Month: November 2024

  • В День Победы в Шуше будет дан праздничный салют

    По случаю 8 Ноября – Дня Победы в культурной столице Азербайджана Шуше пройдут различные мероприятия и будет дан салют.

    Об этом сообщает Median.Az со ссылкой на Управление государственного заповедника города Шуша.

    В связи с Днем Победы состоится военный марш от Площади Флага к Шушинской крепости.

    В рамках мероприятия состоятся праздничное представление в исполнении школьников, выставка картин и изделий ручной работы местных жителей, в том числе детей, подростков и молодежи.

    Кроме того, будет организован показ спектакля по мотивам комедии М.Ф.Ахундзаде “Мусье Жордан и дервиш Местели шах” в исполнении актеров Шушинского государственного музыкально-драматического театра, а также концерт.

    День Победы завершится фейерверком.

  • Şuşada Zəfər Günü ilə bağlı atəşfəşanlıq olacaq

    8 Noyabr – Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.

    Bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.

    Qeyd edilib ki, Zəfər Günü ilə əlaqədar Bayraq Meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş baş tutacaq.

    Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq.

    Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.

    Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.

  • Как будут работать центры ASAN xidmət и ASAN kommunal в праздничные дни?

    В связи с празднованием Дня Победы и Дня государственного флага Азербайджана 8, 9 и 10 ноября объявлены нерабочими днями во всех центрах ASAN xidmət и ASAN kommunal.

    Как сообщили в пресс-службе ASAN xidmət, граждане смогут воспользоваться услугами с 11 по 13 ноября (включительно) центров ASAN xidmət, за исключением центров №2 и №5 в Баку.

    11, 12 и 13 ноября граждане, которые должны забрать готовые документы в бакинском центре ASAN xidmət №2, могут обратиться в центр №6. А те, кто планировал получить документы в центре ASAN xidmət №5, могут посетить центр №7.

    Отметим, согласно постановлению Кабинета министров Азербайджана, в связи с переносом рабочих и выходных дней, шесть дней подряд – 8, 9, 10 (воскресенье), 11, 12 и 13 ноября будут нерабочими.

  • “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı

    Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

    Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

    Belə ki, noyabrın 11-dən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN xidmət” mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

    Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

  • Президент Ильхам Алиев принял участие в открытии третьей части Центрального парка в Баку – ФОТО

    7 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии третьей части Центрального парка в Баку.

    Об этом сообщает АЗЕРТАДЖ.










  • Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib – FOTO (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verilib.

    Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

    Bildirilib ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.

    Ümumilikdə parkın bu hissəsinin 7.4 hektarında 19 növdə 3 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

    Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.

    İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.

    Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn məscidinin mənzərəsi tam olaraq açılıb.

    Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35.4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

    Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC xəbər verir.










  • В Загатальском районе скончался еще один новорожденный

    В Загатальском районе зафиксирован случай смерти новорожденного.

    Как сообщает АПА, жительница села Юхары Тала Парвана Искендерова 4 ноября 2024 года родила ребенка путем кесарева сечения. Новорожденный мальчик скончался этой ночью в родильном отделении Загатальской центральной районной больницы.

    Отметим, что это уже второй случай смерти новорожденного в ноябре. Жительница села Енгиян Сахиба Мамедова (2000 г.р.) обратилась в больницу для оказания ей родовспоможения. Ребенок умер во время родов 1 ноября.

    По данному факту в Загатальской районной прокуратуре проводится расследование.

  • Zaqatalada daha bir yeni doğulan körpə ölüb

    Zaqatalada yeni doğulan körpə ölüb.

    APA-nın məlumatına görə, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib.

    Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

    Qeyd edək ki, bu faktla birlikdə yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikinci hadisədir. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

  • ВНИМАНИЮ ПАССАЖИРОВ: в аэропорту Баку на время проведения COP29 будут введены ограничения

    С 11 по 22 ноября в Баку пройдет 29-я сессия Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29). В связи с этим событием международный аэропорт Гейдар Алиев временно изменит режим работы для обеспечения комфортного и безопасного путешествия пассажиров.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу воздушной гавани, пассажирам рекомендуется заранее планировать свои поездки в этот период:

    – с 10 по 14 ноября доступ в терминалы 1 и 2 будет разрешен только пассажирам с авиабилетами. Провожающих и встречающих просят воздержаться от посещения аэропорта, чтобы избежать скопления людей в залах ожидания;

    – парковочная зона перед аэропортом будет предназначена только для спецтранспорта. Парковка личных автомобилей на территории аэропорта с 10 по 14 ноября будет запрещена, возможна только высадка пассажиров. Водителям, планирующим долгосрочную парковку до 10 ноября, необходимо учесть эти ограничения, иначе их транспортные средства будут эвакуированы с территории;

    – водителям, следующим из центра столицы в аэропорт, рекомендуется использовать маршрут: улица Низами – улица Юсифа Сафарова – улица Иззета Оруджова – улица Фазиля Байрамова – проспект 8 Ноября – Зыхское шоссе. Для прибывающих со стороны Бильгя и поселка Маштага рекомендуется проезд через Мардакян и Шувелан с выездом на зыхское шоссе;

    – в период COP29 (с 10 по 22 ноября) пассажиры смогут добраться до аэропорта на экспресс-автобусах H1 и H2. Автобус H1 будет курсировать с интервалом 10 минут от станции метро “28 Мая”, а автобус H2 каждые 15 минут от станции метро “Ахмедлы”. Проезд будет бесплатным.

    Аэропорт просит пассажиров учитывать возможные транспортные ограничения, прибывать в аэропорт минимум за 3 часа до вылета и проходить онлайн-регистрацию, чтобы избежать потери времени.

    Все необходимые меры для бесперебойного и качественного обслуживания в период повышенного пассажиропотока во время COP29 будут приняты аэропортом.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər olacaq

    Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər ediləcək.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

    Məlumata görə, məqsəd sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etməkdir. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur:

    – 10-14 noyabrda yalnız aviabileti olan sərnişinlər “Terminal 1” və “Terminal 2″yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur. Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabrda hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.

    – Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi – Yusif Səfərov küçəsi – İzzət Orucova küçəsi – Fəzail Bayramov küçəsi – 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.

    – COP29 müddətində (10-22 noyabrda) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla “28 May” metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla “Əhmədli” metro stansiyası marşrutları üzrə fasiləsiz və ödənişsiz xidmət göstərəcək.

    – Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.

    Qeyd edilib ki, hava limanı COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.