yayılıb.

    Görüntülərdən məlum olur ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmamış yerdən keçən qadını avtomobil vuraraq yolun əks istiqamətinə atıb.

    Eyni zamanda hadisə nəticəsində dörd avtomobil toqquşub. Avtomobillərdən biri aşıb, digərlərinə də ciddi ziyan dəyib.

    Görüntüləri təqdim edirik:

  • Sürücülük hüququ olmadan, narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

    Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Elsevər Pirverdiyevin idarə etdiyi VAZ-2121 markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, sənədlərin yoxlanılması zamanı Elsevər Pirverdiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Bu zaman Elsevər Pirverdiyev məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Tibbi müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.

    Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Elsevər Pirverdiyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.

    Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.