Month: November 2024

  • Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərin cəzası azaldıldı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxsləri barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

    APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti qismən təmin olunub, onların cəzası azaldılıb. Fikrət Abdulrəhimovun cəzası 8 il 2 aya, İbrahim Muxtarov və Zahid Bəkirovun cəzası isə 8 il 3 aya endirilib.

    Digər təqsirləndirilən Fikrət Paşayev kassasiya şikayətini geri götürüb. Onun barəsində olan 9 il 6 ay azadlıqdan məhrum etmə cəzası qüvvədə qalıb.

    Xatırladaq ki, Fikrət Paşayev 9 il 6 ay, digər şəxslər isə 9 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

    Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu mövsümündə Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib

    Noyabrın 5-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Армения отправила Азербайджану пакет предложений по мирному соглашению

    Армения отправила Азербайджану пакет предложений для полного согласования мирного соглашения.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом в парламенте сообщил журналистам замглавы МИД республики Паруйр Ованнисян.

    “Мы отправили последний пакет предложений, ждем ответа азербайджанской стороны”, – отметил он.

    Ранее глава МИД Армении Арарат Мирзоян заявил, что для подписания соглашения с Азербайджаном остается согласовать “1-2 пункта”, и выразил надежду, что Ереван и Баку сумеют договориться по этим вопросам.

  • Ermənistan XİN: “Azərbaycana sülh sazişi üzrə təkliflər paketini göndərmişik”

    “Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib”.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə jurnalistlərə ölkənin XİN başçısının müavini Paruyr Ovannisyan məlumat verib.

    “Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik”, – deyə o qeyd edib.

    Daha əvvəl Ermənistanın XİN başçısı Ararat Mirzoyan bildirmişdi ki, Azərbaycanla sazişin imzalanması üçün 1-2 bənd razılaşdırılmalıdır. O, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini ifadə edib.

  • Президент Азербайджана прибыл с визитом в Кыргызстан – ФОТО

    5 ноября Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с визитом в Кыргызскую Республику для участия в 11-м Саммите глав государств Организации тюркских государств.

    Как сообщает АЗЕРТАДЖ, в Бишкекском международном аэропорту “Манас-2” в честь главы нашего государства был выстроен почетный караул.

    Президента Ильхама Алиева встречали председатель Кабинета Министров Кыргызстана – руководитель Администрации президента Акылбек Жапаров и другие официальные лица.


  • İlham Əliyev Qırğızıstana səfərə getdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.

    AZƏRTAC xəbər verir ki, Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.


  • В Современном образовательном комплексе имени Гейдара Алиева произведено новое назначение

    В Современном образовательном комплексе имени Гейдара Алиева назначен новый исполнительный директор.

    Как сообщает iqtisadiyyat.az, согласно соответствующему приказу, руководителем учебного заведения стал Турал Аббасов.

    Отметим, что Т.Аббасов работает в указанном комплексе с 2019 года. До нового назначения он был менеджером по бизнесу и операциям.

  • Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yeni TƏYİNAT

    Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni icraçı direktor (CEO) təyin olunub.

    İqtisadiyyat.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Tural Abbasov təyinat alıb.

    Qeyd edək ki, T.Abbasov 2019-cu ildən bu Kompleksdə çalışır. O, yeni təyinatadək biznes və əməliyyatlar üzrə menecer vəzifəsində işləyib.

  • Центробанк Азербайджана оштрафовал должностных лиц двух небанковских кредитных организаций

    Центральный банк Азербайджана (ЦБА) оштрафовал должностных лиц 2 небанковских кредитных организаций (НБКО).

    Об этом сообщает Report со ссылкой на ЦБА.

    Согласно информации, в рамках тематической проверки, проведенной с целью оценки соблюдения НБКО законодательства по борьбе с отмыванием денег и финансированием терроризма, за нарушение статей 598.1.1 и 598.1.2 Кодекса об административных проступках должностное лицо ООО Azinvestkredit решением Бакинского апелляционного суда оштрафовано на 3 000 манатов, за нарушение статьи 598.1.2 Кодекса должностное лицо ОАО Para решением Насиминского районного суда города Баку оштрафовано на 2 000 манатов.

  • Azərbaycan Mərkəzi Bankı iki BOKT-nin vəzifəli şəxslərini cərimələyib

    Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

    “Report” xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

    Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat, məcəllənin yalnız 598.1.2-ci maddəsinə müvafiq olaraq isə “Para” ASC-nin vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.