Month: November 2024

  • Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? – DOSYE

    Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunan Kamilə Dadaş-zadə uzun müddət aşıqlar birliyində çalışıb.

    Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaş-zadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib.

    O, 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

    Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir.

    K.Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri olub.

    O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur. Kamilə Dadaş-zadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

  • Bakı metrosunda 9 yeni stansiya tikiləcək

    Metro böyük şəhərlərin infrastrukturasının əsas daşıdır. Sürətli nəqliyyat növü olan metro sərnişinlərin vaxt itirmədən şəhər daxilində rahat hərəkət etməsini təmin edir.

    Avropa İnvestisiya Bankı Bakı Metropoliteninin müasirləşməsində dəstək göstərəcək. Bununla bağlı Avropa İnvestisiya Bankı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında memorandum imzalanıb.

    Bəs bu anlaşma çərçivəsində nə nəzərdə tutulub?

    Bakı Metropoliteni QSC-nin sədr müavini Şahin Mirzəyev bildirib ki, Bakı metrosu bu gün 630 min sərnişin daşıyır. Yeni 9 stansiyanın inşa olunması nəzərdə tutulub ki, bu da yerüstü nəqliyyatda sıxlığın azalmasına kömək edəcək. Bakıya növbəti ildə 4 qatar və 20 vaqon gətirilməsi nəzərdə tutulub.

    Nəqliyyat eksperti Rauf Ağamirzeyev bildirib ki, günü-gündən şəhərimiz müasirləşsə də, metro haqqında bunu demək olmur. Əgər metroda müəyyən xətlərin tikintisi ciddi dəyişikliklərə səbəb olacaqsa, bu, sərnişin axınına təsir edəcək. Nəzərdə tutulan bütün bu dəyişikliklər sərnişin sıxlığını aradan qaldırmaq məqsədi daşıyır.

    Qeyd edək ki, bu layihə şəhər sakinlərinə daha rahat və sürətli mənzil başına çatmaq məqsədi daşıyır.

  • 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş – Təfərrüat

    Noyabrın 26-na keçən gecə Yevlax rayonunun Tanrıqulular kəndində baş vermiş ağır yol qəzasının təfərrüatı məlum olub.


    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən ailə üzvləri ad günü məclisindən qayıdırmış.
    Belə ki, noyabrın 25-də 1992-ci il təvəllüdlü Elvin Nəsibov atasına məxsus avtomobillə 4 yaşlı oğlu Elcan və həyat yoldaşı 2001-ci il təvəllüdlü Sənubərlə qayınatasıgilə qonaqlığa gedib. Məclis Elcanın və dayısının ad günü ilə əlaqədar təşkil edilib.
    Onlar gecə saatlarında yaşadıqları kəndə qayıdarkən E.Nəsibov həyat yoldaşı ilə avtomobildə dalaşmağa başlayıb və sərxoş halda, sürücülük vəsiqəsi olmadan sürdüyü avtomobili təhlükəli şəkildə idarə edib. Bunu görən Sənubər oğlunu baş verə biləcək qəzadan qorumaq üçün onu paltosuna bükərək özünə sıxıb. Həmin vaxt avtomobil yol kənarındakı daş hasara çırpılıb. Nəticədə Elvin, arvadı və azyaşlı oğlu xəsarət alıb.
    Sənubər Nəsibova xəstəxanaya çatdırılsa da, vəfat edib. Onun 4 yaşlı oğlunun və ərinin müalicəsi davam etdirilir. Həyatlarına hər hansı bir təhlükə olmadığı bildirilir.
    Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
    * * * * *
    Yevlax rayonu Tanrıqulular kənd yolunda yol qəzası olub.
    26.11.2024-cü il tarixdə saat 00:10 radələrində Yevlax rayonu Tanrıqulular kənd yolunda 1992-ci il təvəllüdlü Nəsibov Elvin Elcan oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21011” markalı avtomobil ilə kəndin orta məktəbi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib hasara dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
    Nəticədə E.Nəsibov və övladı – 2020-ci il təvəllüdlü Elcan Nəsibov sifətin və bədənin müxtəlif dərəcəli əzik və kəsik xəsarətləri diaqnozu ilə Mingəçevir ŞMX-na müraciət etmiş, həmin avtomobildə sərnişin qismində əyləşmiş 2003-cü il təvəllüdlü Nəsibova Sənubər Səhəddin qızı isə almış olduğu xəsarətlər nəticəsində bağlı həmin xəstəxanada ölmüşdür.
    Faktla bağlı Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

  • Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

    Noyabrın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Mingəçevir, Gədəbəy, Goranboy, Samux, Şəmkir, Naftalan, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Yanvarın 1-dən bu şəxslər cərimələnəcək

    Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Layihəyə əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

    Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

    Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

    Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Bələdiyyə seçkiləri 118 saylı Ağdam – Xocalı, 120 saylı Cəbrayıl – Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa – Ağdam – Xocavənd, 125 saylı Zəngilan – Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.

    Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

  • Prezident onu rektor təyin etdi – SƏRƏNCAM

    Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

  • В Германии закрывают немецкое бюро российского Первого канала

    Власти Германии закрывают немецкое бюро российского Первого канала, сотрудникам корпункта в Берлине предписано уехать из страны.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили на телеканале.

    “В первой половине декабря Иван Благой и Дмитрий Волков должны покинуть территорию ФРГ”, – рассказал в эфире Первого сам Иван Благой.

    По его словам, соответствующий документ они получили от немецких властей во вторник.

    Официальный представитель МИД РФ Мария Захарова заявила в связи с этим, что Россия 27 ноября объявит об ответных мерах на закрытие немецкого бюро Первого канала.

  • Almaniyada Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılır

    Almaniya Rusiyanın “Birinci kanal”ının ölkədəki bürosunu bağlayacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, məlumatı “Birinci kanal”ın rəhbərliyi də təsdiq edib.

    “Dekabrın 15-dək mən və Dmitri Volkov Almaniya ərazisini tərk etməliyik”, – kanalın efirində İvan Blaqoy deyib.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq məsələ ilə bağlı mövqe də bildirib. O, “Birinci kanal”ın Almaniya hökuməti tərəfindən qapadılmasına cavab veriləcəyini açıqlayıb.

  • Глава Исполнительной власти снова назначил племянника на высокую должность

    Глава Исполнительной власти (ИВ) Бейлаганского района Азиз Азизов назначил себе помощника.

    Как сообщает Qaynarinfo, на указанную должность назначен Мурад Агаев.

    Напомним, что М.Агаев является племянником Азиза Азизова. Когда в 2006-2018 годах А.Азизов был главой ИВ Джалилабадского района, Мурад Агаев несколько лет работал его водителем.

    В период со 2 февраля 2018-го по 12 ноября 2019 года Азиз Азизов работал главой ИВ Ясамальского района, а с 12 ноября 2019-го по 8 июля 2024 года – Сураханского района, все это время М.Агаев был его помощником.

    После того как данная информация просочилась в прессу, Азиз Азизов освободил племянника от должности.