Month: November 2024

  • Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?

    “Təkcə bu il 40700 şəxsə əlillik təyin etmişik”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    “Deyildiyi kimi, əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? Əlilliyin alınması iki mərhələdən ibarətdir. Birinci tibb müəssisələri tərəfindən şəxs yoxlanılır və məlumatlar elektron şəkildə bizə təqdim olunur. Bu gün haqqı çatan hər bir şəxsin əlilliyinin təyin edilməsi bizim üçün ən ümdə vəzifədir. Deputatların dediyi fərdi məsələlərlə bağlı mən komitə iclasında da müraciət etdim. Ancaq komitə iclasından bu yana mənə heç bir məlumat təqdim edilməyib”,- deyə nazir əlavə edib.

  • “Temu”dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? – VİDEO

    Əsasən Çindən olan məhsulların onlayn satışını həyata keçirən “Temu” alış-veriş saytından sifariş verilən məhsuldan evə gələn məhsul arasındakı fərq müştərinin narazılığına səbəb olub.

    Belə ki, müştəri açar dəsti sifariş verib, lakin evə açarqabı formasında suqabı göndərilib.

    Araşdırma zamanı isə məlum olub ki, bu kimi hallarla rastlaşanlar az deyil.

    Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, elektron ticarət sahəsində alıcıların aldadılması barədə Birliyə çoxsaylı şikayətlər daxil olub.

    E.Hüseynov onlayn alış-veriş edənləri diqqətli olmağa çağırıb. O bildirib ki, aldanmamaq üçün sifariş verilən məhsul haqqında yazılan məlumatlar mütləq oxunmalıdır.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • АПБА закрыло колбасный цех в Гёйгёльском районе

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) провело внеплановую проверку на принадлежащем физическому лицу Джамалу Нагиеву предприятии по производству колбасных изделий в поселке Гызылгая Гёйгёльского района.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу АПБА, в ходе осмотра установлено, что данный объект работает без регистрации продовольственной безопасности, санитарно-гигиеническое состояние не соответствует требованиям технических нормативно-правовых актов в области безопасности пищевых продуктов.

    Кроме того, не соблюдался специальный температурный режим при хранении и упаковке колбасных изделий, а также обнаружены несоответствия в маркировке продукции. На предприятии обнаружены ножи для измельчения просроченной продукции, растительное масло для удаления плесени с колбасы, раствор для удаления даты производства и вакуумное оборудование для повторной упаковки и реализации.

    В связи с выявленным фактом, согласно законодательству, деятельность предприятия была ограничена и даны обязательные к исполнению указания. Расследование продолжается.

  • Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı

    Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Camal Əli oğlu Nağıyevə məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

  • В Сумгайыте автомобиль насмерть сбил уборщицу

    В Сумгайыте произошло дорожно-транспортное происшествие с летальным исходом.

    Как сообщает АПА, автомобиль сбил Сарию Зейналову (1985 г.р.), подметавшую дорогу.

    Пострадавшая была госпитализирована, однако спасти ей жизнь не удалось.

    По данному факту ведется расследование.

  • Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Sumqayıt Bulvarı ərazisində qeydə alınıb.

    Bulvar ərazisində yolu süpürən 1985-ci il təvəllüdlü Səriyyə Tofiq qızı Zeynalovanı avtomobil vurub.

    Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qurtuluş 93″ün sahibinə AĞIR CƏZA

    “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi il keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Hüseyn Əsgərovun həmin vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

  • Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir

    Qazaxıstan paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı hərbi aviasiya və zirehli texnikanın istifadəsi də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

    Bu barədə Astana şəhər administrasiyasının saytında məlumat verilib.

    Məlumata görə, Qazaxıstanın paytaxtında tətbiq edilən tədbirlər xüsusi dövlət, hüquq-mühafizə orqanlarının və respublikanın silahlı qüvvələrinin resurslarından, o cümlədən hərbi aviasiya və texnikadan istifadəni nəzərdə tutur. Noyabrın 27-də Qazaxıstan Müdafiə Nazirliyinin cəbhə aviasiyasının Astana üzərində uçuşu planlaşdırılıb.

    Bundan başqa, noyabrın 28-də Astana küçələrinin bəzi hissələrində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.

    Qeyd edək ki, Vladimir Putin noyabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ölkəyə səfər edəcək. Ölkə liderləri ikitərəfli danışıqlar aparacaqlar. Onlar, həmçinin, Qazaxıstan və Rusiyanın XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.

    Noyabrın 28-də Qazaxıstan prezidentinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək ki, iclasda Rusiya lideri də iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.

  • Дорожная полиция призывает водителей к осторожности в непогоду

    Характерные для осенне-зимнего сезона дождь, моросящие осадки создают немало трудностей для участников дорожного движения. Ограниченная видимость во время ливней и повышенная вероятность заноса автомобилей порой делают аварии неизбежными.

    Об этом говорится в обращении Главного управления Государственной дорожной полиции (ГУГДП) к участникам движения.

    “В связи с дождливой погодой, наблюдающейся сейчас в Азербайджане, особенно в регионах, ГУГДП призывает водителей транспортных средств быть предельно внимательными, снижать скорость до минимума и держать дистанцию больше нормы.

    Кроме того, в снежную и дождливую погоду водители должны следить за сезонным оснащением автомобиля, исправностью стеклоочистителей и приборов освещения, соответствием высоты протектора шин нормативам, а также содержать государственные регистрационные знаки в чистоте.

    В дождливую погоду пешеходы также должны быть ответственными и строго соблюдать правила дорожного движения”, – отмечается в информации.

  • Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB

    “Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar yol hərəkəti iştirakçılarına bir sıra çətinliklər yaradır. Yağmurlu havalarda görmə məsafəsinin məhdudlaşması, avtomobillərin sürüşmə ehtimalının artması bəzən qəzaları qaçılmaz edir”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

    Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkəmizdə, xüsusilə bölgələrdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək belə havalarda daha diqqətli olmağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı tövsiyə edir:

    “Bununla yanaşı, sürücülər qarlı, yağışlı havalarda avtomobilin mövsümə uyğun təchizatına, şüşə silgəclərinin, şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına, şinlərin protektorundakı naxışların qalmış hündürlüyünün normalara uyğunluğuna nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar.

    Yağmurlu hava şəraitində piyadalar da məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər”.