Month: November 2024

  • İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar

    Azərbaycan idmançıları Özbəkistanın Andijan şəhərində peşəkar qol güləşi liqasının final mərhələsinin seçim turunda 3 qızıl medal qazanıblar.

    Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Təmsilçilərimizdən Azər Məhərrəmov (115 kq), Ağaseyid Aslanov (105 kq) və Toğrul Şahlarlı (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    İdmançılarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində dünyanın ən güclüləri ilə mübarizə aparacaqlar.

  • Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb

    Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Novaya İlyinka yaşayış məntəqəsini ələ keçirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə altı PUA hücumu həyata keçirdiyi və iki artilleriya zərbəsi endirdiyi bildirilib.

    Rusiya MN Ukrayna tərəfinin son sutka ərzində itkilərini də açıqlayıb. Qeyd olunub ki, Ukrayna silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində 850-dən çox hərbçisini itirib.

  • Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) noyabrın 29-da tutduğu postu portuqaliyalı siyasətçi Antonio Kostaya (Antonio Costa) təhvil verəcək.

    Bu barədə Aİ Şurası məlumat yayıb.

    Antonio Kosta vəzifəsinin icrasına isə rəsmi olaraq dekabrın 1-də başlayacaq.

    Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa Şurasının prezidenti postunu tutur.

  • Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub

    İspaniyanın “Barselona” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.

    36 yaşlı hücumçu buna Liqa mərhələsinin V turunda Fransa təmsilçisi “Brest”lə matçda dubl etməklə nail olub.

    Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.

    Əvvəllər yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) 100 qol səddini keçib.

    Qeyd edək ki, “Barselona” rəqibini 3:0 hesabı ilə üstələyib.
     
    ///Report

  • Экс-адвокат Эльман Пашаев не признал вину в мошенничестве

    Бывший адвокат Эльман Пашаев не признает вину в мошенничестве в особо крупном размере.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    “Вину не признаю”, – сказал обвиняемый во Втором Западном окружном военном суде, где рассматривается его жалоба на продление срока ареста. Пашаев считает, что уголовное дело в его отношении возбуждено по заявлению блогера Алексея Блиновского, который признан потерпевшей стороной.

    По словам экс-адвоката, его невиновность подтверждает тот факт, что он пожертвовал для нужд армии свои личные сбережения. “Я продал личный дом на Рублевке, яхту, машину и дом сына, а также потратил на гуманитарную помощь около 80 млн рублей (почти 1.3 млн манатов – ред.) из своих личных сбережений, – отметил Пашаев. – Но это не реклама, а честь для меня”.

    Как следует из материалов дела, Блиновский передал ему в Москве 100 тыс. долларов в начале апреля этого года, когда он был, по словам обвиняемого, под Угледаром. “Нет ни одного доказательства о передаче [Блиновским] мне денег”, – добавил в ходе заседания Пашаев.

    Второй Западный окружной военный суд признал законным продление срока ареста Эльману Пашаеву, обвиняемому в мошенничестве в особо крупном размере.

    Мера пресечения бывшему адвокату была продлена по ходатайству военных следователей на срок до 15 января.

    Пашаев просил о смягчении меры пресечения. Прокурор настаивал на законности решения суда первой инстанции. В ходе судебного заседания, которое прошло впервые с момента его ареста в открытом режиме, экс-адвокат отметил, что имеет две госнаграды за храбрость и медаль Жукова, а также был дважды ранен в зоне военных действий между Россией и Украиной.

    Эльман Пашаев был арестован военным судом в середине сентября, ему вменяется мошенничество на сумму более 46 млн рублей (более 740 тыс. манатов – ред.). За эти деньги он пообещал Алексею Блиновскому освободить от уголовной ответственности его и его супругу Елену Блиновскую по делу о неуплате налогов. Признанный потерпевшей стороной Блиновский в ходе очной ставки с Пашаевым заявил, что передал ему в Москве 100 тыс. долларов. Следствие допросило по делу экс-адвоката более 15 военнослужащих.

    Санкция вменяемой статьи предусматривает до 10 лет лишения свободы со штрафом до 1 млн рублей (примерно 16 тыс. манатов – ред.). Бывший адвокат отказался сотрудничать со следствием, которое проверяет его на причастность к другим эпизодам преступления.

  • Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib

    Keçmiş vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqda təqsirini etiraf etmir.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    “Təqsirimi etiraf etmirəm”, – təqsirləndirilən şəxs İkinci Qərb Dairə Hərbi Məhkəməsində həbs müddətinin uzadılmasına dair şikayətinə baxılarkən bildirib. Paşayev hesab edir ki, ona qarşı cinayət işi zərərçəkmiş tərəf kimi tanınan bloqer Aleksey Blinovski tərəfindən verilən ərizə əsasında açılıb.

    Keçmiş vəkilin sözlərinə görə, onun günahsız olduğunu ordu ehtiyacları üçün şəxsi vəsaitlərini xərcləməsi sübut edir. “Mən Rublyovkadakı şəxsi evimi, yaxtamı, maşınımı və oğlumun evini satdım, həmçinin şəxsi vəsaitlərimdən humanitar yardım üçün təxminən 80 milyon rubl (təxminən 1,3 milyon manat – red.) xərclədim. Bu reklam deyil, mənim üçün şərəfdir”, – deyə Paşayev qeyd edib.

    İş materiallarından məlum olduğu kimi, Blinovski bu ilin aprel ayının əvvəlində Moskvada ona 100 min dollar verib, halbuki təqsirləndirilən şəxsin sözlərinə görə, o vaxt o, Uqledar yaxınlığında olub. “Pulun (Blinovski tərəfindən) mənə verilməsi barədə heç bir sübut yoxdur”, – deyə Paşayev məhkəmə iclası zamanı əlavə edib.

  • DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ

    Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunla əlaqədar “Gənclik” Nəqliyyatı Mübadilə Mərkəzinə (NMM) avtobusların girişi məhdudlaşdırılıb.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.

    Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.

  • Zaxarova: “Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb”

    “Moskva Yunanıstandan Rusiya istehsalı olan hərbi texnikanın Ermənistana təkrar ixracının mümkünlüyü ilə bağlı heç bir sorğu almayıb”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualına cavab olaraq bildirib.

    Ondan Yunanıstanın Rusiya istehsalı olan S-300 sistemlərini Ermənistana ötürmək planları ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməsi xahiş olunub.

    “Hərbi-texniki əməkdaşlığa dair 30 oktyabr 1995 və hərbi məhsulların tədarükünə dair 3 dekabr 2013-cü il tarixli ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl etməyin zəruriliyini sizə xatırlatmaq istərdik. Bu sazişlər birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edir”, – Zaxarova qeyd edib.

  • “Yar gəldi yar” mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı

    Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının “YouTube” səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.

    Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

    Məlumatda deyilir:

    “Bildiririk ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il sentyabrın 4-də “YouTube”un “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.

    “Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınıb. Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə “AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.

    Məlumat üçün bildiririk ki, Ş.Ələkbərovanın “YouTube”da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir.

    Buna görə də, “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video “YouTube”dan “BehrooZ Abshar” səhifəsindən silinib.

    Bununla da, Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması “YouTube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.

  • Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, ondan “Kalaşnikov” markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı sosial şəbəkələrdə tanış olduğu şəxsə 2 000 manat müqabilində satarkən saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.