Month: November 2024

  • Bakıda qarlı havalara hazırlıq işləri görülür

    Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

    Bildirilib ki, ilk növbədə, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

    “Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar”, – məlumatda vurğulanıb.

    Qeyd edilib ki, bu işlər çərçivəsində paytaxtın Nizami, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

    Vurğulanıb ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılmalıdır.

    Əlavə edilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

    Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib. Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

  • Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən bəziləri ƏLƏ KEÇDİLƏR

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə əməliyyat tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü – əvvəllər məhkum olunmuşlar – 45 yaşlı Bəxtiyar Fətullayev, 32 yaşlı Kənan Məmmədov, həmçinin 35 yaşlı Rövşən Cəfərov və 44 yaşlı Nazim Qələndərov saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən ümumilikdə 40 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd metadon həbi aşkarlanıb.

    Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Masallı və Siyəzən rayonları, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

    Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

    Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

  • В Азербайджане поменялись местами рабочие и выходные дни

    В Азербайджане поменялись местами рабочие и выходные дни.

    Соответствующее постановление принял Кабинет министров.

    Согласно документу, с целью обеспечения последовательности рабочих и выходных дней, рабочие дни 30 декабря 2024 года и 3 января 2025 года были поменяны местами с выходными днями 28 и 29 декабря 2024 года соответственно.

    Таким образом, нерабочими днями будут 30 и 31 декабря 2024 года, а также 1, 2, 3, 4 и 5 января 2025 года.

  • Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

    İş və istirahət günlərinin yerləri dəyişdirilib.

    Bu barədə Nazirlər Kabineti qərar verib.

    Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Belə ki, 2024-cü il dekabrın 30 və 31, eləcə də 2025-ci il yanvarın 1, 2, 3, 4 və 5-i qeyri-iş günləri olacaq.

  • “Реал” установил антирекорд в Лиге чемпионов

    “Реал” стал первым действующим победителем Лиги чемпионов, проигравшим три встречи на групповом этапе после завоевания титула.

    Об этом сообщает OptaJose на своей странице в социальной сети X.

    Напомним, в матче 5-го тура общей групповой стадии Лиги чемпионов “Реал” уступил “Ливерпулю” со счётом 0:2. Ранее мадридский клуб проиграл “Милану” и “Лиллю”.

    На данный момент “Реал” занимает 24-е место в турнирной таблице Лиги чемпионов, записав в свой актив шесть очков. В оставшихся трёх играх на групповой стадии турнира команде предстоит сразиться с “Аталантой”, “Ред Булл Зальцбург” и “Брестом”.

  • “Real Madrid” antirekorda imza atdı

    İspaniyanın “Real Madrid” futbol klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra liqa mərhələsində üç oyunu uduzan ilk komanda olub.

    Bu barədə idman statistikası üzrə ixtisaslaşmış “Opta” şirkəti özünün sosial şəbəkə hesabında bildirib.

    Çempionlar Liqasının ümumi mərhələsinin V turunda “Kral klubu” “Liverpul”a 0:2 hesabı ilə məğlub olub. Daha öncə Madrid təmsilçisi İtaliyanın “Milan”ına və Fransanın “Lill”inə uduzub.

    İspan klubu hazırda UEFA Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir. Turnirin liqa mərhələsinin qalan üç oyununda komanda “Atalanta”, “Red Bull Zalsburq” və “Brest”lə qarşılaşacaq.

    Qeyd edək ki, liqa mərhələsinin turnir cədvəlinə niderlandlı mütəxəssis Arne Slotun “Liverpul”u başçılıq edir.

  • В Баку 67-летняя женщина стала жертвой угарного газа

    В Баку 67-летняя женщина скончалась от отравления угарным газом.

    Как сообщает АПА, случай зарегистрирован на улице Руслана Аллахвердиева в поселке Сулутепе Бинагадинского района.

    Согласно информации, Назира Гаджиева (1957 г.р.) отравилась угарным газом в ванной комнате частного жилого дома.

    По данному факту проводится расследование.

  • Bakıda yaşlı qadın dəm qazından zəhərlənərək ÖLDÜ

    Bakıda 67 yaşlı qadın dəm qazından zəhərlənib.

    APA xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində fərdi yaşayış evinin hamam otağında 1957-ci il təvəllüdlü Nazıra Hacıyeva dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Instagram”dan yeni sevindirici funksiyalar – FOTO

    “Instagram” istifadəçilərə yeni faydalı funksiyalar təqdim edir. Bunlardan biri məkanlarla bağlıdır. Belə ki, artıq olduğunuz yeri birbaşa mesajlar vasitəsilə paylaşa biləcəksiniz.

    Bu barədə şirkətdən xəbər verilib.

    Bildirilir ki, məkanlar yalnız bir saat ərzində aktiv olacaq.

    “Real məkanı təkbətək söhbətlərdə və ya qrup söhbətlərində paylaşmaq olar, müddəti bir saatdan sonra bitir… Yalnız müəyyən söhbətin iştirakçıları sizin yerinizi görə bilərlər. Məkanınız digər çatlara yönləndirilə bilməz. Həmçinin, söhbətin yuxarı hissəsində xüsusi indikator olacaq, bu, özünüzün olduğu məkanı paylaşdığınızı xatırlatmaq üçündür. İstənilən vaxt yerinizi paylaşmağı dayandıra bilərsiniz”, – deyə şirkətdən bildirilib.

    “Instagram”, həmçinin elan edib ki, istifadəçilər artıq “Direct”də özlərinə və ya başqalarına ləqəblər əlavə edərək adları fərdiləşdirə bilərlər.

    “Bunun üçün çatın yuxarı hissəsindəki ada toxunub “Ləqəblər”i seçmək lazımdır. Ləqəblər yalnız sizin dialoqlarınızda görünəcək”, – deyə tərtibatçılar vurğulayıblar.

  • Диана Арбенина рухнула с балкона во время выступления – ВИДЕО

    Российская певица и лидер рок-группы “Ночные снайперы” Диана Арбенина упала с балкона в зал во время концерта в Санкт-Петербурге.

    Об этом сообщает Telegram-канал Shot.

    Согласно информации, инцидент произошел во время выступления артистки в клубе “А2”. По словам очевидцев, Арбенина захотела пройтись по сетке вдоль балконов, но провалилась в фан-зону.

    Зрители смогли поймать певицу за руку и помогли ей забраться обратно на балкон. По предварительным данным, она не пострадала.

    Диана Арбенина – российская певица, поэтесса, музыкант, автор песен, художница и писательница. Свои первые песни начала писать в 1991 году. Является автором более 300 песен, более 150 стихотворений, ряда рассказов и эссе.