Month: November 2024

  • Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub

    Cəlilabad rayonunun 24 kəndində qazın verilişində olan məhdudiyyət aradan qaldırılıb.

    Artıq qazın verilişi bərpa olunub.

    Qeyd edək ki, bu gün saat 10:00-dan görüləcək işlər başa çatanadək rayonun 24 yaşayış məntəqəsi üzrə 10 min 608 abonentin (Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndləri) qazla təchizatı dayandırılmışdı.

  • В Баку проходят Дни украинского кино

    В Баку в рамках проекта “Новые горизонты украинской культуры” проходят Дни украинского кино.

    В рамках мероприятия, которое продлится до 1 декабря, будут продемонстрированы 8 фильмов.

    Специальными гостями мероприятия стали украинский актер и режиссер Ахтем Сеитаблаев, а также председатель национального союза кинематографистов Украины Сергей Бороденюк.

    На открытии выступил посол Украины в Азербайджане Юрий Гусев. “Мы рады продемонстрировать то, как развивается украинский кинематограф в условиях войны”, – сказал посол.

    Гусев также отметил, что недавно в Украине проводились Дни азербайджанской культуры, поэтому проведение Дней украинского кино в Азербайджане позволяет выстраивать культурные мосты между странами.

    Посол также выразил благодарность Азербайджану за его поддержку территориальной целостности Украины.

    В рамках открытия прошла церемония награждения азербайджанского актера Новруза Пашаева высшей наградой украинского кинематографа “Золотая Юла”.
    //report

  • Bakıda Ukrayna Kino Günləri keçirilir

    Bakıda “Ukrayna mədəniyyətinin yeni üfüqləri” layihəsi çərçivəsində Ukrayna Kino Günləri keçirilir.

    Dekabrın 1-dək davam edəcək tədbir çərçivəsində səkkiz film nümayiş olunacaq.

    Tədbirin xüsusi qonaqları ukraynalı aktyor və rejissor Ahtem Seitablayev, həmçinin Ukrayna Kinematoqrafçılar Milli İttifaqının sədri Sergey Borodenyuk olub.

    Rəsmi açılış mərasimində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev çıxış edib: “Biz Ukrayna kinematoqrafiyasının müharibə şəraitində necə inkişaf etdiyini nümayiş etdirməyə şadıq”.

    Y.Qusev, həmçinin qeyd edib ki, bu yaxınlarda Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib, buna görə də Azərbaycanda Ukrayna Kino Günlərinin keçirilməsi ölkələr arasında mədəni körpülər qurmağa imkan verir.

    Eyni zamanda, səfir Azərbaycana Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

    Açılış çərçivəsində azərbaycanlı aktyor Novruz Paşayevin Ukrayna kinematoqrafiyasının ən yüksək mükafatı olan “Qızıl Yula” ilə təltif edilməsi mərasimi keçirilib.
    //report

  • “Bavariya” klubu PSJ-dən üzr istəyib

    “Bavariya” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun PSJ ilə ev matçı zamanı Paris təmsilçisi və onun prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş plakatlara görə üzr istəyib.

    Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti bəyanat yayıb.

    Münhenlilər rəqib komandanın və rəsmi nümayəndələrinin bu şəkildə hücuma məruz qalmasına və təhqir olunmasına görə üzr istəyib. Həmçinin plakatların “Bavariya”nın mövqeyini əks etdirmədiyi və iki klub arasındakı münasibətlərə uyğun gəlmədiyi bildirilib.

    Qeyd edək ki, qarşılaşma “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
    //report

  • Завершились совместные учения азербайджанских и иранских военнослужащих

    Завершились совместные тактические учения “Араз-2024”, проведенные вблизи населенного пункта Асландуз провинции Ардебиль с участием спецназовцев сухопутных войск азербайджанской армии и Корпуса стражей исламской революции (КСИР) Ирана.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство обороны Азербайджана.

    В ходе основного этапа учений были применены беспилотные летательные аппараты (БПЛА) для определения местонахождения, направлений действий и состояния готовности незаконных вооруженных группировок, выполнены мероприятия по радиоэлектронной борьбе и радиоэлектронной разведке.

    Выявленные позиции условного противника были уничтожены точным артиллерийским огнем и с применением БПЛА.

    Кроме того, военнослужащие с высокой точностью выполнили задачи по нейтрализации живой силы противника.

    В целом были высоко оценены ход учений и профессионализм военнослужащих.

    По итогам учений была награждена группа отличившихся военнослужащих.

  • Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb

    İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Araz – 2024” birgə taktiki təlimi başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub.

    Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya atəşi və PUA tətbiq olunması ilə məhv edilib.

    Həmçinin düşmənin canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

    Ümumilikdə təlimin gedişatı və hərbi qulluqçuların peşəkarlığı yüksək qiymətləndirilib.

    Təlimin yekununda fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.

  • BakuBus начинает пассажироперевозки в Барду, Мингячевир, Тертер, Загаталу и “Сыныг кёрпю”

    С 1 декабря поездки по междугородным маршрутам Баку-Барда, Баку-Мингячевир, Баку-Тертер, Баку-Загатала и Баку-“Сыныг кёрпю” (погранично-пропускной пункт на границе с Грузией) будут осуществляться на автобусах ООО BakuBus марки Neoplan.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    В ведомстве подчеркнули, что продолжат обновлять автобусные парки для повышения качества, безопасности и комфорта предоставляемых услуг.

    Новые автобусы будут выезжать с Бакинского международного автовокзального комплекса.

  • “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və “Sınıq Körpü”yə sərnişin daşımağa başlayır

    Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-“Sınıq Körpü” (Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrə səfərlər dekabrın 1-dən “BakuBus” MMC-nin “Neoplan” markalı avtobusları ilə həyata keçiriləcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.

    Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

    Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

  • В Баку еще 314 предпринимателей оштрафованы за нарушение правил безналичных расчетов

    Государственная налоговая служба (ГНС) применила финансовые санкции в отношении еще 314 предпринимателей, занятых в сфере розничной торговли и общественного питания в Баку, за нарушение правил безналичных расчетов.

    Как сообщает Median.Az со ссылкой на ведомство, в более чем 50 предпринимательских субъектах наряду с другими нарушениями вовсе отсутствовали POS-терминалы. В отношении нарушителей были составлены протоколы и приняты решения о применении финансовых санкций.

    “Государственная налоговая служба напоминает, что безналичные платежи должны осуществляться исключительно через POS-терминалы, при этом гражданам должны предоставляться как чек POS-терминала, так и чек контрольно-кассового аппарата. Предприниматели должны обеспечить использование POS-терминалов для безналичных платежей во избежание финансовых санкций”, – говорится в сообщении.

  • “Kartdan karta” üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 314 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, 50-dən çox sahibkarlıq subyektində isə POS-terminalların quraşdırılmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

    “Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.