Month: November 2024

  • İranda terror qruplaşmasının üzvləri zərərsizləşdirildilər 4 0

    İranın təhlükəsizlik qüvvələri bu gün Sistan və Bəluçistan əyalətində keçirdiyi əməliyyatla terror qruplaşmasının üzvlərini zərərsizləşdirib.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran mediasına istinadla xəbər verib.

    Silahlı qruplaşmanın dörd üzvü məhv edilib, daha altı nəfər isə saxlanılıb.

    Bildirilib ki, əməliyyat oktyabrın 26-da sözügedən əyalətdə 10 polis əməkdaşının öldürülməsindən sonra baş tutub. Qeyd olunub ki, təhlükəsizlik qüvvələri çox sayda silah da ələ keçiriblər.

  • Oktyabrda 28 aptekdə yoxlama aparılıb

    2024-cü ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb.

    Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

  • Salyanda məktəbli intihar etdi

    Salyanda intihar hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, 8-ci sinif şagirdi, 13 yaşlı Ə.S. özünü yelləncəyin ipi ilə asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Meyson Maunt uzunmüddətli zədədən qayıdıb

    İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Meyson Maunt zədəsini sağaldaraq kollektiv məşqlərə qoşulub.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, 25 yaşlı ingiltərəli yarımmüdafiəçi avqustun sonunda diz bağından zədə almışdı.

    Qeyd edək ki, Meyson Maunt bu mövsüm bütün turnirlərdə 5 oyun keçirib və 2 sarı vərəqə alıb.

  • Azarkeşlər “Qarabağ” və “Turan Tovuz”u ziyana salıblar

    Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi “Turan Tovuz” və “Qarabağ” klublarını azarkeşlərə görə cəzalandırıb.

    Bu barədə komitənin iclasında qərar qəbul olunub.

    Belə ki, Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz təmsilçisi 800 manat cərimə olunub.

    Bundan başqa, “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimələnib.

    “Qarabağ” klubunun azarkeşləri səkkiz ədəd oturacağı sındırdıqlarına görə stadiona dəymiş zərər Ağdam təmsilçisi tərəfindən ödənilməli olacaq.

  • Маск назвал “марионеточный режим Харрис” выгодным для “поджигателей войны”

    Сторонники развязывания международных военных конфликтов в рядах руководства США захотят установить марионеточный режим, если на выборах президента страны победит кандидат от Демократической партии Камала Харрис.

    Как передает Median.Az со ссылкой на ТАСС, такое мнение выразил Илон Маск.

    “Поджигатели войны хотят [установления] марионеточного режима Камалы [Харрис], потому что они получат большее число войн”, – сказал Маск во время интервью американскому телеведущему Джо Рогану.

    По словам Маска, поддержавшие кандидатуру Харрис представители власти в США “получают выгоду от войны”. Он назвал сложившуюся ситуацию безумием и добавил, что сторонники развязывания войн ненавидят кандидата от Республиканской партии Дональда Трампа.

  • Mask: “Harris marionet rejimi” “müharibə qızışdırıcıları” üçün faydalıdır”

    “ABŞ rəhbərliyinin beynəlxalq hərbi münaqişələrin başlanmasının tərəfdarları Demokrat Partiyasından olan namizəd Kamala Harris prezident seçkisində qalib gələrsə, marionet rejimi qurmaq istəyəcəklər”.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu fikri İlon Mask bildirib.

    “Müharibə qızışdırıcıları Kamala Harrisin marionet rejimini istəyirlər, çünki onlar daha çox müharibə əldə edəcəklər”, – deyə Mask ABŞ-li teleaparıcı Co Roqana müsahibəsində bildirib.

    Maskın sözlərinə görə, Harrisin namizədliyini dəstəkləyən ABŞ hakimiyyət nümayəndələri müharibədən fayda əldə edirlər. O, yaranmış vəziyyəti dəlilik adlandırıb və müharibə qızışdırıcılarının Respublikaçılar Partiyasından olan namizəd Donald Trampa nifrət etdiklərini əlavə edib.

  • Erməni konyakı artıq konyak adlandırılmayacaq

    Erməni konyakı tezliklə yeni brend – erməni brendi ilə satılmağa başlayacaq.

    Median.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

    Artıq ölkə spirtli içkinin markasının dəyişdirilməsi ilə bağlı Avropa İttifaqının müvafiq qurumlarını məlumatlandırıb. Bundan başqa, tərəflər erməni brendinin təbliği proqramını təsdiqləyiblər. Kampaniya noyabrın ikinci yarısında başlanmalıdır.

    Xatırladaq ki, Konyak adlı spirtli içki öz adını Fransanın Konyak şəhərinin şərəfinə almışdır. Avropa standartlarına görə, istehsal Fransadan kənarda baş verirsə, o zaman içkini konyak adlandırmaq olmaz.

  • Bakıda 30 min manat dəyərində qapı və kondisionerlər oğurlandı

    Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.

    Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

    Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda imtahan vermək “həvəskarı” olan üç nəfər qiymət əvəzinə cəza aldı

    27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda üç nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məsələlərdən biri də imtahanlarda şəffaflığın təmin edilməsidir:

    “Namizədlərin imtahanlarda bərabər şərtlər daxilində iştirakı, müvafiq qaydalara riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər iştirakçıların biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsinə yönəldilib.

    Məlum olduğu kimi, mərkəz tərəfindən keçirilən imtahanlarda imtahan binasına giriş zamanı iştirakçıların şəxsiyyəti müəyyən edilir. Burada əsas məqsədlərdən biri də imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxsin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır”.

    Qeyd edilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir:

    “Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

    Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Nəzərinizə çatdırırıq ki, həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb ediliblər”.

    Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır:

    “Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir”.