Month: November 2024

  • Saniyədə 716 dəfə – Kainatda ən sürətli fırlanan cisimlərdən biri tapıldı

    Astronomlar kainatda indiyə qədər müşahidə edilən ən sürətli fırlanan obyektlərdən birini tapıblar. Bu obyekt neytron ulduzudur.

    Median.Az “Interesting Engineering”ə istinadən xəbər verir ki, Danimarka Texniki Universitetinin tədqiqatçıları bu müşahidəni NASA-nın Beynəlxalq Kosmik Stansiyada quraşdırılmış NICER rentgen teleskopunun məlumatlarından istifadə edərək aparıblar.

    Neytron ulduzu “4U 1820-30” adlı “ikili rentgen ulduz sistemi”nin bir hissəsidir və qalaktikamızın mərkəzinə doğru Oxatan bürcündə yerləşir. O, öz oxu ətrafında saniyədə 716 dəfə fırlanır.

    Neytron ulduzları fövqəlnovalarda partlayan qədim, ölü ulduzların nüvələrinin sıx qalıqlarıdır və adətən birbaşa müşahidə ilə aşkar etmək çətindir.

    NASA-nın NICER rentgen teleskopu ulduz izləmə texnologiyası ilə təchiz edilib. Alimlər 4U 1820-30 ulduz sistemində neytron ulduzu ilə qarşılaşdıqda bu texnologiyadan istifadə ediblər. Onlar öz tapıntılarını Astrophysical Journal”da yeni bir məqalədə dərc ediblər. Kəşfin arxasında duran beynəlxalq komandanın bir hissəsi olan böyük tədqiqatçı Dr. Qaurava K. Caysaval deyib:
    “Biz bu sistemdə termonüvə partlayışlarını tədqiq etdik və sonra neytron ulduzunun öz mərkəzi oxu ətrafında heyrətamiz dərəcədə saniyədə 716 dəfə fırlandığını göstərən əlamətdar salınımlar tapdıq. Gələcək müşahidələr bunu təsdiq edərsə, “4U 1820-30” neytron ulduzu kainatda indiyə qədər müşahidə edilən ən sürətli fırlanan obyektlərdən biri olacaq və yalnız “PSR J1748-2446″ adlı başqa bir neytron ulduzu ilə uyğunlaşacaq”.

    Qeyd olunur ki, indiyədək dünyanın astronomları bir neçə min belə ölü ulduzu müşahidə ediblər və bunlar alimlərin indiyədək müşahidə etdiyi ən sıx obyektlərdir. “4U 1820-30″un diametri cəmi 12 km, lakin kütləsi Günəşin kütləsindən 1,4 dəfə böyükdür. O, Yerdən 26.000 işıq ili uzaqlıqda yerləşir. Onun yoldaş ulduzu neytron ulduzunun ətrafında hər 11 dəqiqədən bir dövr edən ağ ulduzdur.

    Astronomlar “4U 1820-30” neytron ulduzunun fırlanma sürətini termonüvə rentgen şüaları sayəsində müəyyən edə biliblər. Neytron ulduzu güclü cazibə qüvvəsi ilə ağ ulduzdan kifayət qədər material çəkdikdə baş verir. Bu material kifayət qədər yığıldıqdan sonra güclü partlayışa səbəb olur. Dosent Cerom Şenvez bildirib:

    “Bu alovlar zamanı neytron ulduzu Günəşdən 100.000 dəfə daha parlaq olur və böyük miqdarda enerji buraxır”.

    NICER tərəfindən müşahidə edilən termonüvə rentgen partlayışlarından birinin 716 Hz tezliyində baş verən “termonüvə partlaması salınımları” kimi tanınan bir işarə göstərdiyi deyilir. Bu, sıx ulduz qalığını tədqiq edən alimlərə onun inanılmaz fırlanma sürətini müəyyən etməyə imkan verib

  • Serbiyada dəmiryol vağzalında faciə – 13 ölü, yaralılar var

    Serbiyanın Novi Sad şəhərində dəmiryol vağzalının tavanı uçub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

    Qeyd olunub ki, hadisə zamanı 13 nəfər həlak olub, yaralılar var.

    Xilasedicilər ölənlərin cansız bədənini dağıntılar altından çıxarıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

  • Leyla Əliyeva Təbiət Tarix Muzeyində oldu

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Təbiət Tarix Muzeyini ziyarət edib.
     
    Median.Az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.
     
    “Səmimi və maraqlı görüşə görə direktor Tariyel Eybatova və bütün kollektivə təşəkkür edirəm”, – deyə paylaşımda qeyd olunub.
     
    Həmin görüntüləri təqdim edirik:

  • Şəmkirdə yük avtomobili yanıb

    Şəmkirdə yanğın hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Kraz yolu adlanan ərazisində qeydə alınıb.
    Belə ki, “Qazel” markalı yük avtomobilinin mühərrik hissəsində anidən yağın başlayıb.

    Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

    Yük avtomobilində baş verən yanğın yanğın söndürənlər tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi mühafizə edilib.

    Həmçinin yol kənarındakı kommunikasiya xətləri də yanğından mühafizə olunub.

    Bundan başqa əraziyə Şəmkir rayon polis şöbəsinin əməkdaşları cəlb olunub və ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

  • Ağstafada yeni ailə quran gəlinə zülm verdilər

    Ağstafa rayonunda 1989-cu il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş qayınatası Məmmədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 yanvar 2023-cü ildə Ağstafa rayonunun kəndində baş verib. Vüqar yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınatası Məmmədə yaxın qohumlarının gözü qarşısında yumruq və təpik zərbələri ilə qəsdən bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
    Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun kəndində yaşayır: “Zərərçəkmiş Məmməd mənim keçmiş qayınatamdır. Onunla münasibətlərimiz normal olub, hər zaman bir böyük kimi onun hörmətini saxlamışam. Hadisə günü, saat 4-5 radələrində idarə etdiyim “Hyundai” markalı avtomobil ilə bacım Baharı, keçmiş həyat yoldaşım Gülsümü və qonşumuz Cəmili Gülsümün işlədiyi məktəbdən evə gətirirdim, evə çatan zaman Gülsüm uşağı da götürərək yola tərəf qaçdı. Bu zaman həyat yoldaşımın anası və xalasının uzaqdan bizə tərəf gəlməsini gördüm. Həmin vaxt qayınatam bizdən aralıda olub. Onlar birinci bacımı vuraraq yerə yıxdılar və qonşumuz Cəmil gələrək onları araladı. Məmməd mənə tərəf gəldi, məni hədələdi və mənə yumruq atdı. Lakin yumruq mənə dəymədi. Mən də Məmmədin boğazından tutaraq yavaşca itələdim. Bu zaman o, arxaya gedərək yıxıldı”.
    Təqsirləndirilən şəxs qeyd edib ki, onun həyat yoldaşı ilə münasibətləri normal olub: “Lakin qayınanam hər zaman ailə münasibətlərimizə müdaxilə edib. Həyat yoldaşım aramızda baş verən hər məsələni anasına danışdığı üçün ona telefon işlətməyə qoymamışam. Əməlimdən peşmanam. Zərərçəkmiş Məmmədlə barışığa cəhd etsəm də, sonuncu qəbul etməyib. Məmməddən üzr istəmişəm”.
    İş üzrə zərərçəkmiş qismində ifadə verən Məmmədin sözlərinə görə, Gülsüm onun qızı, Vüqar isə onun keçmiş kürəkənidir: “Həyətyanı torpaq sahəsində işləyərkən, həyat yoldaşım zəng etdi və bildirdi ki, təcili evə gəlim. Mən də evə gəldim. Həyat yoldaşım dedi ki, qızımız müəllimələrin telefonundan zəng edib və bildirib ki, gəlib onu aparmasalar, o özünü öldürəcək. Taksi sifariş edərək bacım, baldızım və həyat yoldaşım ilə birlikdə Vüqargilin yaşadığı kəndə getdik. Biz maşından düşərkən qızımız anama tərəf qaçan kimi Vüqar da qızıma doğru qaçdı. Bu zaman qızım qucağında uşaqla yerə, daşın üstünə yıxıldı. Sonra da həyat yoldaşımın üzərinə hücum çəkdilər. Bütün hər şey Vüqargilin evlərinin kamerasına yazılmışdı. Vüqar mənim qolumdan və boynumdan tutaraq yumruq və təpiklə sağ və sol yanlarıma vurdu. Mən Vüqarın ünvanına nalayiq ifadə işlətməmişəm. Uşağı götürərək maşına əyləşən kimi yanımdan istilik gəldiyini və nəfəs almaqda çətinlik çəkməyimi hiss etdim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdikdə mənə sabah ekspertizaya getməyimi, rentgen olunmağımı bildirdilər. Qızım ailə qurduqdan 3-4 ay sonra onun həyat yoldaşı ilə münasibətləri soyuyub. Lakin qızıma ailəsini dağıtmamasını və səbirli olarsa, hər şeyin düzələcəyini bildirmişəm. Lakin Vüqar və onun bacısı qızımızı ailə qurduqdan sonra bizə qoymayıblar. Mən davadan əvvəl sonuncu dəfə qızımı 2022-ci ilin 8 martında görmüşəm”.
    İş üzrə şahid qismində ifadə verən Gülsümün sözlərinə görə, Vüqar ilə 22 mart 2020-ci ildə ailə quraraq, Ağstafa rayonunun kəndinə gəlin köçüb: “Evdə mən, Vüqar, baldızım və onun uşaqları yaşamışıq. Bizim birgə nikahımızdan 2021-ci il noyabrın 18-də bir övladımız oldu. Ailə münasibətlərimiz ilk vaxtlarda soyumağa başladı. Vüqar anamı və atamı evimizə gəlməyə qoymayıb. Hətta valideynlərimi uşağımız olduqda da gəlməyə qoymayıb. Ondan sonra aramızda davalar başlayıb. Vüqar məni boş şeylərin üstündə döyməyə və təhqir etməyə başladı, telefonumu qırdı”.
    Gülsüm qeyd edib ki, 18 yanvar 2023-cü ildə, səhər 7-də Vüqar onu “Hyundai” markalı avtomobillə məktəbə apararkən döyüb: “Döymə səbəbi kimi də mənim evə cadu gətirməyimi bildirdi. Maşında başımdan və qolumdan dəfələrlə vurdu. Qışqıraraq maşının qapısını açmasını dedim, düşəcəyimi bildirdim. O, maşını saxlamadı. Ağlaya-ağlaya arxa oturacağa keçdim. Qayıdanda məni atamgilin evlərinə düşürməsini və münasibətlərimizin bitdiyini bildirdim. Daha sonra məktəbə getdik. Məktəbdə olarkən müəllimlərin birinin telefonundan anama zəng etdim, gəlib məsələni aydınlaşdırmalarını bildirdim. Məktəbdən evə qayıdarkən yolüstü baldızımı, qonşularımızı və uşaqları bağçadan götürdük. Evə qayıdarkən gördüm ki, atamgil gəlirlər, onlar heç içəri girmədilər. Söz-söhbət yolda, qapının çölündə baş verdi. Mən anama tərəf gedərkən Vüqar məni qucağımda uşaqla başımdan vurdu. Uşaqla birlikdə yerə yıxıldım. Sonra anam araya qarışaraq, məni niyə vurduğumu bildirdi. Vüqar anama da bir təpik vurdu. Anam yerə yıxıldı. Daha sonra atam qaça-qaça gəldikdə söz-söhbət daha da böyüdü. Bir-birini vurmağa başladılar. Sonra səs-küyə qonşular gəldi. Gördüm ki, Vüqarın bacısı oğlu atamı tutub, Vüqar da atamın sağ və sol yanlarından təpiklə və yumruqla vurur. Daha sonra uşağımı almasınlar deyə, onu da götürərək maşına tərəf qaçdım. Atamı da götürərək evə qayıtdıq. Həmin gün atamda ağrılar olmağa başladı. Polisə zəng edərək məlumat verdik. Sonra atamı xəstəxanaya apardıq. Rentgenə düşdükdə onun 13-cü qabırğasının sındığını öyrəndik”.
    Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqarın əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
    Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi Vüqarın barəsində həbs olmayan cəza ilə cəzalandırılmasını istəyib.
    Həmçinin hökmdən dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti verilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinməsini, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib.
    Hər iki şikayət araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti və protestin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.
    Dövlət ittihamçısının isə apellyasiya protesti təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, yeni ittihamedici hökm çıxarılıb. Hökmə əsasən Vüqar 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

  • Temu platformasına qarşı araşdırma başladıldı

    Avropa Komissiyası Aİ-də kütləvi şəkildə saxta mal satmaqda şübhəli bilinən məşhur Temu bazarına qarşı rəsmi araşdırmaya başlayıb. 
     
    Median.Az xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, Temu platformasının rəqəmsal xidmətlərlə bağlı Aİ qanunvericiliyini pozduğu iddia edilir. Şübhələr istintaq tərəfindən təsdiqlənərsə, Temu illik dövriyyənin 6 faizi məbləğində cərimələnəcək ki, bu da əhəmiyyətli məbləğdir.
     
    Avropa strukturunda Temu tərəfindən istifadə edilən texniki həllər, o cümlədən oyun alqoritmi və istifadəçilər arasında asılılığa səbəb ola biləcək xüsusi tanıtım proqramlarının olması xüsusilə narahat vericidir. Bundan əlavə, Avropanın analitik və marketinq xidmətləri Temunun məlumatlarına tam çıxış əldə etməməsindən narahatdırlar.

  • Azərbaycanlı alim vəfat etdi – FOTO

    Azərbaycanda alim ölüb.
     
    Median.Az ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəli Hacımətov dünyasını dəyişib.
     
    O, 4 dərslik və dərs vəsaiti, monoqrafiya və 105-ə yaxın elmi məqalələrin müəllifidir.

    Məqaləyə dair fotomateriallar:

  • ÜST dünya miqyasında rekord vərəmə yoluxma halları haqda məlumat yayıb

    2023-cü ildə dünyada 8,2 milyon insana yeni vərəm diaqnozu qoyulub ki, bu da ÜST tərəfindən indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

    Apa xəbər verir ki, diaqnoz qoyulan xəstələrin əksəriyyəti Cənub-Şərqi Asiya, Afrika və Qərbi Sakit Okean regionunda yaşayır.

    Dünyada hər üç vərəmə yoluxma halından ikisi bu səkkiz ölkənin payına düşür: Hindistan, İndoneziya, Çin, Filippin, Pakistan, Nigeriya, Banqladeş və Konqo Demokratik Respublikası.

    Vərəm əleyhinə dərmanlara dözümlülüyünə görə ən çox yoluxma halı Rusiyada, eləcə də Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində qeydə alınıb.

  • Xamneyi Ali Milli Təhlükəsizlik Şurasına İsrailə qarşı cavab planı hazırlamağı tapşırıb

    İranın ali dini lideri Ayətullah Əli Xamneyi oktyabrın 28-də Ali Milli Təhlükəsizlik Şurasına İsrailə qarşı cavab planı hazırlamağı tapşırıb.

    Apa xəbər verir ki, bu haqda “The New York Times“ (NYT) nəşri İran rəsmiləri arasındakı mənbələrə istinadən məlumat yayıb.

    Əldə edilən məlumata görə, İran hərbi komandanlığı
    mümkün zərbə üçün İsrail ərazisində əsas hərbi obyektlərin siyahısını müəyyənləşdirir.

    Nəşrin mənbələrinin bildirdiyinə görə, əməliyyatın noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra həyata keçirilə biləcəyi güman edilir. Çünki Tehran Respublikaçı namizəd Donald Trampın Yaxın Şərqdəki gərginlikdən öz seçki maraqları üçün istifadə edə biləcəyindən ehtiyat edir.

  • “Koroğlu”dan yalnız bu üç avtobus işləyəcək – Bəs qalanları?

    COP29 tədbiri zamanı Bakıda 59 avtobus marşrutunda dəyişiklik baş verəcək.
     
    Median.Az xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

    Onun sözlərinə görə, hazırda 30 marşrut “Koroğlu” metrostansiyasına daxil olsa da, COP29 tədbiri zamanı sadəcə, 3 marşrut “Pramida” deyilən ərazidən fəaliyyət göstərəcək. Bu üç marşrut avtobusu isə əsasən, Ramana, Zabrat, Suraxanı ərazisinə hərəkət edəcək. Bunlar 214, 163 və 184 nömrəli marşrutlardır.
     
    Digər marşrut avtobusların əksər hissəsi isə “Ulduz” metrostansiyasına yönələcək. Bu marşrutların sayı 12-dir. Qalanları isə “Qara Qarayev” və başqa metrostansiyalara yönəldiləcək.