Month: November 2024

  • Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq

    Azərbaycanda məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq.
     
    Bu barədə Median.Az-a dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
     
    Məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlar sisteminin yaradılması ilə bağlı artıq hazırlıqlara başlayıb.
     
    Qeyd olunur ki, sistem beş moduldan – əsas səhifə, inzibatçılıq, regional idarəetmə və statusların verilməsi, müavinətlərin hesablanması, kütləvi əməliyyatlar, komissiya modullarından ibarət olacaq.
     
    Qurum sözügedən işlərin icrasının 999.755,00 AZN-ə (999 min 755 min manat) başa gələcəyini proqnozlaşdırır.

  • Aeroportdan öz avtomobilinizlə çıxa bilməyəcəksiniz – AYNA sədri açıqladı

    [hide][/hide]Aeroporta daxil olan nəqliyyat vasitələri Terminal 2-nin qarşısında sərnişinləri düşürə biləcəklər, amma 11-12-13 noyabr tarixlərində oradan sərnişin götürə bilməyəcəklər.
     
    Median.Az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
     
    “Aeroportdan gələrək Bakıya daxil olmaq istəyən sərnişinlərdən xahiş edirik ki, yalnız şatllardan istifadə etsinlər. Normalda hava limanında bir şatlımız fəaliyyət göstərəcək. Bir şatlımız metronun 28 May, digəri isə Əhmədli metrostansiyası istiqamətidə hərəkət edəcək”.

  • COP29 zamanı postlar qurulacaq – Maşınlar şəhərə fasilələrlə buraxılacaq

    COP29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
     
    Median.Az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
     
    Qurum rəhbəri bildirib ki, Şıxov istiqamətində, yəni, Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunacaq nəzarət postundan Bakı kənar-dairə yol istiqamətinə yönəldiləcək. Oradan Badamdar istiqamətinə gedənlər həmin istiqamətə, Yasamal, Şamaxinka kimi tanınan əraziyə daxil olmaq istəyənlər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaq. Yəni, nəqliyyatın əsas hissəsi Biləcəri, avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
     
    Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla Şamaxinkadan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq.

    Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat Sumqayıtın girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq və avtomobillər fasilələrlə buraxılacaq.
     
    Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
     
    Bütün bu qeyd olunanlar şəhərə daxil olmaq üçün nəzərdə tutulub.

  • Qurban Qurbanov: “Həm nəticədən, həm də oyundan razı qaldım”

    Həm nəticədən, həm də oyundan razı qaldım.

    Report xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Turan Tovuz”a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

    Mütəxəssis maraqlı mübarizəyə görə hər iki komandanın futbolçularına təşəkkür edib:

    “Həqiqətən çox maraqlı qarşılaşmaya şahidlik etdik. Bu cür oyunların sayı çox olsa, məncə futbolçuların hazırlıq səviyyəsi daha da yüksələr. Bu gün Tovuz şəhər stadionunda möhtəşəm ab-hava var idi. Düşünürəm ki, stadionda olan insanlar hər iki komandaya azarkeşlik edirdilər. Onlar maraqlı görüşə şahid olurdular. Bizim üçün vacib matç idi. Qalib gəlmək istəyirdik. Bununla belə 1 xalı aktivimizə yazdırdıq. Həm nəticədən, həm də oyundan razı qaldım”.

    Qeyd edək ki, XII turun görüşündə “Qarabağ” səfərdə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb.

  • Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı

    COP29 Azərbaycana iqlim fəaliyyəti üzrə qlobal hərəkatda rolunu gücləndirmək üçün bənzərsiz bir imkan təqdim edir.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” internet-nəşrinin məqaləsində deyilir.

    “İki həftədən az bir müddət sonra Bakı dünyanın ən mühüm konfranslarından birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP konfransları əsasən BMT-nin himayəsi altında təşkil olunsa da, ev sahibi ölkələr gündəliyin formalaşmasında açar rolunu oynayır. Bu kontekstdə Azərbaycan COP29-u təşkil etmək üçün tələb olunan standartlara əməl etməyə öhdəlik götürüb”, – məqalədə qeyd edilir.

    Məqalədə COP29-un davamlı inkişaf prinsipi üzərində qurulmasının vacibliyi vurğulanır.

    “COP29-un məqsədi karbon emissiyalarını minimuma endirmək, resurslardan səmərəli istifadəni artırmaq, bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və davamlı praktikanı təşviq etməkdir. Məsələ, tədbiri ən yüksək ekoloji məsuliyyət standartlarına uyğun keçirməkdir. COP29-un ümumi məqsədi ətraf mühitə mənfi təsiri minimuma endirmək, eyni zamanda ictimaiyyətin iştirakı, davamlı inkişafı irəlilətmək və tədbirin bütün aspektlərində həmrəylik nümayiş etdirməkdir. Davamlı inkişaf üzrə öhdəliklər müxtəlif aspektləri əhatə edir və karbon neytrallığına xüsusi diqqət yetirilir. Bu, istixana qazlarının emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinin istifadəsi, enerji effektivliyinin artırılması və emissiyaların kompensasiya strategiyalarının tətbiqi kimi tədbirlər vasitəsilə karbon neytrallığına nail olmağı əhatə edir”, – məqalədə bildirilir.

    Qeyd edilib ki, Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının əlavə sənədi olan Paris Sazişini 2016-cı il 22 aprel tarixində imzalayıb.
    “Bu sazişin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan 2015-ci ilin oktyabr ayında Konvensiyanın katibliyinə “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) barədə sənəd təqdim edib. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını 35 faiz azaltmağı planlaşdırır. 2021-ci ildə Qlazqoda keçirilən COP26-da da Azərbaycan iqlim dəyişikliyinin təsirini 2050-ci ilə qədər 40 faiz azaltmağa öhdəlik götürüb”, – məqalədə bildirilir.

    Müəlliflər vurğulayıblar ki, COP29-u idarə edən rəhbərlik karbon neytrallığına nail olmaq üçün 3 aydın mərhələyə bölünən geniş strategiya hazırlayıb.
    “Birinci mərhələ – hesablamalar mərhələsidir. Bu mərhələdə məqsəd, COP29 tədbirləri zamanı bütün fəaliyyət sahələrində yaranan faktiki karbon emissiyalarını dəqiq ölçmək, izləmək və hesabat verməkdir. Bu, birbaşa (Scope 1), dolayı (Scope 2) və təchizat zənciri ilə əlaqəli (Scope 3) emissiyaların qiymətləndirilməsini əhatə edir. Belə sistemli yanaşma şəffaflığı təmin edir və tədbir müddətində istixana qazlarının emissiyalarını məqsədli şəkildə azaltmağa imkan verir.

    İkinci mərhələ – neytrallaşmaya yönəlmişdir və 3 əsas aspekti əhatə edir:

    Davamlı nəqliyyat: COP29 iştirakçılarına pulsuz metro xidmətinin göstərilməsi, mikromobillik üçün yeni marşrutların yaradılması, elektrikli marşrut avtobuslarının işə salınması və hibrid/elektrik taksilərdən istifadə edilməsini əhatə edir.
    Enerji səmərəliliyi: Enerji səmərəli işıqlandırma və avadanlıqların tətbiqi, enerji idarəetmə sistemlərinin istifadəsi və tədbir yerlərində mütəmadi enerji auditi keçirilməsi deməkdir.

    Bərpa olunan enerji mənbələri: COP29 yerlərində bərpa olunan enerji mənbələrinin istifadəsinə prioritet veriləcək, buna hidrojenləşdirilmiş bitki yağları (HVO) və bərpa olunan enerjinin alınması daxildir”.

    “Sonuncu mərhələ – kompensasiya adlanır və burada yüksək keyfiyyətli beynəlxalq karbon kreditlərinin alınması və Azərbaycanda iqlim dəyişikliyinin təsirlərini azaltmağa yönəlmiş yerli təşəbbüslərin dəstəklənməsi yer alır” – məlumatda bildirilir.

    Məqalədə vurğulanır ki, Azərbaycanda karbon vergisinin tətbiqi ilə bağlı tədqiqatlar – karbon emissiyalarının azaldılması üzrə qlobal strategiyalardan biridir.
    “Bu metod beynəlxalq arenada populyarlıq qazanmaqdadır. Gündəmdə olan sual: karbon vergiləri Azərbaycanda tətbiq oluna bilərmi? Bu sual artıq bir müddətdir müzakirə olunur, xüsusilə ADA Universitetində keçirilmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə 5-ci dialoq zamanı.

    Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli qeyd edib ki, əvvəlki dövrlərdə karbon vergiləri nadir hallarda qeyd olunur və yalnız spesifik sənədlərdə müzakirə edilirdi. Ancaq indi bu məsələ milli gündəlikdə vacib bir mövzuya çevrilib” – məlumatda bildirilir.

    “Əgər bütün ölkələr karbon vergisini tətbiq edərsə, onlardan nümunə götürməkdən başqa çarəmiz qalmayacaq” – S.Bəşirli deyib.
    Nazir müavini bu təşəbbüsün istər-istəməz real sektora təsir edəcəyini etiraf edərək, Azərbaycanın dünya iqtisadi reallıqlarına uyğunlaşmasının vacibliyini vurğulayıb.

    Karbon vergilərinin tətbiqinə gəldikdə, Bəşirli qeyd edib ki, konsepsiya sadə görünsə də, onun ciddi çağırışları var.

    “Resurslarımızı nəzərə alsaq, maliyyə, investisiya və ticarət sahələrində edə biləcəyimiz töhfələr göz qabağındadır. Bununla belə, bu töhfələri artırmaq lazımdır. Buna baxmayaraq, bu töhfələr gücləndirilməlidir. Resurslarımız məhduddur və bu sahələr arasında daha çox sinerji tələb olunur. Cəlbedici görünsə də, əslində çətindir və həm qlobal, həm də milli səviyyədə səylərin səfərbər edilməsini tələb edir”, – o vurğulayıb.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva da bu məsələyə münasibət bildirib.
    O, Azərbaycan hökumətinin maraqlı qurumlarla karbon qiymətləndirməsinin tətbiqi ilə bağlı müxtəlif ssenariləri müzakirə etdiyini vurğulayıb.

    S.Musayeva qeyd edib ki, karbon emissiyalarının ev təsərrüfatları və kiçik və orta müəssisələr üzərindəki təsirini yüngülləşdirmək məqsədilə toplanmış karbon vergilərinin geri qaytarılması mexanizmlərinin hazırlanmasının vacibdir.

    O, əsas məqsədin vergilərin toplanması olmadığını, əksinə, karbon emissiyalarının azaldılmasına investisiyaların təşviq edilməsini olduğunu, bunun da emissiyaların azalmasına və enerji səmərəliliyinin artmasına səbəb olacağını açıqlayıb.

    “Karbon qiymətləndirməsinin əsas vəzifəsi, yüksək emissiyalı sektorları vergiləndirməkdir ki, bu da aşağı emissiyalı və yüksək enerji səmərəliliyi olan sektorlara investisiyaların təşviq olunmasına şərait yaratsın. Eyni zamanda, qiymət artımından təsirlənə biləcək sosial cəhətdən həssas qruplar və mikromüəssisələr arasında bu vəsaitlərin yenidən paylanmasını təmin etmək lazımdır”, – o əlavə edib.

    “Nəticə olaraq, karbon vergilərinin mümkün tətbiqi ilə bağlı müzakirələr Azərbaycanın istixana qazlarının azaldılması istiqamətində qlobal səylərə olan bağlılığını bir daha vurğulayır. Hökumət, aşağı emissiyalı texnologiyalara investisiyaların təşviqini və iqlim təşəbbüslərindən təsirlənən həssas icmaların dəstəklənməsini təmin edən balanslı yanaşmanın vacibliyini başa düşür. Ümumilikdə, COP29 Azərbaycanın iqlim fəaliyyətləri üzrə qlobal hərəkatdakı rolunu gücləndirmək üçün bənzərsiz bir imkan təqdim edir”, – “Fransız La Gazette du Caucase”nin məqaləsində qeyd edilir.

  • Tacikistanda falçılar kütləvi həbs edildi

    Tacikistanda cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb.
     
    Median.Az xəbər verir ki, bu haqda Tacikistan hökumətinin rəsmi xəbər agentliyi olan “Xovar” məlumat yayıb.
     
    Hesabatda məhbuslara hansı cəzalar tətbiq olunacağı bildirilməyib.

    Qeyd olunub ki, həbslər dövlət başçısı Emoməli Rəhmonun müvafiq əmrinə əsasən həyata keçirilib.
     
    O da qeyd olunub ki, 5000-dən çox molla fanatizmə görə daxili işlər orqanlarında qeydiyyata alınıb. (Qafqazinfo)

  • Şabranda bıçaq azyaşlının ölümünə səbəb olub

    Şabran rayonunun Padar kəndində bıçaqla oynayan azyaşlı ağır xəsarət alaraq ölüb.

    Apa-nın Şimal bürosu xəbər verir ki, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə oynayarkən ehtiyatsızlıqdan öz boğazına xəsarət yetirib.

    Nəticədə azyaşlı hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • COP 29 günlərində nəqliyyatın hərəkətinin təşkil ediləcəyi istiqamətlər açıqlanıb

    COP 29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlər üzrə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.

    “Apa-Economics” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

    O, bildirib ki, Şıxov istiqamətində, yəni Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək”

    “Oradan Badamdar istiqamətinə getmək mümkün olacaq, Yasamal və “Şamaxinka” adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Yəni nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla “Şamaxinka” ərazisindən geriyə dönmə ilə və Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq. Bunlar şəhərə giriş yerləri üçün nəzərdə tutulub”.

    N.Piriyev qeyd edib ki, şəhər daxilində hərəkət edən nəqliyyat vasitələri üçün də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib:

    “Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edənlər Nizami küçəsindən istifadə etməklə düzünə, Yusif Səfərov küçəsindən keçib İzzət Orucov küçəsi, ordan sağa Fəzail Bayramov küçəsi və sola doğru 8 Noyabr prospektinə çıxıb ordan hərəkət edə və Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər “Koroğlu” metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev küçəsi, sola doğru Asif Əsədullayev küçəsi və Komsomol körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər. Koroğlu Rəhimov və ya Xətai Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə, yəni Ələddin Quliyev küçəsi ilə hərəkət edib sağa Dilarə Əliyeva küçəsinə, ordan da Rəşid Behbudov çıxa biləcəklər. Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi “Albalılıq” kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçib Şüvəlan istiqamətindən Qala dairəsinə çıxıb Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər. Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gəlmək istəyən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gələ biləcəklər”.

  • “Çin və Rusiyanı o birləşdirdi, mən ayıracağam”

    Donald Tramp seçkiyə 4 gün qalmış amerikalı jurnalistə müsahibə verib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya və Çin liderləri ilə yaxşı anlaşdığını deyən Tramp bu iki ölkənin çox yaxın olduğunu və onları ayıra biləcəyini bildirib.

    Tramp verdiyi açıqlamada “Bayden onları birləşdirdi. Ayıbdır… Amma mən ayıra bilərəm, bunu bacara biləcəyimə inanıram” deyib.

    Tramp prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin kimi dünya liderləri ilə də “yaxşı əlaqələr” qurduğunu bəyan edib.

  • Ən çox bu bürclərə göz dəyir

    Pis göz bir çox mədəniyyətdə ümumi inancdır və bir sıra bürclərin pis gözdən daha çox təsirləndiyinə inanılır.

    Median.Az yenisabah.az-a istinadən ən çox nəzər dəyən bürcləri təqdim edir:

    Əqrəb: Onlar sirli və cazibədar olduqları üçün diqqət çəkirlər.

    Qız: Diqqətli və uğurlu olduqları üçün onlara həsəd apara bilərlər.

    Dolça: Fərqli və qeyri-adi olduqları üçün pis gözə dəymə ehtimalı yüksəkdir.

    Şir: Diqqət mərkəzində olduqları üçün onları nəzər kəsə bilər.

    Bu inanclar insandan insana dəyişir, lakin ümumiyyətlə, bu bürclər daha çox diqqət çəkdiyi üçün bəd nəzər riski altında sayılırlar. Bununla belə, pis gözdən qorunmaq üçün müxtəlif ənənəvi üsullardan və talismanlardan istifadə edildiyi də məlumdur.