Month: November 2024

  • Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi – Video

    Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi vəzifəsindən azad edilib.

    “Qafqazinfo”nun məlumatına görə, 23 ildir sözügedən vəzifədə çalışan sabiq rektor bu gün tələbələrlə sağollaşıb.

    Bu zaman 70 yaşlı S. Kərimi ilə yanaşı, tələbələri də kövrəliblər.

    Həmin təsirli anları təqdim edirik:

  • Dağlıq rayonlarda qar yağacaq

    Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumata əsasən, ayrı-ayrı yerlərdə leysan xarakterli yağışın olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

  • “Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”

    “Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik”.

    “Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

    Nazir müavini qeyd edib ki, ünvanlı yardımla bağlı proseslər Nazirlik tərəfindən tam şəffaf şəkildə reallaşdırılır:

    “Tək ünvanlı sosial yardım yox, həm əlillik təyinatı, həm məşğulluqla bağlı məsələlər, bu sahədə geniş tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, biz DOST konsepsiyası çərçivəsində DOST modelinin qurulmasına, xidmətlərimizin elektronlaşmasına nail olmuşuq. Bu gün qabaqcıl Avropa ölkələri gəlib bizdən bu modelləri öyrənirlər və yüksək qiymətləndirirlər.

    Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik. 2025-ci ildə isə bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq.

    Biz bu proqramlar vasitəsilə vətəndaşların kiçik təsərrüfatlarının, mikrobizneslərinin yaradılmasını hədəfləmişik. 30-dək fəaliyyət istiqaməti üzrə tədbir həyata keçirilib. Paylanan aktivlərin keyfiyyətinə Nazirlik tərəfindən ciddi nəzarət edilir, onlara zəmanət verilir, bütün müqavilələr, təhvil-təslim aktları, şəkillər, videoçəkilişlər şəffaflığın təmin olunması üçün hələ 2000-ci ilin əvvələrindən, 2019-cu ilin sonlarından Nazirliyin saytına yerləşdirilir və geniş ictimaiyyətə təqdim olunur. Dünya Bankı tərəfindən Azərbaycanın özünüməşğulluq proqramı xüsusi mükafata layiq görülüb”, – deyə nazir müavini bildirib.

  • Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər

    Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin Təcili-Tibbi Yardım Xidməti inzibati məsuliyyətə cəlb edilib.

    Qaynarinfo-nun məlumatına görə, Xidmət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

    Bu maddə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması barədədir.

    Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 1500 manat, hüquqi şəxslərin isə 5000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

    İşə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq.

    İttihamdan aydın olur ki, Təcili Tibbi Yardım Xidməti sığorta qanunu pozub. Bu ittiham sübuta yetirilərsə, Xidmət 5000 manat cərimələnə bilər.

  • “Ucuzluq Univermağ”a 70 min “atıb” “TikTok”da xərclədi

    Bakıda və bölgələrdə fəaliyyət göstərən “Ucuzluq Univermaq” mağazalar şəbəkəsinin əməkdaşı 2000-ci il təvəllüdlü Nicat Abbasov həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Abbasovun işlədiyi şirkətə məxsus 70 min manata yaxın pulu mənimsəməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

    Bildirilib ki, Nicat 2021-ci ilin sonunda “Ucuzluq Univermaq” mağazalar şəbəkəsinə işə qəbul olunub. Onun vəzifəsi operator olsa da, mühasibatlıqda işləməyə başlayıb. İşi isə mal aldıqları firma və fərdi sahibkarlara, təchizatçılara ödəniş etməkdən ibarət olub.

    Belə ki, Bakı şəhəri üzrə “Ucuzluq Univermaq” adlı mağazalarda malların satışından əldə olunan pulların hamısı bir yerə cəmləşib. Həmin məbləğin müəyyən hissəsi təchizatçının özünə nağd şəkildə verilib. Bir hissəsini isə mühasib nağd olaraq Nicata verib, təchizatçıların müxtəlif banklara aid kartlarının şəkillərini ona göndərib və hansı karta nə qədər pul köçürmək lazım olduğunu bildirib, ayrılan pulları köçürməyi ona tapşırıb. Nicat isə hissə-hissə olmaqla həmin pullardan 70 min manata yaxınını özündə saxlayıb. O, TikTokda jetonlar alaraq, müxtəlif tiktokerlərə 200-300 manat dəyərində hədiyyələr göndərib.

    Nəticədə mağazaların sahibi, iş adamı Oruc Quluyevə külli miqdarda ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr tarixli hökmü ilə Nicat Abbasova 6 il həbs cəzası verilib.

  • Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)

    Məşhur geyim və moda brendi “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

    Dövlət Vergi Xidmətinin məlumatına görə, “Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib.

    Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.

    “Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv etməsinin səbəbləri nədir?

    İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, istəlinən şirkət hansısa bazarda müxtəlif səbəblərdən biznesini artıra da, azalda da bilər:

    “Hətta yeri gəlsə bağlaya da bilər. “Christian Dior” məhsullarını rahat şəkildə Azərbaycana ixrac edir. Ona görə də düşünür ki, burada onun müəssisəsinin olmasının hər hansı faydası və əhəmiyyəti olmaya bilər”.

    Konkret şirkətin niyə bağlanmasına gəlincə, Xalid Kərimli bunun iqtisadi-siyasi əsaslandırılmasının mövcud olmadığını deyib.

  • Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin Sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

    Prezidentin digər sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

    Qeyd edək ki, 70 yaşı noyabrın 9-da tamam olan Siyavuş Kərimi bu musiqi ocağına 23 il rəhbərlik edib.

    Bəs Azərbaycanın digər universitetlərinin rektorları neçə ildir bu vəzifəni icra edirlər?

    Bakıvaxtı.az siyahını təqdim edir:

    59 yaşlı Elçin Babayev 2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub.

    62 yaşlı Ədalət Muradov Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib. O, 10 ildir müvafiq vəzifəni icra edir.

    71 yaşlı Gülçöhrə Məmmədova isə 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib. Həmçinin, o, 2000–2005-ci il tarixində Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olub. 25 ildir rektor olaraq çalışır.

    Gəray Gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib. 57 yaşlı Gəraybəyli 8 ildir universitet rektorudur.

    Anar Nağıyev 24.06.2021-ci ildən Bakı Slavyan Universitetinin rektoru səlahiyyətlərini müvəqqəti icra edib. 18 fevral 2022-ci ildə Prezident İlham Əliyev Anar Rüstəm oğlu Nağıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. 3 ildir rektordur.

    64 yaşlı Vilayət Vəliyev 2019-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. 29 iyul 2024-cü ildə yenidən həmin universitetinin rektoru təyin edilib. 5 ildir ATU-ya rəhbərlik edir.

    83 yaşlı Hafiz Paşayev Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (ADA) rektoru təyin edilib. 18 ildir rektordur.

    Vazeh Əskərov 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru və nazirin digər əmri ilə ADNSU-nun rektoru vəzifəsinin icrasına başlayıb. 46 yaşlı V.Əskərov 1 ildir rektor olaraq fəaliyyət göstərir.

    81 yaşlı Urxan Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilib. 13 ildir bu vəzifəni icra edir.

    Kamal Abdullayev 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur. 7 ildir ADU-nun rektoru vəzifəsində çalışan Kamal Abdullayevin 74 yaşı var.

    60 yaşlı Ceyran Məmmədova 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 6 ildir rektordur.

    62 yaşlı Fuad Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib. Fuad Hacıyev 9 ildir Akademiyanın rektorudur.

    İlham Mədətov Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib. 71 yaşlı Mədətov 7 ildir rektordur.

    64 yaşlı Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunub. 8 ildir bu vəzifəni icra edir.

    51 yaşlı Elmar Qasımov 10 aprel, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib. 12 ildir Bakı Ali Neft Məktəbinin rektorudur.

    Yaqub Piriyev Prezident İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Bakı Mühəndislik Universitetinə rektor təyin edilib. 1 ildir rektordur.

    44 yaşlı Rüfət Əzizov 2023-cü il sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 1 ildir rektordur.

  • Путин назвал Трампа умным и опытным политиком

    Президент России Владимир Путин назвал избранного президента США Дональда Трампа умным и опытным политиком.

    Об этом российский лидер заявил на пресс-конференции в Астане.

    “Насколько я себе представляю вновь избранного президента (Трампа – ред.), он все-таки человек умный, достаточно уже опытный”, – сказал он, отвечая на вопросы журналистов.

    Путин считает возможным, что администрация Байдена пытается создать сложности для Трампа в отношениях с Россией.

    По словам главы государства, в отношении избранного президента США применялись абсолютно нецивилизованные средства борьбы. Путин считает, что Трампу все еще грозит опасность.

    “…Кстати говоря, на мой взгляд, и сейчас он не в безопасности”, – подчеркнул Путин, отметив, что в истории США были разные случаи.

  • Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb

    Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb.

    Rusiya lideri bunu Astanada keçirilən mətbuat konfransında bildirib.

    Putin hesab edir ki, Bayden administrasiyası Rusiya ilə münasibətlərdə Trampa çətinliklər yaratmağa çalışa bilər.

    Dövlət başçısının sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidentinə qarşı tamamilə qeyri-sivil mübarizə üsulları tətbiq edilib. Putin Trampın hələ də təhlükədə olduğunu hesab edir.

    “Yeri gəlmişkən, məncə, o, indi də təhlükədədir”, – deyən Putin ABŞ tarixində belə halların baş verdiyini vurğulayıb.
    //report

  • В 24 селах Джалилабада восстановлена подача газа

    Подача газа в 24 населенных пунктах Джалилабадского района восстановлена в полном объеме.

    Подача газа была возобновлена после завершения ремонтных работ, начавшихся сегодня в 10:00.

    Таким образом, возобновлено газоснабжения 10 608 абонентов в селах Гюнешли, Алар, Сабирабад, Каразенджир, Оджаглы, Алигасымлы, Бедирли, Бабаханлы, Учтепе, Джафарханлы, Тезекенд, Гюльмамедли, Этджелер, Мамеджанлы, Адналы, Шилевенге, Абышабад, Инили, Шабанлы, Гасымбейли, Текле, Абазаллы, Бабалы и Джалаир.