Month: November 2024

  • Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq

    8 Noyabr – Zəfər Günü münasibəti ilə Bakıda təşkil ediləcək konsert proqramı və atəşfəşanlıq üçün hazırlıq işləri aparılır.

    İşlərə Dənizkənarı Milli Parkda start verilib.

    Konsertlə əlaqəli Milli Parkda yerləşən Saat qülləsinin yanında səhnə quraşdırılır, son tamamlama işləri gedir.

    Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

    Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.

  • Polisin əmrinə tabe olmayan sürücü həbs olundu – VİDEO

    Paytaxt sakini Murad Kərimov idarə etdiyi “Toyota” markalı avtomobilin xarici işıq cihazlarında dəyişiklik etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, sürücünün narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o, müayinədən keçməyə dəvət edilib. Bu zaman Murad Kərimov məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb. Müayinədən keçməkdən imtina edən M.Kərimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs olunub.

    Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazid olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

  • Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı

    “İraqda silah yalnız dövlətin əlində olmalıdır”.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İraqda nüfuzlu ruhani liderlərindən olan ayətullah Əli Sistani BMT-nin nümayəndə heyəti ilə görüşdə bəyan edib.

    O, İsrailin Qəzza və Livandakı müharibəsi, bəzi İraq qruplarının İsrailə raket və pilotsuz təyyarələrlə hücumları, həmçinin İranın İsrailin bu ölkəyə qarşı son hava hücumuna cavab vermə ehtimalı ilə yaranan görünməmiş gərginlik fonunda ölkəyə xarici müdaxilənin müxtəlif aspektlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

    Sistani, həmçinin, qanunun aliliyi, silahın yalnız dövlətin ixtiyarında olması və bütün sahələrdə korrupsiya ilə mübarizənin zəruriliyini qeyd edib.

  • Azərbaycanda İYRƏNC HADİSƏ: 13 yaşlı qız atasından hamilə qaldı

    İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan övladı ilə cinsi əlaqədə olan 1980-ci il təvəllüdlü H. Turabov (şərti) həbs edilib.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, əvvəllər də məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 152.4.1-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma – Onu tərbiyə etmək funksiyasını daşıyan şəxs tərəfindən törədilməklə) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.

    Məlum olub ki, H.Turabov 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin dekabrınadək 13 yaşlı övladı ilə mütəmadı cinsi əlaqədə olub. Yeniyetmə qızda 2023-cü ilin sonunda 34 həftəlik hamiləlik müəyyən edilib.

    Bundan sonra cinayət işi açılıb.

    Həbs edilən şəxs ifadəsində bildirib ki, o, türmədə olarkən arvadı məhbus yoldaşına ərə gedib. O, övladına qarşı seksual xarakterli hərəkət etmədiyini, onun kimdən hamilə qaldığını bilmədiyini deyib.

    Ekspertiza rəyində isə yeniyetmənin bətnindəki dölün H. Turabovdan olması qeyd edilib.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmlə H. Turabov 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • В Азербайджане выросла оптовая цена на муку – ОФИЦИАЛЬНО

    По сравнению с прошлым месяцем, оптовые цены на муку в Азербайджане выросли.

    Об этом сообщает Государственная служба по антимонопольному надзору и контролю за потребительским рынком при Министерстве экономики.

    Согласно официальной информации, с 4 ноября производители повысили цены на муку на 70 гяпиков.

    На данный момент оптовая цена на мешок муки весом 50 кг варьируется в пределах от 25.95 до 28.20 маната. В прошлом месяце этот показатель составлял 25.30-27.50 маната.

    Самую дешевую муку на рынке Азербайджана предлагает ООО SKY AGRO, а самую дорогую – совместное предприятие (СП) Azeri-Arapoğlu U.S.və T.LTD.

    С 4 ноября оптовые цены на муку, установленные производителями в Азербайджане, выглядят следующим образом:

    ООО Dəvəçi-Dəyirman – 26.70 маната за мешок 50 кг;

    ООО ATS MİLL, Taxıl AQRO и Qarabağ un – 27 манатов;

    ООО Anadoluqida и AVETA – 27.2 маната;

    СП Azeri-Arapoğlu U.S.və T.LTD – 28.2 маната;

    ООО Dəvəçi-Taxıl и Avrora – 26.5 маната;

    ООО Gəncə Dəyirman – 27.4 маната;

    ООО Bakı Taxıl Terminalı, Hazartürk LTD, KARAT HOLDİNG, Dəniz un sənayesi LTD, Sünbül 2012, Karmen, Orxan UN, Xırman, а также ОАО Nadir Quliyev adına Bakı-Taxıl, фирмы PAK-NUR и Səma – 27.1 маната;

    Фирма NEON – 27.65 маната;

    ООО Nural – 27.3 маната;

    ООО SKY AGRO – 25.95 маната.

  • Azərbaycanda unun topdansatış qiyməti artıb – RƏSMİ

    Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.

    Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi.

    Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “SKY AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” Birgə Müəssisəsidir.

    Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

    “Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.70 manat;

    “ATS MİLL”, “Taxıl AQRO” və “Qarabağ un” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

    “Anadoluqida” və “AVETA” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat;

    “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.20 manat;

    “Dəvəçi-Taxıl” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.50 manat;

    “Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat;

    “Bakı Taxıl Terminalı”, “Hazartürk LTD”, “KARAT HOLDİNQ”, “Dəniz un sənayesi LTD”, “Sünbül 2012”, “Karmen”, “Orxan UN”, Xırman”MMC-lərə, eləcə də “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.10 manat;

    “NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.65manat;

    “Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.30 manat;

    “SKY AGRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 25.95 manat.

  • Владимир Путин: Москва делает все для нормализации отношений Баку и Еревана

    Россия делает все для нормализации армяно-азербайджанских отношений и подписания мирного договора между Ереваном и Баку.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил президент Российской Федерации (РФ) Владимир Путин на церемонии вручения иностранными послами верительных грамот в Кремле.

    “В том же духе выстраивается наше сотрудничество с Азербайджаном и Арменией. Мы делали и делаем все для нормализации азербайджано-армянских отношений, для обеспечения прочного мира на Южном Кавказе. Будем и далее оказывать содействие в работе над мирным договором, над делимитацией госграницы и разблокированием экономических и транспортных связей в русле известных трехсторонних договоренностей на высшем уровне 2020-2022 годов”, – сказал глава государства.

    Также Владимир Путин заявил, что лидеры стран Содружества независимых государств (СНГ) по традиции соберутся в конце декабря, а в 2025 году совместно отметят 80-летие Победы в Великой Отечественной войне.

    “Конечно, рад видеть здесь послов Беларуси, Кыргызстана, Азербайджана и Армении, – сказал российский лидер. – Эти государства являются ближайшими соседями, самыми добрыми друзьями, естественными стратегическими партнерами и союзниками России. С их лидерами мы встречались совсем недавно, в октябре в Москве в ходе саммита СНГ. Еще по традиции соберемся в конце декабря, чтобы подвести итоги года и наметить планы на перспективу, а в 2025 году совместно отметим 80-летие Победы в Великой Отечественной войне, вклад в достижение которой внесли народы всех государств Содружества”.

    Напомним, сегодня посол Азербайджана в России Рахман Мустафаев вручил верительные грамоты президенту РФ Владимиру Путину.

  • Putin: “Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir”

    “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvan ilə Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir”.

    Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.

    “Ermənistan və Azərbaycanla əməkdaşlığımız da eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illərdə ali səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmalar çərçivəsində sülh müqaviləsi, dövlət sərhədlərinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzərində işə dəstək verməyə davam edəcəyik”, – deyə Putin bildirib.

    Putin bildirib ki, MDB ölkələrinin liderləri ənənəyə uyğun olaraq dekabrın sonunda toplaşacaqlar.

    “Əlbəttə ki, burada Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycan səfirlərini görməyə şadam. Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. Onların liderləri ilə oktyabrda Moskvada MDB sammiti çərçivəsində görüşmüşük. Ənənəyə uyğun olaraq dekabrın sonunda ilin yekunlarını müzakirə etmək və gələcək planları müəyyənləşdirmək üçün yenidən toplaşacağıq, 2025-ci ildə isə Birlik dövlətlərinin bütün xalqlarının nail olunmasına töhfə verdiyi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini birgə qeyd edəcəyik”, – deyə Rusiya prezidenti bildirib.

    Qeyd edək ki, Rusiya prezidentinə yeni xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimi Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib. Mərasimdə 28 ölkənin nümayəndələri iştirak ediblər.

  • Житель поселка Маштага скончался в тюрьме

    В Баку скончался заключенный.

    Как сообщает lent.az, факт смерти зафиксирован в одном из столичных исправительных учреждений Пенитенциарной службы.

    Умер отбывавший там наказание Алигейдар Джавадов.

    По информации, причиной его смерти стала болезнь.

    Отметим, что Алигейдар Джавадов родом из бакинского поселка Маштага. Он был арестован в 2020 году за незаконный оборот наркотиков.

    А.Джавадов организовал наркоплантацию на территории поселка.

    Напомним, что это 40-й случай смерти заключенного в бакинских тюрьмах с начала этого года.

  • Maştağalı narkobaron HƏBSDƏ ÖLDÜ

    Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Əliheydər Cavadov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, Əliheydər Cavadov Bakının Maştağa qəsəbəsindəndir. O, 2020-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunub.

    Ə.Cavadov yaşadığı Maştağa qəsəbəsi ərazisində narkotik plantasiyası salıbmış.

    Xatırladaq ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 40-cı ölüm hadisəsidir.