Month: November 2024

  • Evdən qaçan 15 yaşlı qızı hotelə apardılar: “Attestat üçün şəkil çəkdirməli idim”

    Ağstafa rayonunda 1991-ci il təvəllüdlü İlkin yetkinlik yaşına çatmayan Lalə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini İlkin Göygöl rayonunda yaşayan yetkinlik yaşına çatmamış tanışı Laləni Ağstafa şəhərində kafelərdən birinə aparıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, onun Lalə ilə əlaqəsi olmayıb, aralarında heç nə baş verməyib: “Laləni ilk dəfə Ağstafada restoranda tanışım Nəsimi adlı şəxsin vasitəsilə tanımışam. Ağstafa şəhərinə gəzmək məqsədi ilə getmişdim. Burada Elmar, Aqil və Valeh adlı tanışlarımla görüşmüşəm. Bir neçə gün hoteldə qaldım. Mən Ağstafa şəhərinə gəldikdən bir gün sonra Nəsimi də oraya gəldi. Daha sonra Lalə Nəsiminin yanına gəldi. Ağstafada restoranda olarkən mənim Nəsimi ilə sözüm çəpləşdi. Aramızda mübahisə baş verdi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə və Nəsimi birlikdə əyləşdikləri stoldan duraraq gediblər: “Səhərisi Gəncə şəhərinə getmək üçün taksi sifariş verdim. Nəsimiyə zəng edərək onların da gedib-getməyəcəyini soruşdum. Nəsimi razılıq verdikdən sonra Ağstafa şəhərində yerləşən “Dərya” marketin yaxınlığından maşına əyləşərək getdik. Tovuz şəhərində hoteldə Nəsimi və Laləni düşürdük. Təxminən gecə saat 3 radələrində mən Nəsimiyə zəng etdim. Telefonu Lalə açaraq Nəsiminin hamamda çimdiyini bildirdi. Nəsimiyə zəng etməkdə məqsədim həmin günün sabahı Qazax rayonuna qayıdacağım, onların da gedib-getməyəcəyini bilmək idi. Nəsimi zəng edərək onları da götürməyimi istədi. Mən də taksi ilə Gəncədən gələrkən Nəsimi və Laləni də götürüb Ağstafa şəhərinə qayıtdıq”.

    İlkinin ifadəsinə görə, aprelin 22-də hoteldə qalıb: “Saat 21:00-dan 00:30-dək olan müddət ərzində Qazax şəhərində yerləşən “Damcılı” restoranında dostum Elmarla birlikdə olmuşam. Lalə ilə hoteldə gecə qalmamışam. Qeyd olunan gecəni Lalə Nəsimi ilə bir yerdə hoteldə qalıblar. Mən Lalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Göygöl şəhərində yaşayır:

    “Hadisədən əvvəl 9-cu sinfin attestatına şəkil çəkdirməli olduğum üçün evdən çıxdım. Tural adlı tanışıma zəng edərək evdən çıxdığımı, mənə qalmağa yer lazım olduğunu bildirdim. Tural mənə mərkəzi poçtun qabağına gəlməyi tapşırdı, 15 dəqiqəyə orada olacağını dedi. Tural mənimlə görüşdükdə xalası oğlu İlkini mənimlə tanış edəcəyini, Ağstafa şəhərinə onun yanına gedəcəyimizi bildirdi. Mən də razılaşdım”.

    Zərərçəkmiş qeyd edib ki, daha sonra Tural onu aprelin 22-də taksi ilə Ağstafa şəhərinə yola salıb: “Ağstafa şəhərində, qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin yaxınlığında İlkin Gürcüstan nömrəli avtomobillə məni qarşıladı. Məni kafeyə apardı. Orada əvvəlcə İlkinlə məndən başqa heç kəs olmayıb. Daha sonra Nəsimi adlı bir şəxs gəldi, biz birlikdə yemək yedik. Arada oradan çıxıb geri qayıtdıq. Kafedə olarkən mən İlkinə dedim ki, Tural sizin mənə iş tapacağınızı söyləmişdi. İlkin mənə iş tapacaqlarını dedi, ev tapılana kimi bir gün hoteldə qalmağı təklif etdi. Kərim adlı polis əməkdaşı İlkinlə məni avtomobilində hotelə apardı. İlkin məndən otaqda tək qalıb-qalmamağımı soruşdu. Mən tək qalacağımı bildirdim. İlkin mənə bu ərazidə narkomanların və oğruların çox olduğunu dedi, onunla birlikdə qalmalı olacağımı söylədi. Mən də onunla razılaşdım”.

    Lalənin ifadəsinə görə, həmin gün saat 21 radələrində İlkinlə öz razılığı əsasında bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olublar: “İlkin mənə cinsi əlaqədə olmağımız barədə heç kimə danışmamağı tapşırdı. Gecəni birlikdə orada qaldıq. Növbəti gün mən Nəsimiyə İlkinlə cinsi əlaqədə olduğumu dedim. İlkinlə barışmamışam, ondan şikayətçiyəm”.

    İş üzrə hotelin sahibi də ifadə verib. O, ifadəsində göstərib ki, aprelin 22-də dostları ilə balıq tutmağa gedib və dostuna onun yerinə kafedə durmasını xahiş edib:

    “Saat 21-22 radələrində kafeyə qayıtdıqda dostum mənə bir polis əməkdaşının gəldiyini, qonaqlarının bir gün qalmaları üçün otaq verilməsini xahiş etdiyini bildirdi. Mən də razılaşıb həmin şəxslərə istirahət otağını verdim. Bir neçə gün sonra polis əməkdaşları tanımadığım bir qızla kafemə gəldi. Qıza məni tanıyıb-tanımaması, görüb-görməməsi barədə sual verdilər. Qız məni tanımadığını bildirdi. Sonra məni Ağstafa Rayon Polis Şöbəsinə dəvət etdilər. Polis şöbəsində olarkən mən baş vermiş hadisə barədə eşitdim”.

    Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 1 il 1 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • В Баку некоторые дома не будут обеспечены отоплением – ПРИЧИНА

    Жители многоквартирного дома, расположенного в Баку по адресу: улица Бахруза Нуриева, 23, рядом со станцией метро “Халглар Достлугу”, возмущены действиями ОАО “Азеристиликтеджизат”.

    Как сообщили oxu.az жильцы дома, компания отказывается подавать отопление во все 24 квартиры из-за того, что некоторые собственники имеют задолженность по оплате.

    Помимо этого, коммунальщики повесили на фасаде здания объявление с указанием личных данных должников и суммы их долга. Жильцы считают такие действия неправомерными и нарушающими их права.

    В ответ на запрос редакции сайта пресс-секретарь “Азеристиликтеджизат” Эльвин Басгаллы пояснил, что отключить отопление в отдельных квартирах технически невозможно.

    “Если большинство жильцов дома длительное время игнорируют предупреждения и уклоняются от оплаты, то спустя определенное время подача тепла во всем здании приостанавливается до погашения задолженности”, – сказал он.

    Что касается публикации данных должников, то, по словам Басгаллы, это делается для того, чтобы остальные жильцы знали причину отсутствия отопления и могли повлиять на своих соседей. Пресс-секретарь призвал всех своевременно оплачивать счета, чтобы не допускать проблем с теплоснабжением для других жителей дома.

  • Bakıda bəzi binalara tamamilə istilik VERİLMƏYƏCƏK – SƏBƏB

    Bakı şəhəri, metronun “Xalqlar Dostluğu” stansiyası, Bəhruz Nuriyev küçəsi, 23 ünvanında yerləşən binanın sakinləri “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətçidirlər.

    Oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, binada yerləşən 24 mənzilin sahiblərinin borcu olduğu üçün sözügedən ünvanda yaşayan digərləri də istiliklə təmin edilməyəcəklər.

    Sakinlər borc məlumatlarının qurum tərəfindən binanın qarşısına asılmasını da doğru hesab etməyiblər.

    Məsələ ilə bağlı oxu.az “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə (ASC) sorğu ünvanlayıb.

    Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq bildirib ki, borcu olan şəxslərin fərdi qaydada mənzillərində istilik təminatının dayandırılması mümkün deyil:

    “Bir çox binaların önündə elanlar vurulub, mənzil sahiblərinə xəbərdarlıq edilib ki, borclar ödənilsin. Borclar ödənilməlidir ki, keyfiyyətli istiliklə davamlı təminat həyata keçirilsin. Qeyd edək ki, əgər binanın əksər sakinləri xəbərdarlıqlara əhəmiyyət verməyib uzun müddət ödənişdən yayınırlarsa, belə olan halda müəyyən müddətdən sonra binanın istilik sisteminin işi dayandırılır. Fərdi qaydada mənzillərin istilik təminatının dayandırılması mümkün olmadığına görə ümumi binanın istilik sistemi borclar ödənilənə qədər işləmir”.

    E.Basqallı vətəndaşların borc məlumatlarının paylaşılması məsələsinə də aydınlıq gətirib:

    “Borc məlumatlarının paylaşılmasında məqsəd ondan ibarətdir ki, həmin binanın sakinləri bilməlidirlər ki, niyə onlar istilik ala bilməyəcəklər. Sakinlər borclarını ödəməlidirlər ki, binadakı digər sakinlərin də istiliklə təminatında problem yaşanmasın”.

  • Начался визит участников Глобального саммита религиозных лидеров в Карабах

    Начался визит участников Глобального саммита религиозных лидеров в Карабах.

    Как сообщает Report, гостей во главе с председателем Управления мусульман Кавказа шейхульисламом Аллахшукюром Пашазаде в Физулинском аэропорту встретил заместитель спецпредставителя Президента Азербайджана в Агдамском, Физулинском, Ходжавендском районах Эльдар Сеидов.

    В ходе визита гости ознакомятся с подвергшимися армянскому вандализму во время оккупации памятниками в Физули, Агдаме, Ходжалы, Аскеране, Ханкенди и Шуше. Они посетят мечети и святыни, будут проинформированы о ходе восстановительных и строительных работ на освобожденных территориях.

    Сообщается, что призыв к молитве (азан) в Агдамской Джума-мечети будет прочитан председателем Управления по делам религии Турции Али Эрбашем. В мечети состоится первая после ремонта коллективная молитва посетителей.

  • Dini liderlərin Qarabağa səfəri başlayıb

    Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

    “Report” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

    Din və hökumət nümayəndələri səfər çərçivəsində Füzuli, Ağdam, Xocalı, Əsgəran, Xankəndi və Şuşada işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılacaqlar.

    Bildirilib ki, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaşın Ağdam məscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdə tutulur. Bu, Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.

  • Президент Ильхам Алиев принял участие в открытии третьей части Центрального парка в Баку

    7 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии третьей части Центрального парка в Баку.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Tarixin ən yaxşı UFC döyüşçüsü seçildi – REYTİNQ

    “Bloody Elbow” çəki dərəcəsindən asılı olmayaraq, bütün dövrlərin ən yaxşı UFC döyüşçülərinin siyahısını hazırlayıb.

    Qaynarinfo nəşrə istinadən xəbər verir ki, birinci yerdə bütün karyerasında yalnız bir dəfə – Mett Hamilə uduzmuş Con Cons (o, qeyri-qanuni dirsək zərbələrinə görə diskvalifikasiya edilib) qərarlaşıb. 

    Ən məşhur UFC döyüşçülərindən biri Konor Makqreqor yeddinci yeri tutub.

    Siyahıda qadın döyüşçü – Amanda Nunyes də yer alıb. Braziliya təmsilçisi iki çəki dərəcəsində çempion olub.

    Ən yaxşı UFC döyüşçülərinin reytinqi:

    1.Con Cons (ABŞ, 27 qələbə, 1 məğlubiyyət)

    2.Jorj Sen-Pyer (Kanada, 26−2)
    3.Demetrius Conson (ABŞ, 25−4−1)
    4.Anderson Silva (Braziliya, 34−11)
    5.Həbib Nurməhəmmədov (Rusiya, 29−0)
    6.Amanda Nunyes (Braziliya, 23−5)
    7.Konor Makqreqor (İrlandiya, 22−6)
    8.Stipe Mioçiç (ABŞ, 20−4)
    9.Daniel Kormye (ABŞ, 22−3)
    10.Aleksandr Volkanovski (Avstraliya, 26−4)

  • Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək – Dəqiq tarix açıqlandı

    9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

    Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı -Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

    Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: “Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir”.

    Eyni zamanda, noyabrdın 9-dan avtobuslardan və metrodan istifadə də COP29 tədbirində iştirak hüququ olan şəxslər üçün pulsuz olacaq.

  • “Çelsi”nin sabiq futbolçusu vəfat edib

    İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Con Dempsi vəfat edib.

    İrlandiya yığmasında çıxış etmiş müdafiəçi 78 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Dempsi 1969-1978-ci illərdə “Çelsi”də çıxış edib. O, “zadəganlar”ın heyətində İngiltərə Kubokunu və UEFA Kuboklar Kubokunu qazanıb.