Month: November 2024

  • Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi

    Noyabrın 2-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniyada müəyyən olunaraq, həbs edilib.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

  • İspaniyada ölənlərin sayı 217-ə çatdı – 30 mindən çox…

    İspaniyanın Valensiya bölgəsində böyük fəsadlara səbəb olan sel fəlakətində ölənlərin sayı 217-ə yüksəlib.

    İspaniyanın baş naziri Pedro Sançez 30 mindən çox insanın xilas edildiyini bildirsə də, hələ də çox insanın itkin olduğunu bildirib.

    Bu səbəbdən Valensiyaya daha 10 min təhlükəsizlik işçisi göndərməyə qərar verilib.

    Sançez “İndiyə qədər evləri, yolları və 30 mindən çox insanı xilas etdik amma yardımların bir çox nöqtəyə çatması çox vaxt aparır, hələ də evləri, qarajları və bələdiyyələri su altında qalan çoxlu çarəsiz insanlar var” sözllərini deyib.

  • Azərbaycanda yayılan virus nədir?

    Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur.

    Bəs yeni yayılan virus nədir? Bundan necə qorunmaq olar?

    İnfeksionist Təyyar Eyvazov lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilboyu müxtəlif infeksion xəstəliklərə rast gəlinir.

    Onun sözlərinə görə, hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir:

    “Bunlara səbəb əsasən müxtəlif virus infeksiyalarıdır. Kəskin respirator virus infeksiyalarından adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir, eyni zamanda hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enterovirusları da yaddan çıxarmaq olmaz. Bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətdə sağalır”.

    İnfeksionist bildirib ki, bu hallardan özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli və əl gigiyenası qaydalarına əməl etməliyik:

    “Qripə qarşı həssas əhali qruplarının vaksinasiyası tövsiyə olunur”.

  • Azərbaycanda toy yasa qarışdı: tanınmış həkim qızının şad günündə ÖLDÜ

    Toyda ölüm hadisəsi baş verib.

    Median.Az itul.az-a istinadla xəbər verir ki, hadisə Şəkidə baş verib.

    Rayonun tanınmış həkimlərindən olan Leyla Şıxəliyeva bacısı qızının xoş günündə dünyasın dəyişib.

    O, toyda xeyir-dua verdikdən sonra rəqs etmək istəyərkən yerə yıxılıb. Təcili yardım gələnə kimi isə o artıq dünyasın dəyişib.

    Beləcə, toy yasa qarışıb.

  • Tablolarında öz qanını boya kimi istifadə edən rəssamıninanılmaz həyat hekayəsi – FOTO

    Filippinli rəssam Elito Circa rəsmlərini öz qanı ilə çəkərək görən hər kəsi təəccübləndirir.

    Median.Az sizi 52 yaşlı filippinli rəssam Elito Circa ilə tanış edir.

    Öz qanından bədii vasitə kimi istifadə edən Elitonun çox maraqlı hekayəsi və uğurlarla dolu həyatı var.

    Circa məhdud maddi imkanları olan bir ailədə böyüyüb və heç vaxt rəngləmək üçün heç bir material olmadığı üçün həmişə fərqli şeylərdən istifadə edib.

    Əvvəlcə o, sənət yaratmaq üçün boya kimi gavalı, pomidor kimi tərəvəz və meyvələrdən istifadə etmişdir.

    Sonra gəncliyində qəza nəticəsində yaralananda öz qanını boya kimi istifadə etməyə çalışıb, daha sonra buna aludə olub.
    O vaxtdan bəri bütün rəsmlərini öz qanı ilə çəkən Circa, hər üç aydan bir sağlamlıq mərkəzinə gedərək qan aldırdığını və sonra onu soyuducuda saxladığını bildirir.

    Soyuducuda saxladığı qanı götürüb boya kimi istifadə edən rəssam bunları bildirir:

    “Hər dəfə yaralananda qan ləkələrini çıxarmağa çalışırdım, çünki çətin idi. Sonra öz rəsmlərimdə qanımdan istifadə etmək qərarına gəldim”.

    “İncəsənət əsərlərim mənim üçün çox vacibdir, çünki onlar məndən gəlir, öz qanım, DNT-m onun bir hissəsidir.”

    Circa deyir ki, onun yeni məqsədi öz qanı ilə dünyanın ən böyük tablosunu çəkməkdir.

    “100 metrlik kətan üzərində indiyə qədər çəkilmiş ən böyük qan tablosunu yaradaraq dünya rekordu qırmaq istəyirəm.”

  • 20 yaşlı oğlan anasını amansızlıqla qətlə yetirdi

    Bakıda dəhşətli cinayət törədilib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

    Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

    Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

    Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib.

  • Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

    Mədəniyyət Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru Rüstəm Kərimov vəzifəsindən azad edilib.

    Report xəbər verir ki, şirkətə rəhbərlik Rafiq Vəliyevə həvalə olunub.

    Xatırladaq ki, “Əsaslı Tikinti və Təchizat” 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.

  • Определился обладатель Кубка Азербайджана по волейболу среди женских команд

    Определился победитель Кубка Азербайджана по волейболу среди женских команд, организованного в рамках “Года солидарности во имя зеленого мира”.

    Как сообщает report, в решающем матче, прошедшем в волейбольном центре Министерства молодежи и спорта, встретились команды “Гянджа” и “Абшерон”.

    Встреча завершилась победой последних со счетом 3:0 (25:18, 25:20, 25:16).

    Отметим, что ранее сегодня состоялся финальный матч мужских команд, “Хиласедиджи” обыграл “Азеррейл” со счетом 3:0.

  • Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub

    Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində qalib müəyyənləşib.

    Report xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda “Gəncə” və “Abşeron” kollektivləri üz-üzə gəliblər.

    Qarşılaşma ikincilərin 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə “Xilasedici” “Azərreyl”i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olub.

  • ИСЕСКО намерена принять активное участие в работе COP29 в Баку

    Исламская организация по вопросам образования, науки и культуры (ИСЕСКО) планирует принять активное участие в работе Бакинской климатической конференции COP29, которая пройдет в столице Азербайджана с 11 по 22 ноября.

    Как сообщает Report, об этом говорится в пресс-релизе организации.

    Отмечается, ИСЕСКО будет представлена не только в основной программе мероприятия, но посредством своего павильона в “голубой зоне”.

    В павильоне ИСЕСКО будет организовано около 50 различных мероприятий, посвященных влиянию изменения климата на образование, науку, культуру и смежные области. Делегацию ИСЕСКО на COP29 возглавит генеральный секретарь Салим Аль-Малик в сопровождении руководителей секторов, департаментов и экспертов, говорится в сообщении.

    “Участие ИСЕСКО в COP29 соответствует стратегическим приоритетам и новому видению организации, подчеркивая ее приверженность поддержке глобальных усилий по защите окружающей среды и смягчению негативных последствий изменения климата. Повестка ИСЕСКО включает министерскую встречу “Наследие и культурная устойчивость перед лицом изменения климата”, которая будет организована в партнерстве с Министерством культуры и Министерством экологии и природных ресурсов Азербайджана, панельную дискуссию по продвижению водной безопасности, биоразнообразия и мира через инновации и наблюдение Земли, запуск инициативы “Медиатон” для укрепления СМИ и многое другое”, – сообщили в организации.

    Отмечается, что ключевыми темами обсуждений станут продовольственная и водная безопасность, развитие умного сельского хозяйства, управление стихийными бедствиями, продвижение образования, наращивание потенциала человеческого капитала, вовлечение молодежи и демонстрация усилий и инициатив ИСЕСКО в этих жизненно важных областях.

    “COP29 в Азербайджане обещает стать знаковым событием в борьбе с изменением климата, где ИСЕСКО продемонстрирует свою решимость и активную позицию в решении глобальных экологических проблем”, – говорится в сообщении.