Month: November 2024

  • İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib

    Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Murad Əsgər oğlu Ağayev başçısının köməkçisi təyin olunub.

    Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

    Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

    Məlumat mətbuatda dərc olunduqdan sonra – 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib.

  • Milli Məclisə yeni avtomobillər alınıb

    “Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb”.

    APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası”nın müzakirəsi zamanı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

    İşlər müdiri bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 2024-cü ildə deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib:

    “Bundan başqa Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb. Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir”.

  • Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İ.Yusifov cinayət məsuliyyətindən azad olunub.

    İttihama görə, hadisə 11 iyun 2024-cü ildə saat 22 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

    Belə ki, İmran Yusifov keçmiş arvadı, zərərçəkmiş İlahə Fərəcova (şərti) ilə pay torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında narazılıq baş verib və onlar mübahisə ediblər. O, mübahisə əsnasında zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən şillə, yumruq zərbələri ilə qadının sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaq nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.

    Hadisədən sonra İlahə Fərəcova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat verib və İmran Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

  • İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır

    İran hakimiyyəti mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində məcburi hicab qaydalarına əməl edilməməsi səbəbindən ona yaxın iş yeri bağlayıb.

    Bu barədə Marağa şəhər polis idarəsinin rəisi Əhməd Farsi bildirib.

    Onun sözlərinə görə, daha 145 iş yerinə xəbərdarlıq edilib.

    Əhməd Farsi bildirib ki, yeddi iş yeri, kafe, restoran və toy salonu “hicab qaydalarının pozulması və İslam qaydalarına əməl edilməsinə” görə bağlanıb.

    Başqa bir məlumata əsasən, Güney Azərbaycanın Qəzvin əyalətinin Əlborz şəhərində də eyni səbəbdən 21 yeməkxana, kafe bağlanıb.

    Qeyd edək ki, 2022-ci ilin sentyabrından 2023-cü ilin sonunadək İranda Tehran hakimiyyətinin məcburi hicab qaydalarına etiraz aksiyaları keçirilib. 2024-cü ilin yazından bu qaydalara əməl edilməsinə nəzarət gücləndirilib.
    //report

  • Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb

    Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə araşdırmalar aparılıb.

    Həmin cinayət işi üzrə istintaq yekunlaşdırılaraq toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

    22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib.

    Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Dünyamaliyev Cavid İlqar oğlu və Cəlilov Cəlil Hüseyn oğlu Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüb.

    Daha sonra isə “Teleqram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

    Cinayətkarlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

    Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

    Növbəti məhkəmə prosesi 13 dekabrda keçiriləcək.
    //report

  • Байден: Израиль и “Хезболлах” достигли соглашения о прекращении огня в Ливане

    Президент США Джо Байден заявил, что Израиль и ливанское движение “Хезболлах” приняли договоренность о прекращении огня в Ливане.

    Соответствующая публикация размещена на странице американского лидера в соцсети Х.

    “Сегодня у меня хорошие новости с Ближнего Востока.

    Я переговорил с премьер-министрами Ливана [Наджибом Микати] и Израиля [Биньямином Нетаньяху]. И я рад объявить, что они приняли предложение Соединенных Штатов положить конец разрушительному конфликту между Израилем и “Хезболлах”, – отметил Байден.

    В канцелярии Нетаньяху сообщили, что Израиль официально одобрил предложенный Вашингтоном план прекращения боевых действий в Ливане.

    “Военно-политический кабинет одобрил сегодня вечером предложение США о прекращении огня в Ливане. Решение поддержали десять министров, один выступил против. Израиль выражает признательность США за их вклад в этот процесс и сохраняет за собой право на действия против любой угрозы своей безопасности”, – говорится в заявлении.

  • İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib

    İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib.

    Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

    “Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”,-ofisin açıqlamasında deyilir.

    Livanın Baş naziri Nəcib Mikati Livan-İsrail sərhədində sabitliyi qaytaracaq əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib. O, bu barədə ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında bildirib.

    “Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin yayılması istiqamətində atılan bu mühüm addımı bəyənirəm. Bu, köçkünlərin öz şəhərlərinə və evlərinə qayıtmasını asanlaşdıracaq”, – Baş nazir vurğulayıb. Onun sözlərinə görə, müqavilənin həyata keçirilməsi regional sabitliyin yaradılmasına kömək edəcək.

    ABŞ Prezidenti Cozef Bayden də tərəflər arasında əldə olunan razılaşma ilə bağlı “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin Baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul ediblər”, – deyə Bayden bildirib.

  • Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı

    Gəncə Apellyasiya Məhkəməsində Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şirxan İmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şirxan İmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Şirxan İmanovun sevgilisi, 8 aylıq hamilə olan Günay Ələkbərova ilə kafedə dalaşıb və qapını bağlayaraq oradan çıxmağa imkan verməyib.

    Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı Günay Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.

  • Валентина Матвиенко: У России есть “супероружие” для защиты страны

    У Российской Федерации есть “супероружие”.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявила спикер Совета Федерации Валентина Матвиенко.

    “У России есть супероружие, чтобы дать адекватный ответ на агрессию против страны”, – указал Матвиенко.

    До этого стратегический аналитик военной разведки Ребекка Коффлер в материале для Fox News писала, что применением новейшей ракетной системы средней дальности “Орешник” Владимир Путин вызвал замешательство в Вашингтоне и Киеве.

    По ее словам, удар оружием также поднял вопрос о характере конфликта. Как напоминает Коффлер, “Орешник” может быть оснащен неядерной и ядерной боеголовками, и ракету практически невозможно перехватить существующими системами ПРО.

  • Valentina Matviyenko: “Rusiyanın supersilahı var”

    “Rusiya Federasiyası mümkün təcavüz halında adekvat cavab reaksiyası vermək üçün supersilaha malikdir”.

    Median.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu sözləri Rusiya Parlamentinin yuxarı palatasının spikeri Valentina Matviyenko deyib.

    “Ölkəyə qarşı təcavüz halında təsirli və qaçılmaz cavab vermək üçün vasitələrimiz, o cümlədən supersilahımız var”, – deyə spiker bildirib.

    Qeyd edək ki, daha əvvəl ABŞ hərbi kəşfiyyatının strateji analitiki Rebekka Koffler “Fox News” üçün məqaləsində bildirmişdi ki, qabaqcıl “Oreşnik” ortamənzilli raket sistemindən istifadə etməklə Vladimir Putinin Vaşinqton və Kiyevdə çaşqınlıq yaradıb.

    Onun sözlərinə görə, silahlı zərbə, həmçinin, münaqişənin mahiyyəti ilə bağlı da suallar doğurub. Kofflerin xatırlatdığı kimi, “Oreşnik” qeyri-nüvə və nüvə başlıqları ilə təchiz edilmiş ola bilər və raketin mövcud raketdən müdafiə sistemləri ilə qarşısını almaq demək olar ki, mümkün deyil.