Month: November 2024

  • Арестован глава 35 компаний

    Aрестован Фагани Рагимов, глава в общей сложности 35 компаний, неоднократно выигрывавших тендеры, которые проводили госструктуры.

    Как сообщает Qafqazinfo, предприниматель обвиняется в хищении и легализации денег, полученных преступным путем.

    В его отношении избрана мера пресечения в виде ареста до конца января 2025 года.

    Фагани Рагимов известен также тем, что два года назад построил гостиницу перед историческим памятником в Гедабее. Тогда же появились обвинения в незаконном строительстве.

    В ходе расследования, проведенного вокруг его компаний, были выявлены противоправные действия и ряда госчиновников.

    Большую часть своей незаконной деятельности Ф.Рагимов осуществлял через ООО İnşaat-F.

    В общей сложности госпредприятия перечислили компаниям Фагани Рагимова около 600 000 манатов.

    В случае подтверждения предъявленных обвинений, Рагимову грозит лишение свободы на срок до 12 лет.

  • 35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

    Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.

    İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

    Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.

    Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən ediliblər.

    F.Rəhimov qanunsuz işlərinin çoxunu “İnşaat-F” MMC vasitəsilə həyata keçirib.

    Məsələn, həmin şirkət Qobustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən “İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq vəsait köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.

    Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun “Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.

    Eyni niyyətlə “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.

    Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün kartric, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün “Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.

    Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

    Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

    Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

  • Bakıda polis bölməsində hüquqazidd hərəkətlər edən şəxs həbs olundu

    Vətəndaşın polis bölməsində hüquqazidd hərəkətlərinə dair görüntülər yayılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan görüntülərlə bağlı Lent.az-a bildirilib ki, noyabrın 24-də saat 04:50-də paytaxtın Nizami rayon ərazisində restoranlardan birinin qarşısında naməlum şəxsin sərxoş vəziyyətdə avtomobilləri qəsdən zədələməsi və xuliqanlıq hərəkətləri etməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib.

    Hadisəni törədən 22 yaşlı İntiqam İsmayıllı polis bölməsində sərxoş vəziyyətdə polis əməkdaşları ilə mübahisəni davam etdirib və yanında olan vəkili tərəfindən çəkilişlər aparılıb. Onu polis əməkdaşları sakit olmağa, ictimai qaydaya əməl etməyə dəvət etsələr də, o bu xəbərdarlıqların heç birinə məhəl qoymayıb.

    Fakta görə İ.İsmayıllı barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələri ilə cinayət işi başlanılaraq həbs edilib.

    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB

    Azərbaycanda orta məktəb şagirdləri arasında suçiçəyi xəstəliyi yayılıb.

    Bu barədə Lent.az-a valideynlər məlumat veriblər.

    İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında suçiçəyinə yoluxma hallarına rast gəlinir.

    Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir:

    “2024-cü ilin ötən dövrü ərzində qeydə alınan suçiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.

    Qeyd etmək lazımdır ki, suçiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır.

    Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.

    Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir”.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hər hansı bir xəstəliyə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:

    “Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

    Qeyd edirik ki, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir”.

  • В Азербайджане похитивший девушку мужчина найден мертвым в багажнике автомобиля

    В Евлахском районе похитивший девушку мужчина найден мертвым в багажнике автомобиля.

    Как сообщает Report, ранее женатый Азер Гулиев (1988 г.р.) похитил Н.Ш. (1996 г.р., имя и фамилия условные – ред.), с которой он состоял в любовных отношениях.

    Вчера братья девушки приехали за сестрой в поселок Гобу Абшеронского района.

    Там они избили Азера Гулиева, затем связали ему руки и ноги веревкой и привезли в багажнике автомобиля в город Евлах.

    Когда в Евлахе Азера Гулиева достали из багажника автомобиля, выяснилось, что он мертв.

    По данному факту возбуждено уголовное дело, подозреваемые в совершении преступления задержаны.

  • Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı

    Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

    “Report”un xəbərinə görə, bir müddət əvvəl evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.

    Ötən gün qızın qardaşları bacıların arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

    Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

    Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib.

    Bu haqda AFAD məlumat yayıb.

    Bildirilib ki, episentri Malatyanın Doğanşehir rayonu olan zəlzələ yerli saatla 20:20-də qeydə alınıb.

    Zəlzələnin 9,75 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

  • Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı

    Avstriya Elmlər Akademiyasının Avstriya Arxeologiya İnstitutunun tədqiqatçıları İtaliyanın Akviley şəhərində erkən xristian bazilikasını aşkar ediblər.

    Median.Az bu barədə “Interesting Engineering”ə istinadən xəbər verir.

    Arxeoloqlar iddia edirlər ki, onun kəşfi daha böyük Bizans tikinti proqramını nümayiş etdirə bilər.

    Eramızdan əvvəl 181-ci ildə Roma hərbi koloniyası kimi qurulan Aquileia strateji cəhətdən Kəhrəba yolunun son nöqtəsində və müasir Avstriya olan Norikum əyalətinə gedən yol boyunca yerləşir. Bura 1998-ci ildə UNESCO-nnu Ümumdünya İrsi Siyasına salınıb.

    Arxeoloqlar Aquileianın qərbində, Via Annia yaxınlığındakı ərazidə dərin tədqiqatlar aparıb: bunlara geofiziki ölçmələr və geoarxeoloji qazma işləri daxildir. Nəticə IV əsrə aid kilsə binasının kəşfi olub və o, transepti olan üç nefli bazilikadır

    Arxeoloq Stefan Qroç deyib: “Bu bazilika Aquileiada onilliklər ərzində aparılan intensiv arxeoloji tədqiqatlar nəticəsində yaxınlarda aşkar edilmiş ilk böyük binadır. Memarlıq Misir, Türkiyə və Balkanlarda rast gəlinən Şərqi Roma İmperiyası ilə heyrətamiz paralellər göstərir”.

    Ehtimal ki, bura VI əsrin birinci yarısında İmperator I Yustinian dövründə üç apsisli əhəmiyyətli bir binaya çevrilib.

    Alim bildirib ki, transepsiyalı və apsisli bazilikalara Misirdən tutmuş Yaxın Şərqə qədər bütün Şərqi Roma İmperiyasında, o cümlədən Bethlehem, Türkiyənin cənub-qərbində Likiya sahilləri və Albaniyanın Durres bölgəsində Balkan bölgəsində, hətta Yuxarı Adriatik dağlara qədər də rast gəlinir.

    Qeyd edək ki, bazilika çox güman təkcə dini bina kimi deyil, həm də I Yustinianın Yuxarı İtaliyanı fəth etməsinin simvolu kimi xidmət edib. Konstantinopol və Qüdsə doğru cənub-şərqə baxan bina Arian Qotlarının qovulmasına cavab olaraq görülür.

    Təxminən 1500 il əvvəl Aquileia şəhəri İtaliyanın ən məşhur şəhərlərindən biri idi. Eramızdan əvvəl 181-ci ildə hərbi düşərgə kimi əsası qoyulub, strateji baxımdan sahilə yaxın və müasir Avstriyanın Norikum əyalətinə aparan yolun kənarında yerləşirdi.

    Məqalədə deyilir ki, bazilika katolik inancını bərpa etmək üçün tikilmiş ola bilər. Bu, xristian bidətçilərinin təsiri altına düşmüş bir ərazidə tapılıb. Lakin şəhər Atilla tərəfindən talan edildikdən sonra heç vaxt öz sərvətini geri qaytara bilməyib, ancaq bir şəkildə bu günə qədər yaşaya bilib.

    “Bu binanın indiki fasadı əslində XI əsrdə tikilib, ona görə də Aquileianı mühasirəyə alan işğalçıların əli ilə məhv olmaqdan xilas olub və ehtimal ki, VI əsrin ikinci yarısında onun bazilikası zədələnib”, deyə məlumatda qeyd edilir.

    Bina haqqında danışan Qroç qeyd edib ki, bu qədim geosiyasi quruculuq tədbirlərinin təsiri hətta bölgəyə də keçib. Bunu Avstriyanın Holz şəhərindəki Müqəddəs Pyotr kəndindəki Teurnius Yepiskop kilsəsi sübut edir. Eramızın VI əsrində yenidən qurulan bu kilsə, Aquileiadaki yeni bazilika ilə eyni plan əsasında inşa edilib.
    //qaynar.az

  • Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı

    Bakıda aktrisanın şikayəti əsasında xanım bəstəkar-prodüser saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş bəstəkar-prodüser Ləman A. adlı xanıma Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, Ləman A.-ya cinayət işi aktrisa Nurəngiz Quliyevanın şikayəti əsasında açılıb.

    Belə ki, Ləman zərərçəkmiş qadınını 5 min manata Bakı şəhərində fəaliyyət göstərən teatrların birinə aktrisa vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib. Nurəngiz Quliyeva ona 2 min manat verib və qalan 3 min manatı işə düzəldikdən sonra ödəyəcəyini deyib.

    Üzərindən xeyli müddət keçdikdən sonra teatra işə düzəlməyən Nurəngiz Quliyeva təqsirləndirilən xanımdan 2 min manatını tələb edib.

    Məhkəmənin qərarı ilə Ləman A.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs qarşısında Sumqayıtda yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.

  • 3 milyon il ərzində formalaşmış planet tapıldı – Yerdən 520 işıq ili uzaqda…

    Şimali Karolina Universitetinin amerikalı astronomları Yerdən təxminən 520 işıq ili uzaqlıqda yerləşən qeyri-adi gənc ekzoplanet kəşf ediblər. Onun özəlliyi sürətli formalaşmasıdır ki, bu da cəmi 3 milyon il çəkib. Müqayisə üçün qeyd edək ki, Yerin qaz və tozdan planetə çevrilməsi 10-20 milyon il davam edib.

    Araşdırma “Nature” elmi jurnalında dərc olunub.

    Müşahidələr göstərir ki, yeni planet narıncı cırtdanın ətrafında fırlanır. Onun kütləsi Günəşimizin kütləsindən 30% az, parlaqlığı isə az qala yarısı qədərdirə

    Kəşf edilən planetə IRAS 04125+2902 b adı verilib. O, Yerdən 11 dəfə böyükdür və kütləsi Yer və Neptun kütlələri arasındadır. Astronomlar qeyd ediblər ki, IRAS 04125 planetimizlə müqayisədə daha az sıxlığa malikdir. Obyektin kimyəvi tərkibi hələ də məlum deyil.

    Tədqiqatçıların fikrincə, IRAS 04125-in protoplanetar diskdən əmələ gəlmə sürətinin yüksək olması planetin öz ulduzundan uzaqda formalaşması və daha sonra ulduza yaxınlaşaraq miqrasiya etməsi ilə bağlı ola bilər.

    Ulduzların yaxınlığında dünyaların yaradılması prosesləri protoplanetar diskin materialının – qaz və toz halqasının tədricən planetə çevrilməsi səbəbindən mürəkkəbləşir.

    Alimlər əlavə ediblər ki, IRAS 04125-in kəşfi gənc planeti müşahidə etmək imkanı yaradır. Əvvəllər belə planetlərin kəşfi qeyri-mümkün hesab olunurdu.
    //qaynar.az