Month: November 2024

  • Azərbaycan Prezidenti TDT-yə üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan DANIŞDI

    Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

    “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.

    Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.

  • Ильхам Алиев: Азербайджан и дальше будет прилагать усилия, направленные на укрепление ОТГ

    В этом году исполнилось 15 лет Нахчыванскому соглашению, заложившему основу Организации тюркских государств (ОТГ). За этот период наша организация прошла успешный путь развития.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев, выступая на заседании Совета глав государств ОТГ.

    Отметив, что подписанная в июле во время первого неформального Саммита глав государств в городе Шуша Карабахская декларация вносит вклад в еще большее углубление нашего сотрудничества, глава государства сказал: “Азербайджан и дальше будет прилагать усилия, направленные на укрепление Организации тюркских государств”.

  • Prezident: “Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini davam etdirəcək”

    “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirib.

    İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə Görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib:

    “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

  • Gəncədə 61 minlik oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

    Gəncə şəhərində üç mənzildən ümumilikdə təqribən 61 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.

    Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41 500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.

    Faktlarla bağlı araşdırma aparılır.

  • В Товузском районе произошла тяжелая авария: водитель скрылся с места происшествия

    Вчера в селе Ибрагимгаджилы Товузского района произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, автомобиль сбил местную жительницу Кимью Багирову. В результате аварии женщина скончалась на месте происшествия.

    Сотрудниками полиции был задержан водитель автомобиля Toyota Auris Рамиль Акберов, подозреваемый в совершении наезда и скрывшийся с места происшествия.

    В его отношении возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса.

  • Tovuzda ağır qəza: Sürücü hadisə yerindən qaçdı

    Tovuzda qadını avtomobil vuraraq öldürüb.

    “Report” xəbər verir ki, hadisə ötən gün İbrahimhacılı kəndində qeydə alınıb.

    Kənd sakini Kimya Bağırova avtomobillə vurulub. Nəticədə qadın hadisə yerində ölüb.

    Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinərək hadisə yerindən qaçan “Toyota Auris” markalı avtomobilin sürücüsü Ramil Əkbərov müəyyən olunaraq saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb.

  • 15.5 лет тюрьмы за убийство и кражу: музыкант расправился с коллегой ради наживы

    В Бакинском апелляционном суде завершилось судебное заседание по жалобе на приговор в отношении обвиняемого в убийстве Расула Агазаде.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Джавида Гусейна было зачитано решение, согласно которому приговор Бакинского суда по тяжким преступлениям о лишении свободы сроком на 16 лет 6 месяцев был изменен, срок наказания снижен до 15 лет 6 месяцев.

    Напомним, что преступление произошло в апреле прошлого года в Наримановском районе Баку, в доме, где проживал потерпевший. В суде выяснилось, что деяние было совершено из корыстных побуждений.

    После убийства Намика Исрафилова Р.Агазаде забрал принадлежащие ему два мобильных телефона и скрылся с места происшествия. Позже обвиняемый продал один из этих телефонов за 60 манатов и потратил деньги на личные нужды. В суде Расул Агазаде не признал себя виновным в предъявленном обвинении. Он отметил, что занимался музыкой, а Н.Исрафилов тоже был певцом и публиковал песни на YouTube.

    Отметим, в суде в качестве правопреемника потерпевшего выступил его брат Нурлан Исрафилов. Он заявил, что не имеет никаких претензий и требований в связи с убийством брата.

  • Bakıda müğənnini qətlə yetirən musiqiçinin cəzası azaldıldı

    Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəsul Ağazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, onun cəzası 15 il 6 aya endirilib.

    Xatırladaq ki, cinayət hadisəsi ötən ilin aprelində Bakının Nərimanov rayonunda, zərərçəkmiş şəxsin yaşadığı evdə baş verib. Məhkəmədə cinayətin tamah niyyəti ilə törədildiyi məlum olub.

    Rəsul Ağazadə Namik İsrafilovu qətlə yetirdikdən sonra ona məxsus iki ədəd mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs daha sonra bu telefonlardan birini 60 manata satıb və pulu şəxsi ehtiyaclarına sərf edib. Rəsul Ağazadə məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, musiqi ilə məşğul olub, zərərçəkmiş Namik İsrafilov da müğənni imiş, “YouTube”da mahnıları var.

    Qeyd edək ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.

  • В Бишкеке состоялась встреча Ильхама Алиева и Реджепа Тайипа Эрдогана – ФОТО (ОБНОВЛЕНО)

    6 ноября в столице Кыргызстана Бишкеке состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и его турецкого коллеги Реджепа Тайипа Эрдогана.

    Как сообщает АЗЕРТАДЖ, на встрече еще раз было отмечено, что дружеские, братские и союзнические отношения успешно развиваются во всех сферах.

    Было подчеркнуто, что проходящий в Бишкеке 11-й Саммит глав государств Организации тюркских государств служит делу укрепления сотрудничества между тюркскими государствами.

    В ходе беседы еще раз было отмечено значение предстоящей в Азербайджане конференции COP29.

    На встрече была выражена уверенность, что отношения между нашими странами и впредь будут развиваться в различных сферах, состоялся обмен мнениями о двусторонних отношениях и вопросах, представляющих взаимный интерес.

    * * * * *

    В Бишкеке состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и его турецкого коллеги Реджепа Тайипа Эрдогана.

    Об этом сообщает АЗЕРТАДЖ.

    * * * * *

    В Бишкеке началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и его турецкого коллеги Реджепа Тайипа Эрдогана.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub – FOTO (YENİLƏNİB)

    Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.

    Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulanıb.

    Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edilib.

    Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    * * * * *

    Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC xəbər verir.