Month: November 2024

  • В Ордубаде обнаружен артиллерийский снаряд

    В селе Котам Ордубадского района обнаружен артиллерийский снаряд.

    Информация о находке поступила на горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС).

    Прибывшие на место пиротехники МЧС Нахчыванской Автономной Республики обнаружили на территории 76-мм осколочно-фугасный артиллерийский снаряд. Сотрудники МЧС вывезли снаряд с территории для дальнейшего обезвреживания.

    На прилегающей территории других опасных или подозрительных предметов обнаружено не было.

  • Ordubadda hərbi sursat aşkar edilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ordubad rayon Polis Şöbəsinin Biləv polis bölməsinin əməkdaşları tərəfindən rayonun Kotam kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 76 mm-lik qəlpəli fuqaslı top mərmisi olduğu müəyyən edilib.

    Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb

    Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

    Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Rauf Əsgərov saxlanılıb. Ondan 10 kiloqrama yaxın marixuana aşkarlanıb. O, izahatında narkokuryerliyə sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb olunduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, R.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Малый Мярдаканский замок будет отреставрирован

    Малый Мярдаканский замок в Хазарском районе Баку готовят к реставрации.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную службу по охране, развитию и восстановлению культурного наследия.

    По информации госслужбы, на реставрационные работы будет потрачено около 0,7 млн манатов.

    Малый Мярдаканский замок является историко-архитектурным памятником мирового значения. Крепость была построена в 1232 году архитектором Абдулмеджидом ибн Масудом по приказу ширваншаха Фарибурза III.

  • Kiçik Mərdəkan qəsri bərpa ediləcək

    Bakının Xəzər rayonunda yerləşən Kiçik Mərdəkan qəsri bərpa ediləcək.

    Median.Az bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb. Bərpa işlərinə 0,7 milyon manata yaxın vəsait sərf olunacağı gözlənilir.

    Kiçik Mərdəkan qəsri tarixi-memarlıq abidəsidir, dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınıb. Qəsri 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edb.

  • Федерация бокса Нахчыванской АР ликвидирована

    Федерация бокса Нахчыванской Автономной Республики ликвидирована.

    Об этом сообщает нахчыванское бюро Report.

    В будущем в Нахчыване планируется создание отделения Федерации бокса.

    Отметим, что Федерация бокса Нахчывана действовала с 2002 года.

  • Naxçıvan Boks Federasiyası fəaliyyətini dayandırıb

    Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.

    Qurum ötən gün ləğv olunub.

    Bununla yanaşı, Naxçıvanda federasiyanın bölməsinin yaradılacağı gözlənilir.

    Qeyd edək ki, Naxçıvan Boks Federasiyası 2002-ci ildə fəaliyyət göstərirdi.

  • В Гаджигабуле арестованы лица, подозреваемые в обороте фальшивых денег

    В Гаджигабуле арестованы лица, подозреваемые в попытке сбыта фальшивых купюр в нескольких магазинах района.

    Об этом сообщили в Ширванской региональной группы пресс-службы МВД.

    В результате оперативных мероприятий, проведенных сотрудниками Гаджигабульского районного отдела полиции, были задержаны ранее судимые Эльдар Эйнуллаев и Ниджат Джавадов. При осмотре автомобиля, в котором они находились, были обнаружены фальшивые деньги на сумму 350 манатов (одна купюра номиналом 20 манатов и 33 купюры по 10 манатов), а также наркотические средства – марихуана и метамфетамин.

    В ходе расследования установлено, что задержанные пытались сбыть фальшивые купюры в нескольких магазинах.

    По факту в Гаджигабульском районном отделе полиции возбуждено уголовное дело, в отношении задержанных избрана мера пресечения в виде ареста. Проверяется причастность Э.Эйнуллаева и Н.Джавадова к другим аналогичным преступлениям.

  • Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunub

    Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan, eləcə də bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etməkdə şübhəli bilinən şəxslər həbs olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar.

    Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.

    Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib. Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.

  • Sabah bəzi yerlərdə yağış yağacaq – PROQNOZ

    Azərbaycanda noyabrın 29-u hava şəraitinin arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.