Month: November 2024

  • 10 qəpikdən domino oynadılar – 3 min manat cərimələndilər

    Ağdaş rayonunun Yuxarı Ləki kəndində çayxanada 10 qəpikdən domino oynayan şəxslər saxlanılıblar.

    “Qaynarinfo”nun məlumatına görə, kənd sakinləri – C.G, M.N və D.V pulla domino oynayıblar.

    Məhkəmədə onların polis əməkdaşlarını görən pulları masanın üzərindən götürüb gizlətdikləri bildirilib. Polis əməkdaşının “niyə qumar oynayırsınız?” sualına cavab olaraq şəxslərdən biri 10 qəpiyə oyun oynadıqlarını bildirib.

    Məhkəmənin qərarı ilə hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 min manat cərimə ediliblər.

  • Bu ölkə Netanyahunu həbs etməyəcək

    “İsrail Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmadığı üçün ölkənin Baş naziri Benyamin Netanyahu toxunulmazlığa malikdir. Buna görə də həbs qərarına baxmayaraq, Fransa İsrail hökumətinin başçısını saxlamayacaq”.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.

    Barro vurğulayıb ki, bu qərar həm də İsrailin keçmiş müdafiə naziri Yoav Qalanta aiddir.

  • Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?

    Bugünkü gündə tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Paytaxt ərazisində evlərin kirayə qiymətlərindən isə hər birimiz xəbərdarıq. Kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Bəs Bakıda yerləşən universitetlərin hamısının yataqxanası varmı? Yataqxanalar təhsilalanlara hansı şərtlərlə verilir?

    Lent.az universitetlərin tələbə yataqxanaları ilə bağlı araşdırma aparıb.

    Bakı Dövlət Universitetinin sorğumuza cavab olaraq bildirilib ki, BDU-nun müasir standartlara cavab verən “Tələbə evi”ndə hər bir şərait var:

    “Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. “Tələbə evi” universitetə 1-2 dəqiqəlik məsafədə yerləşir. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş haqqı bir nəfər üçün 75 manatdır”.

    Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) verilən məlumata görə, tələbələrin yaşayışı üçün nəzərdə tutulan 5 binalı kompleks bu gün tam gücü ilə tələbələrə xidmət göstərə bilmir:

    “Bunun səbəbi isə 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma el-obalarından didərgin düşən vətəndaşlarımızın digər universitetlərdə olduğu kimi AzMİU-nun da yataqxanalarında məskunlaşmasıdır. Kompleksin 4 binası uzun illər onların istismarında olub. Yalnız bir bina tələbələrin ixtiyarındadır ki, burada da 450-yə yaxın tələbə yerləşdirmək mümkündür”.

    Məlumatda qeyd edilib ki, binada tələbələr üçün bütün şərait yaradılıb:

    “Yataqxanamıza tələbələrin marağı çox yüksəkdir. 50 AZN təşkil edən aylıq ödəniş isə digər universitetlərin yataqxana qiymətləri ilə müqayisədə kifayət qədər rəqabətədavamlıdır. Bu məbləğ yataqxananın təsərrüfat xərclərinin qarşılanmasına, tələbələrin internet, çamaşırxana xidmətlərinə sərf olunur. Bununla belə, tələbələrin təxminən 20-25%-i şəhid və qazi ailələri, müharibə veteranları və xüsusi həssas qrupa daxil olanlardır ki, onlar ödənişdən azad ediliblər”.

    AzMİU tərəfindən bir nüans da diqqətə çatdırılıb ki, hansısa tələbənin ödəniş imkanı olmadıqda yataqxanadan çıxarılmır:

    “Belə halda tələbə ərizə yazaraq rektora müraciət edir və onun ödənişi keçici olaraq universitetin ictimai təşkilatları vasitəsilə ödənilir”.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin 320 nəfərlik yataqxanası fəaliyyət göstərir:

    “Yataqxanada həm yerli, həm də əcnəbi tələbələr qalır. Bir otaqda 2 və ya 3 nəfər qala bilir. 2 nəfər qaldıqda hər biri 50 manat, 3 nəfər qaldıqda isə hər biri 34 manat ödəniş edir. Ortatəmirli olan yataqxanamızın yeni korpusunun inşa edilməsi ilə bağlı danışıqlar aparılır”.

    Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin 5 yataqxanası var:

    “Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək, tələbələrin istifadəsinə verilə biləcək”.

    Hazırda Azərbaycan Tibb Universitetində 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb:

    “Yataqxanaların ümumi tutumu 1000 nəfərə yaxındır. 1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 AZN, 2 nəfərlik otaqlar ayda 80 AZN, 3-4 nəfərlik otaqlar isə 60 AZN təşkil edir”.

    Verilən açıqlamada, həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilirlər:

    “Qazi uşaqlarına və I qrup əlil valideyni olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

    Azərbaycan Dillər Universitetindən isə əməkdaşımıza bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:

    “Oğlanlar üçün isə 1 saylı yataqxana məcburi köçkünlər yerləşdirildiyi üçün hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək”.

  • “Roşka” ləqəbli Tiktoker saxlanılıb

    Polisin keçirdiyi əməliyyat nəticəsində 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli Tiktoker saxlanılıb.

    Median.Az xəbər verir ki, o, 45 sutka inzibati qaydada həbs edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku.ws-ə xəbəri təsdiq ediblər.

    Qeyd edək ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

  • Тяжелое ДТП в Азербайджане: погибли пятеро военнослужащих – Кадры с места аварии (ФОТО)

    В Товузском районе произошло тяжелое дорожно-транспортное происшествие со смертельным исходом.

    Авария зафиксирована на территории села Алимарданлы.

    Согласно информации, в результате столкновения автомобилей ВАЗ и Mercedes погибли шесть человек.

    Отмечается, что пятеро из погибших – военнослужащие.

    По данному факту ведется расследование.



    //oxu.az

  • Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU – Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)

    Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

    VAZ və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həyatını itirib. Ölənlərdən beşinin hərbçi olduğu bildirilib.

    Faktla bağlı araşdırma aparılır.



    //oxu.az

  • “Şlyapa Zahid” məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi

    Külli miqdarda mənimsəmədə ittiham olunan, MN-nin sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə qarşı iddiaçı olan bankın, kredit əməliyyatlarında iştirak edən əməkdaşları şahid qismində ifadə veriblər. Şahid Xamis Süleymanov “AtaBank”ın əməkdaşı olduğunu təsdiqləyərək, təqsirləndirilən Zahid Niftəliyevi şəxsən tanımadığını bildirb:

    “Mən bankdakı əməliyyatlar zamanı heç bir müştərini görə bilmirəm. Xəzinədən vəsaitlərin çıxarılmasında iştirak etmişəm. Zahid Niftəliyevə ayrılmış puldan da xəbərim olmayıb. İnkassatorda çalışmışam. Qardaşım Xəyyam isə əməliyyat kassasında işləyib. Mənim işim pulların yüklənməsi, sayılması və terminallara yüklənməsi olub”.

    Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün istintaqa verdiyi ifadə elan olunub.

    Xamiz Süleymanov istintaqdakı ifadəsində bildirib ki, bankın zirzəmisində çalışıb:

    “Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyf isə qeyri-rəsmi ayrılan pullar olub. Həmin seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Kiməsə oradan pul verilirdisə, bu barədə Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra etmişəm”.

    Prosesdə şahid qismində ifadə verən növbəti xəzinədar Süleymanov Xəyyam Vaqif oğlu bildirib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır:

    “Bir neçə dəfə məhkəmələrdə və bankda görmüşəm. Mən bankda xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. Həmin çekdə 7 milyon nə qədərsə yazılmışdı. Bu şəxs çeki imzalayıb. Yəqin ki, edib də, mənim dəqiq yadımda qalmayıb. Zahid Niftəliyev özü alıb, başqa mümkün deyil kimsə alsın. Qol çəkdi, özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, onunla heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram. Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdursa, sifariş edirik. Onun həmin məbləği nə ilə aparmasını xatırlamıram. Təqsirləndirilənin vəkili Əli Adıgözəlovun “Zahid Niftəliyevi neçə dəfə görmüsən?”, – sualına Xəyyam Süleymanov “Bir dəfə görmüşəm, qalan yadımda deyil”, – cavabını verib.

    Vəkil Əli Adıgözəlov “Siz Zahid Niftəliyev, Xəyyam Süleymanovdan 7 milyon 350 min pul götürmüsüzmü?”, – soruşub.

    Təqsirləndirilən şəxs Zahid Niftəliyev “Mən bu şəxsi ümumiyyətlə görməmişəm. Sənin Xəyyam Süleymanov, Allahın varsa, insafın varsa, düzünü danış”, – deyib

    Şahid Xəyyam Süleymanov “Mən Zahid Niftəliyeva çek gəlib, vermişəm. Digər dediyiniz xüsusi külli miqdarda məbləğ yadıma gəlmir”, – deyib.

    Məhkəmənin növbəti prosesi dekabrın 18-nə təyin edilib.

    Qeyd edək ki, Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

    İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

    İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Onun barəsində CM-nin 179.3.2 maddəsi ilə cinayət işi açılaraq, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    //oxu.az

  • Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib

    Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev ilə Vladimir Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

    “Report”un Qazaxıstan bürosunun məlumatına görə, iki ölkə liderləri Astanada keçirilən danışıqların yekunu üzrə bəyanat imzalayıblar.
    Putin mətbuata açıqlamasında qeyd edib ki, bu gün Rusiyanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi təxminən 13 milyard ABŞ dolları həcmindədir.
    “Qazaxıstanda Rusiyanın iştirakı ilə 23 mindən çox müəssisə var. Ölkələrimizdən olan şirkətlər sənaye kooperasiyası və yüksək texnologiyalar sahəsində bir sıra birgə iri layihələr həyata keçirir, tam sənaye dövrünün yeni istehsal müəssisələrinin yaradılmasına töhfəsini verir ki, bu da Rusiya və Qazaxıstan iqtisadiyyatlarının hərtərəfli modernləşdirilməsinə və texnoloji suverenliyinin möhkəmləndirilməsinə yardım edir”, – Putin bildirib.
    O, həmçinin neft-qaz sahəsində əməkdaşlığa da toxunub.
    Eyni zamanda, Putin Rusiyanın Qazaxıstan ərazisi ilə Özbəkistana qaz nəqlini artıracağını vurğulayıb.
    Rusiya lideri əlavə edib ki, Moskva və Astana “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qazaxıstan ərazisindən keçən şərq qolunun genişləndirilməsi və Rusiyanın “Soyuz-5” daşıyıcı raketindən istifadə etməklə Baykonur kosmodromunda “Bayterek” kosmik raket kompleksinin yaradılması üzərində işləyir.
    Tokayev öz növbəsində qeyd edib ki, Qazaxıstan ilk dəfə Rusiyanın ən böyük beş ticarət tərəfdaşı sırasına daxil olub, ticarət dövriyyəsi 30 milyard dolları keçə bilər.
    Qazaxıstan Prezidenti Rusiyanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğunun açılacağını da vurğulayıb.
    Danışıqlar nəticəsində tərəflər arasında təhsil, səhiyyə, dəmir yolu infrastrukturunun inkişafı, neft və neft məhsullarının tədarükü və digər sahələr üzrə 20 saziş imzalanıb.

  • Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

    Məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının yutub səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

    Agentlikdən verilən məlumata görə, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində “Youtube”nin “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.

    Bildirilib ki, “Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınıb:

    “Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır. Ş.Ələkbərovanın youtubda əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video yutubun “BehrooZ Abshar” səhifəsindən silinib”.
    Rəsmi məlumata görə, bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.

  • 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi

    “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
    Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
    Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.