Month: November 2024

  • Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən sərgi ilə bağlı paylaşım edib.

    Leyla Əliyevanın “Instagram” hesabında videogörüntülər paylaşdığı MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılışı noyabrın 14-də baş tutub.

  • Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur

    “Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır”.

    “Report” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

    “Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin müəyyən edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”, – deyə o qeyd edib.

    Bundan başqa, deputat təklif edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın:

    “Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş tapmaqda əziyyət çəkirlər. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.

  • Yağıntılarla əlaqədar çaylarda sululuq artıb – FAKTİKİ HAVA

    Azərbaycana yağan yağıntılarla əlaqədar 27 noyabr saat 9:00-a olan məlumata əsasən, respublikanın əksər çaylarında sululuq artıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 31 sm, Viləşçayda 23, Təngərüdçayda 21, Böyük Qafqazın ərazisindən axan Xarmidorçayda 28, Əyriçayda 27, Katexçayda 15, Qudiyalçayda 10, Qarasuçayda 8, Pirsaatçayda 3, Kiçik Qafqazın ərazisindən axan Gorançayda 3, Gəncəçayda, Əsrikçayda və Dəstəfurçayda 1 sm artm qeydə alınıb.

    Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bəsitçayda 13, Bərgüşadçayda 12, Oxçuçayda 11, Həkəriçayda 2, Tərtərçayda 1, Naxçıvan MR ərazisindən axan Gilançayda 3, Naxçıvançayda 2, Əlincəçay, Ordubadçay və Vənəndçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində 1, Qanıx çayında isə 6 sm artm olub.

  • В Нахчыванской АР уволено должностное лицо

    Председатель окружной избирательной комиссии №4 города Нахчыван Чингиз Гасанли освобожден от должности.

    Как сообщает modern.az, он также исключен из состава комиссии.

    Согласно информации, решение было принято на заседании Центральной избирательной комиссии (ЦИК). На его место назначен Рамиль Садыгов.

    Отметим, что недавно Ч.Гасанли был избран членом данного государственного органа решением Верховного Меджлиса Нахчыванской Автономной Республики. В настоящее время он является председателем ЦИК НАР.

  • Vəzifəli şəxs işdən çıxarıldı

    Naxçıvan şəhəri 4 saylı Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli vəzifəsindən azad edilib.

    Modern.az-ın məlumatına görə, o, komissiyanın üzvlüyündən çıxarılıb.

    Qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib. Onun əvəzinə Ramil Sadıqov təyin edilib.

    Qeyd edək ki, Çingiz Həsənli bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, hazırda Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədridir.

  • Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı

    Bakının Səbail rayonunda həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Elməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə prosesdə şahid qismində Firəngiz Rəsulova ifadə verib.

    O bildirib ki, təqsirləndirilən Elməddin onun baldızının həyat yoldaşıdır: “Elməddin Xatının boynundan, boğazından bıçaq xəsarəti yetirib. Arxadan gəldi, Xatın uşağı yatızdırırdı. Mən qoymadım, ancaq o vurdu. Vurandan sonra sürüklədi gətirdi bu biri otağa, saçından tutub bıçaqla vururdu. Hadisə onların kirayə qaldığı evdə olub. Əvvəllər də mübahisələri olub, sonuncu mübahisə həmin gün səhər olmuşdu. Hadisənin baş verməsinə səbəb telefonda Elməddinin başqa qızla “WhatsApp” yazışmaları olub. Polisi mən çağırdım”.

    Elməddin İsmayılov sərbəst ifadə verib: “Yoldaşıma 3 bıçaq vurmuşam, ekspert 9 bıçaq yazıb. Hadisə vaxtı özümdə olmamışam, günah məndə olub. Yoldaşım mənim telefonumda “WhatsApp”da qızla danışığımı tutub. Mən işdə idim, həmin yazışmanı skrin eləyib mənə atdı. Mən dedim, bir də belə şey olmaz. Amma aramızda mübahisə bitmədi. Mən işdən çıxıb kafedə pivə içdim, gəldim evə. Aramızda mübahisə oldu, bıçağı götürüb böyrünə vurdum. Ani oldu, gördüm əllərim qanın içindədir. Həmin vaxt evdə qonşuluqda yaşayan qaynımın arvadı da var idi. O da hadisəni görüb qışqırırdı. Təcili yardıma yığdım. Sonra getdim iş yerimə, orada dedimki, belə bir cinayət eləmişəm. Sonra polis çağırdılar”.

    Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Xatın İsmayılova ifadə verərək bildirib ki, həyat yoldaşını bağışlayıb: “Hər bir insanın həyatında belə bir hadisə olur. Elməddinin “WhatsApp”ını yönləndirmişdim öz nömrəmə. Gördüm ki, o, başqa qızla yazışır. Hadisə olan gün qardaşımın yoldaşı ilə uşaqlarımı həyətdə gəzdirirdim. Gəldim evə, gördüm ev dağınıqdır, Elməddin paltarlarını yığışdırıb getmək üçün. Biz gördük ki, Elməddin oturub pilləkəndə. Mən uşağı yelləyirdim yatırtmaq üçün, otaqda çevriləndə gördüm ki, Elməddin bıçaqla dayanıb başımın üstündə. Vurduqdan sonra otaqda sürüdü məni. Ekspert bıçaq xəsarətləri ilə bağlı nə varsa, onunla bağlı rəy verib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şikayətim yoxdur, uşaqlarımın atasıdır, mənə pis həyat yaşatmayıb. Qorxuram türmədən çıxar gələr yenə mənə xəsarət yetirər”.

    Daha sonra prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edilib. Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edib. Müəyyən edilib ki, Elməddin İsmayılov əvvəllər də Ucar Rayon Məhkəməsinin hökmü ilə 152.2-ci (yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkələr etmə) maddəsi ilə məhkum olunub. Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici hal kimi isə himayəsində azyaşlı övladının, könüllü təslim olmasını göstərib. Prokuror onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edərək Elməddin İsmayılova daha yüngül maddə ilə cəza verilməsini xahiş edib. Elməddin İsmayılov son sözlə çıxış edərək ədalətli qərar çıxarılmasını xahiş edib.

    Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə görə Elməddin İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

    O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

    Elməddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

  • Apple откажется от сим-карты в iPhone

    Корпорация Apple уберет лоток для физических сим-карт из новых смартфонов в 2025 году.

    Об этом сообщает издание The Information.

    По информации инсайдеров, фирма разрабатывает iPhone 17 Air – ожидается, что это будет самый тонкий телефон в линейке Apple. Авторы отметили, что в новых устройствах бренда не найдется места для лотка, предназначенного для физических сим-карт. Таким образом, сотовую связь можно будет настроить только с помощью eSIM.

    Журналисты отметили, что Apple откажется от физических сим-карт в ряде стран, но их список не раскрывается. Для сравнения, в США корпорация Тима Кука уже давно продает iPhone, которые поддерживают только eSIM. Однако для всех остальных рынков смартфоны выпускают с традиционным интерфейсом.

    Apple выпускает iPhone с поддержкой двух физических сим-карт только для рынка Китая. В 2022 году в компании заявили, что электронные сим-карты eSIM являются более безопасными, чем обычные физические. Во время презентации iPhone 14 представители Apple заметили, что злоумышленник не может извлечь eSIM и поставить ее в свой телефон. Также смартфон с eSIM поддерживает до 8 тарифов разных операторов одновременно.

  • “Apple” “iPhone”da SIM kartdan imtina edəcək

    “Apple” korporasiyası 2025-ci ildən etibarən yeni smartfon modellərində fiziki SIM kart yuvalarını ləğv etməyi planlaşdırır.

    Bu barədə “The Information” məlumat yayıb.

    Məlumata əsasən, şirkət “iPhone 17 Air” modeli üzərində işləyir. Bu cihazın “Apple” xəttində ən nazik smartfon olacağı gözlənilir. Müəlliflər qeyd ediblər ki, brendin yeni cihazlarında fiziki SIM kart yeri olmayacaq və mobil rabitə yalnız eSIM texnologiyası vasitəsilə təmin ediləcək.

    Beləliklə, “Apple” simsiz texnologiyalara doğru irəliləməkdə növbəti addımını atmağa hazırlaşır.

  • Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi

    Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

  • Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan

    İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim edir.

    O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur ki, bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.

    Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.

    Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabr 2024-cü il tarixindən açıq olacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

    Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu və elektron sistem vasitəsilə mənzillərin seçilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

    Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5581 kirayə müqaviləsi bağlanılıb.