Month: November 2024

  • В приложениях службы такси создана категория COP29

    Для обеспечения доступности пассажирских перевозок для делегаций, которые посетят страну для участия в конференции COP29, а также для местных участников, в мобильных приложениях такси Bolt и Yango создана категория COP29.

    Операционная компания COP29 Азербайджан и Министерство цифрового развития и транспорта продолжают работу по обеспечению комфортного передвижения десятков тысяч участников COP29 между местами проведения мероприятий, которые пройдут в Баку с 11 по 22 ноября. В рамках этого участники мероприятия смогут легко пользоваться не только автобусами, следующими по специальному маршруту, но и мобильными приложениями таких компаний, как Bolt и Yango. Для этого в меню заказов мобильных приложений указанных компаний такси добавлена категория COP29. Эта функция не только упрощает процесс заказа, но и направляет заказчиков к ближайшей стоянке такси. Учитывая безопасность процесса, указанные компании выделили специальные автомобили по этой категории и отметили их соответствующими стикерами.

    Кроме того, компания Baku Taxi, являющаяся официальным партнером COP29, также предлагает свои услуги участникам конференции. Такси этой компании будут обслуживать в соответствующих зонах “Терминала-1” Международного аэропорта Гейдар Алиев и Бакинского стадиона.

    Отметим, что услуги Baku Taxi будут бесплатными для участников на инвалидных колясках, прошедших аккредитацию или получивших письмо-подтверждение для участия в конференции.

  • COP29 iştirakçıları üçün taksi xidməti ilə bağlı YENİLİK

    COP29 konfransında iştirak etmək üçün ölkəmizə səfər edən nümayəndə heyətləri, eləcə də yerli iştirakçılar üçün sərnişindaşıma xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə “Bolt” və “Yango” taksi şirkətlərinin mobil tətbiqlərində “COP29” kateqoriyası yaradılıb.

    COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a qatılacaq onminlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, “Bolt” və “Yango” kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər. Bunun üçün adıçəkilən taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına “COP29” kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.

    Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan “Baku Taxi” şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı “Terminal-1” və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, “Baku Taxi”nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçmiş və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.

  • ГНС оштрафовала более 120 налогоплательщиков за операции “с карты на карту”

    Государственная налоговая служба (ГНС) при Министерстве экономики Азербайджана применила финансовые санкции к еще 120 налогоплательщикам, занятым в сфере общественного питания и розничной торговлей в Баку.

    Об этом сообщает Median.Az со ссылкой на информацию ГНС.

    Ведомство продолжает проводить контрольные мероприятия, чтобы пресечь случаи проведения безналичных платежей в объектах розничной торговли и общепита путем перевода с карты на карту (card to card), а не через POS-терминалы. За последние дни в ходе проверок в Баку были выявлены факты нарушений более чем в 120 таких объектах. Нарушения задокументированы, применены соответствующие финансовые санкции.

    Согласно действующему законодательству, прием безналичных платежей должен осуществляться только через POS-терминал, при этом гражданам наряду с чеком POS-терминала должен предоставляться и чек контрольно-кассового аппарата. Создание возможности электронной оплаты для потребителей является прямой обязанностью налогоплательщиков.

    Ранее уже были наказаны 160 предпринимателей, работавших по схеме “с карты на карту”.

  • Daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi – SƏBƏB

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 120 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

    Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

    Qeyd edək ki, bundan əvvəl “Kartdan-karta” üsulu ilə işləyən 160 sahibkar cəzalandırılıb.

  • Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi

    Tacikistan Respublikasının vətəndaşı, 1962-ci il təvəllüdlü Bobocon Abduraximoviç Cəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən, beynəlxalq axtarışa verilmiş Bobocon Abduraximoviç Cəlilov 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib”, – deyə məlumatda qeyd olunub.

  • Bayram günlərində metro necə işləyəcək?

    Noyabrın 8-9-u ölkəmizdə Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

    Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bu gün keçirilən brifinqdə deyib.

    O bildirib ki, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi təmin ediləcək:

    “Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
    Bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır saxlanılacaq.
    Bu 3 gün ərzində “Bakmil” stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək”.

  • Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq

    Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar konsert proqramı və atəşfəşanlıq olacaq.

    “Report”un məlumatına görə, noyabrın 8-də saat 19:00-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.

    Konsert proqramında vətənpərvərlik ruhunda kompozisiyalar, rəqs qruplarının çıxışları, populyar müğənnilərin ifasında mahnılar təqdim olunacaq.

    Eyni zamanda, həmin gün muxtar respublikada bir sıra başqa tədbirlər də keçiriləcək.

  • İlham Əliyev Donald Trampı təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

    Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

    Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

    Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

    Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

    Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Американские СМИ присудили Трампу победу на выборах

    Американские СМИ объявили о победе кандидата от республиканцев Дональда Трампа на президентских выборах.

    Как утверждает NBC News, он побеждает на выборах после того, как победа в Висконсине позволила ему преодолеть порог в 270 голосов выборщиков.

    Компания Edison Research сообщает, что у Трампа достаточно голосов выборщиков для победы на выборах в США.

    По прогнозам CNN и The Washington Post, Трамп уже получает 276 голосов. Агентство Associated Press и газета The New York Times присудили победу на выборах Трампу, уже набравшему, по их подсчетам, 277 голосов выборщиков.

  • ABŞ-də prezident seçkisi yekunlaşdı: Tramp qalib gəlir

    ABŞ-də bu gün baş tutan prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.

    Median.Az-ın “Associated Press”ə istinadən xəbər verir ki, ən son hesablamalara görə, Donald Tramp 277 səs, Kamala Harris isə 224 səs toplayıb.

    Xatırladaq ki, qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.