Month: November 2024

  • Bakının bu qəsəbəsində elektrik enerjisi kəsiləcək

    Bakının Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 2-də və 4-dən 8-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə Median.Az “Azərişıq” ASC-yə istinadən xəbər verir.

    Məlumata görə, bu tarixlərdə Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

    “Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – “Azərişıq” bildirir.

  • Polkovnikin dediyi araşdırılacaq – DTX-yə müraciət edildi

    Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin məhkəmə istintaqı yekunlaşır.
     
    Median.Az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda müdafiə tərəfinin əvvəl qaldırdığı vəsatətlərə münasibət bildirilib.
     
    Bundan əvvəlki iclasda təqsirləndirilən polkovnik Bayram Bayramov onun ayağına yazılmış 720 min manat yeyinti məbləğinin ittihamdan xaric edilməsini xahiş etmişdi. Bayramov belə əsaslanma vermişdi ki, həmin məbləğ səfərbərlikdən çağırılan hərbi vəzifəlilərin xərclərinə sərf edilib.
     
    Müdafiə Nazirliyindən gəlmiş sorğuya cavabda hərbi hissəyə dəqiq nə qədər pul ayrıldığı qeyd olunub.
     
    Bayramov və vəkilinin qərara münasibətlərindən belə çıxıb ki, sorğuya cavab onların dediklərini təsdiq edir. Müdafiə tərəfi hökmdə bunun nəzərə alınmasını xahiş edib. 
     
    Nazirliyin göndərdiyi sənəd işə əlavə edilib.
     
    Baxılmamış digər vəsatət də Bayram Bayramovun idi. Polkovnik ilk dəfə yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi. O, mənimsəmə kimi göstərilən pulların polkovnik Xalid Məmmədov, polkovnik Rəşad Salmanov və başqa bir neçə zabitin tapşırığı ilə şəxsi xərclərinə sərf edildiyini iddia bildirib. Sədrlik edən hakim Fikrət Əliyev bununla bağlı da qərarı elan edib. 
     
    Məhkəmə vəsatətdə adları keçən şəxslərin bu işdə dindirilməsinə zərurət görməyib. Amma təqsirləndirilən polkovnikin verdiyi cinayət xarakterli məlumatların araşdırılmalı olduğu bəyan edilib.
     
    Buna görə vəsatətdə qeyd olunan məlumatların yoxlanılması üçün məhkəmə tərəfindən bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək. 
     
    Hazırkı cinayət işi üzrə artıq 1 il 2 aydır məhkəmə gedir. Bugünkü prosesin sonunda tərəflərə istintaqın yekunlaşmasını təklif edib.
     
    Müdafiə tərəfi təklifə etiraz etməsə də, dövlət ittihamçısı razı olmayıb. İttihamçı dövlətə dəymiş ziyandan nə qədər ödənildiyini bilmədən çıxış etməsini düzgün hesab etməyib.
     
    Hakim deyib ki, bununla bağlı istintaq orqanının sonuncu gödərdiyi cavab belə olub ki, hazırda ziyanın ödənilməsi davam edir. Yaxın günlərdə məhkəməyə yekun məlumat veriləcək.
     
    Məhkəmə istintaqının bitməsi budəfəlik təxirə salınıb. 
     
    Hakim ittiham tərəfinə növbəti iclas üçün çıxışa hazır gəlməyi tapşırıb.
     
    Xatırladaq ki, bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri – polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.(Qafqazinfo)

  • Mark Zukerberq ofisini müvəqqəti olaraq lüks yaxta ilə dəyişdi

    Amerikalı milyarder və proqramçı Mark Zukerberq müvəqqəti olaraq Silikon Vadisindəki ofisini açıq okeana gedən dəbdəbəli 118 metrlik yaxtası ilə dəyişib.
     
    Median.Az bildirir ki, milyarderin yaxtası Kaliforniyadakı San Dieqo limanından çıxıb. Üzgüçülük hovuzu və helikopter meydançası olan “Launchpad” gəmisi Mark Zukerberqə 300 milyon dollara başa gəlib. İnternetdə yerləşdirilən bir videoda gəminin olduqca sürətlə hərəkət etdiyi, nəhəng gövdəsinin daha kiçik gəmiləri diqqətlə manevr etdiyi görünür. Nəhayət, o, okeana çıxır.
     
    Qeyd edək ki, Zukerberq kadrlarda əslində görünmür, bu səbəbdən onun həmin vaxt orada olub-olmadığı aydın deyil. “Espen Oino International” tərəfindən dizayn edilmiş, hovuzu və helikopter meydançası olan yaxta “Launchpad” adı ilə dəbdəbəli şah əsərdir. Milyarderin saatda 45 kilometr sürətə çata bilən dəbdəbəli gəmi üçün təxminən 300 milyon dollar ödədiyi məlumdur.
     
    Yaxtada həmçinin “Wingman” dayaq gəmisi var. 60 metrlik bu gəmi yaxtanı səfərdə müşayiət etmək üçün lazım olan hər şeylə təchiz olunub.

    Yeri gəlmişkən, bu yaxınlarda “Meta” şirkətinin həmtəsisçisi yaxtada təhlükəsizliklə bağlı problemlər yaşayıb. Ötən həftə naməlum şəxs gəmiyə minərək hər cür əşyaları suya atmağa başlayıb. Polis onu silah gücü ilə ram etməli olub. 36 yaşlı xuliqan çox sərxoş olub və bütün bunları niyə etdiyini izah edə bilməyib. 
     
    Bundan əlavə, Mark Zukerberq qlobal apokalipsis olacağı təqdirdə (qiyamət gününə hazırlıq) bunker hazırladığı haqda məlumat verilmişdi.

  • Ermənistan COP17-nin ev sahibi seçilib

    Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.

    Bu barədə Konvensiya Katibliyinin “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

    Qərar hazırda Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib.

    Qeyd edək ki, COP16 iqlim konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.

  • Hakim partiya: Gürcüstan LGBT təbliğatı əleyhinə qanundan heç vaxt imtina etməyəcək

    Gürcüstan LGBT təbliğatı əleyhinə qanundan heç vaxt imtina etməyəcək.

    Bunu Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

    “Biz “Xarici agentlər haqqında” qanunu geri çəkməyəcəyik. Gürcüstan hakimiyyəti LGBT təbliğatına qarşı qanundan heç vaxt imtina etməyəcək, hətta bu, Avropa İttifaqına inteqrasiyanı çətinləşdirsə belə”, – o vurğulayıb.

  • Azərbaycanda sarı xəbərdarlıq elan olundu

    Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq olunub.
     

    Bu barədə Median.Az Xidmətdən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
     
    Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək

    Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 18 sentyabr tarixindən elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb.
    Bu barədə apa-ya Ədliyyə Nazirliyindən bildirilib.
    Bununla əlaqədar, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı dekabr ayının 1-də keçiriləcək.

    Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan saat 10:00-da başlanacaq.

    Məlumat verildiyi kimi, test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
    Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.

    İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər https://justice.gov.az/categories/190 linkinə daxil olaraq tanış ola bilərlər.

    Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

    Əlavə məlumatları nazirliyin rəsmi saytından, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

  • AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək.

    Report xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

    O bildirib ki, bu taksilər qırmızı rəngli, elektrik mühərrikli taksilərdir: “Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək”.

  • Вынесено решение в отношении учителя, убившего молодую возлюбленную

    В Сумгайытском апелляционном суде рассмотрена жалоба на приговор Эйнулле Гулиеву, признанному виновным в убийстве 30-летней женщины в Абшеронском районе.

    Как сообщает pravda.az, решение было объявлено на заседании под председательством судьи Мухаммедали Рзаева.

    Суд не удовлетворил апелляцию.

    Напомним, Сумгайытский суд по тяжким преступлениям приговорил Э.Гулиева к 10 годам лишения свободы.

    Инцидент произошел 12 декабря 2023 года в селе Фатмаи Абшеронского района.

    По информации Генпрокуратуры, в ходе следствия возникли обоснованные подозрения в том, что Э.Гулиев (1961 г.р.) сначала ударил свою знакомую Арзу Рагимову головой об камень, после чего задушил руками. Преступление было совершено на почве возникшего между ними конфликта.

    Эйнулле Гулиеву было предъявлено обвинение по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджанской Республики. На основании ходатайства следственного органа и представления прокурора, осуществлявшего процессуальное руководство предварительным следствием, решением суда в отношении обвиняемого была избрана мера пресечения в виде ареста.

    Уголовное дело было направлено на рассмотрение в Сумгайытский суд по тяжким преступлениям.

    Отметим, что мужчина работал учителем в одном из колледжей города Шамахы.

  • Özündən 33 yaş kiçik sevgilisini öldürən müəllimlə bağlı qərar çıxarıldı

    Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 30 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.

    Baş Prokurorluğun məlumatına görə, istintaqla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində tanışı Arzu Rəhimova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başını daş parçasına vurduqdan sonra əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Eynulla Quliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib.