Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdaş, Zaqatala, Qax, Oğuz, Balakən, Şəki, Göyçay, Goranboy, Qobustan, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Zərdab, Xaçmaz, Şəmkir, Samux, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Neftçala, Hacıqabulda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Month: November 2024
-
Hava ilə bağlı XƏBƏRDAQLIQ
-
Sankt-Peterburq – Antalya aviareysi təyyarədə yaranan texniki nasazlıq səbəbindən gecikib
Sankt-Peterburq – Antalya marşrutu üzrə noyabrın 4-nə keçən gecə həyata keçirilməli olan aviareys texniki səbəblərə görə 17 saatdan çox gecikib.
Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Pulkovo hava limanının operatoru olan “Vozduşnıe vorota Severnoy Stoliçı” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 4-də Moskva vaxtı ilə saat 01:25-də Sankt-Peterburqdan Antalyaya uçmalı olan A-Jet TK 3977 reysi texniki səbəblərə görə təxirə salınıb. Aviaşirkət sərnişinləri qida və digər xidmətlərlə təmin etmək üçün tədbirlər görür”, – məlumatda bildirilib.
İlkin məlumatlara görə, təyyarə bu gün saat 19:00-da yola düşə bilər.
-
Ален Симонян назвал наличие регламента величайшей победой Азербайджана и Армении
Председатель национального собрания (НС) Армении Ален Симонян считает, что наличие регламента комиссий по делимитации границы является величайшей победой как Азербайджана, так и его страны.
Об этом сообщает Median.Az со ссылкой на армянские СМИ.“Это двусторонняя победа, это первый межгосударственный документ между Арменией и Азербайджаном, его реализация является одним из важнейших краеугольных камней независимости и территориальной целостности двух стран”, – сказал он журналистам.
Ален Симонян полон надежды, что между Арменией и Азербайджаном в этом вопросе произойдет позитивный процесс.
Он сообщил, что на данный момент нет решения о том, откуда должна продолжиться делимитация.
-
Simonyan: “Delimitasiya komissiyalarının reqlamenti Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir”
Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük qələbəsi hesab edir.
Median.Az bu barədə erməni mediasına istinadən məlumat yayıb.
“Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, – deyə o, jurnalistlərə bildirib.
Alen Simonyan ümid edir ki, Ermənistan və Azərbaycan arasında bu məsələdə müsbət proses baş verəcək.
O bildirib ki, hazırda delimitasiyanın haradan davam etdirilməsi barədə qərar yoxdur.
-
“Səbail” klubunun baş məşqçisini təyin etmək üçün Müşahidə Şurasının iclası keçiriləcək
“Səbail” klubunun Müşahidə Şurasının iclası olacaq.
“Report”un əldə etdiyi məlumata görə, yaxın günlərdə baş tutacaq toplantıda “dənizçilər”in yeni baş məşqçisi ilə bağlı müzakirə aparılacaq.Premyer Liqa təmsilçisi ötən gün “Kəpəz”ə uduzduğu (0:1) XII turun matçından sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından Bakı klubunda işləyib.
Qeyd edək ki, “Səbail” hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb. Komanda autsayder “Kəpəz”dən cəmi bir xal çox toplayıb.
-
Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
“Report” xəbər verir ki, hadisə ötən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.Məlumata görə, Nurəddin Əli oğlu Əzimovun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Fatma Kazım qızı Həşimovanı vurub.
Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
-
Майя Санду победила на выборах в президенты Молдовы с 55.33% голосов
Действующий президент Молдовы Майя Санду победила во втором туре президентских выборов с результатом 55.33% голосов, у бывшего генпрокурора Александра Стояногло – 44.67%.
Как передает Median.Az со ссылкой на ТАСС, такие предварительные результаты опубликовала Центральная избирательная комиссия после обработки 100% протоколов. -
Yekun NƏTİCƏ: Maya Sandu Moldovadakı seçkidə qalib gəldi
Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkisinin ikinci turunda 55.33% səslə qalib gəlib, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44.67% səs toplayıb.
Median.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumat görə, bu nəticələr Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 100%-i emal edildikdən sonra açıqlanıb.
-
Ölümcül virus qonşu ölkənin məktəb və bağçalarına çatdı
Koksaki virusu Rusiyanın Moskva və Vladimir vilayətlərində, eləcə də Krasnodar diyarında məktəb və uşaq bağçalarına çatıb.
Median.Az “SHOT Telegram” kanalına istinadən xəbər verir ki, uşaqların valideynləri infeksiyanın Türkiyədən qayıdan insanlar tərəfindən gətirilə biləcəyindən narahatdırlar.
Vladimir sakinlərindən birinin sözlərinə görə, virusa yoluxmuş uşaq bağçadaya gəlib. Bundan sonra üç yaşlı uşaqların hamısı xəstələnməyə başlayıb. Nəticədə 20-dən çox uşaq bu xəstəliyə yoluxub. Onların ağızlarında xoralar, bədənlərində səpgilər yranıb. Həkimlər bunun koksaki virusu olduğunu təsdiqlədilər.
Novorossiysk sakini bildirib ki, onun qardaşı oğlu virusa MMA yarışında yoluxub. Burada bir çox uşaqların əllərində və ayaqlarında qabarcıqlar əmələ gəlib, hərarət yüksəlib. Moskvada oxşar simptomları olan xəstələr müəyyən edilib. Yerli sakin övladının hərarətinin 39 dərəcədən yuxarı olduğunu və səpgilərin dörd gün davam etdiyini bildirib.
-
Rusiyada fırıldaqçılar ölən adamın hesabından pul oğurladılar
Rusiyada fırıldaqçılar ölən adamın hesabından pul oğurladılar.
Median.Az Baza Telegram kanalına istinadən xəbər verir ki, Moskvanın mərhum sakini olan rusiyalı Anatoliyin eSIM kartını bərpa edən dələduzlar onun hesabından 1,2 milyondan çox rubl oğurlayıblar.
Onun qohumları isə oğurluq hadisəsindən yalnız yarım il sonra xəbər tutublar.
Məlumata görə, Anatoliy 2024-cü ilin yazında vəfat edib. Pul oğurluğunu isə onun həyat yoldaşı aşkarlayıb. Onun sözlərinə görə, naməlum şəxslər mərhum ərinin kartından 1 271 700 rubl çıxarıblar. Qadın bankdan çıxarışları tələb edib və sənədlər sayəsində ərinin ölümündən bir həftə sonra naməlum şəxslərin eSIM vasitəsilə onun hesabına daxil ola bildiklərini öyrənib.
Dələduzlar Anatoliyin pasport məlumatlarını əldə edərək “Baumanskaya” metro stansiyasındakı rabitə salonuna gediblər və eSIM-in dublikatını rəsmiləşdiriblər, bu dublikat vasitəsilə də pulu çıxarıblar.







