Month: November 2024

  • Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar – DETALLAR

    Aralarından vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

    Cinayət işi ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    İstintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan vətəndaşları – “Karvan 313” və “Tvins” məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Elmir Məmmədov, Turab Nəsirov, Vasif Abıyev və Elçin Şabanova Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (qanunsuz hərəkətlərə görə rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Rövşən İbrahimova isə müvafiq olaraq həmin Məcəllənin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3, 213-1.4-cü (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və digər maddələri ilə yekun ittiham elan edilib.

    Təqsirləndirilən şəxslərdən Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barələrində məhkəmənin qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

    Bundan başqa, “Karvan 313” və “Tvins” MMC-lər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq – QİYMƏTLƏR

    Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 8 min 939 ton 740 kiloqram təzə və ya soyudulmuş badımcan gətirilib.

    Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul alışına 4 milyon 472 min 370 ABŞ dolları vəsait xərclənib. İdxal olunan badımcanın bir kiloqramının orta gömrük qiyməti 50 sent (85 qəpik) təşkil edib.

    Bu dövrdə Azərbaycandan xarici ölkələrə 83 ton 480 kiloqram badımcan satılıb. Bu miqdarda məhsul satışından əldə olunan gəlir 89 min 670 dollar olub. İxrac olunan badımcanın bir kiloqramının orta qiyməti 1,07 dollar (1,82 manat) təşkil edib.

    Hesablamalardan da göründüyü kimi xaricə satılan badımcanın bir kiloqramının orta qiyməti xaricdən alınan badımcanın qiymətindən 0,97 qəpik və ya 2,14 dəfə baha satılır.

  • Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq

    Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

    Konsert noyabrın 26-da saat 18:00-da Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək.

    Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri iştirak edəcək.

    Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilub. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.

    Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.

  • İranda din xadimi beş il azadlıqdan məhrum edilib

    İran ruhanilər məhkəməsi Sistan və Bəlucistan əyalətinin Rask bölgəsinin imam cüməsi Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi beş il azadlıqdan məhrum edib.

    Bu barədə onun oğlu Mövləvi Abdul Qafar Nəkşbəndi bildirib.

    Məlumata görə, o, cümə xütbələri zamanı İslam Respublikasına qarşı “yalan yaymaqda” ittiham olunub.

    Mövləvi Fəthi Məhəmməd Nəkşbəndi əyalətin sünni icmasının aparıcı din xadimlərindən sayılır.

  • “Real”ın ulduz futbolçusu zədələnib

    İspaniyanın “Real” klubunun ulduz futbolçusu Vinisius Junior zədələnib.

    “Report” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

    Tibbi müayinələrdən sonra 24 yaşlı vingerin sol ayağının bud sümüyündə problem aşkarlanıb.

    Onun nə vaxtadək yaşıl meydanlardan kənarda qalacağı açıqlanmayıb.

    Qeyd edək ki, “Real” ötən gün La Liqanın XIV turunda səfərdə “Leqanes”i üç cavabsız qolla üstələyib. Vinisius Junior bu görüşdə sonadək meydanda olub.

  • Депутат предложил увеличить лимит потребления газа для жителей Нахчывана

    Депутат Сиявуш Новрузов предложил увеличить лимит потребления природного газа для жителей Нахчыванской Автономной Республики.

    Выступая на заседании Милли Меджлиса, он отметил, что из-за долгих и суровых зим в Нахчыване действующий лимит газа не покрывает потребности населения.

    Депутат также поднял вопрос, касающийся выделения средств на социальные проекты в Нахчыване. По его мнению, финансирование следует осуществлять на основе конкретных проектов.

    Кроме того, Новрузов предложил пересмотреть и увеличить размер компенсации на аренду жилья для военнослужащих, учителей, врачей и инженеров, подчеркнув необходимость рассмотрения этого вопроса Кабинетом министров.

    Напомним, что в октябре 2021 года Тарифный совет принял решение о регулировании цен на природный газ. Для населения тарифы на объем до 1 200 кубометров установлены в размере 12 гяпиков, а тарифы для потребления в 1 200-2 500 кубометров и свыше 2 500 кубометров – 20 и 25 гяпиков соответственно.

  • Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub

    Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

    Belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib

    O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.

    Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

    S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqlarının ödənilməsi üçün kompensasiya məbləğinin artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

    Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

    Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.

  • İran SWIFT sistemini ACUMER-lə əvəzləyib

    İran SWIFT (“Society for Worldwide Interbank Financial Telecommunication” – Dünya miqyasında banklararası maliyyə kommunikasiyaları icması) sistemini ACUMER maliyyə mübadilə sistemi ilə əvəzləyib.

    Bu barədə Mərkəzi Bankın rəhbəri Məhəmməd Reza Fərzin bildirib.

    Məlumata görə, Rusiya ilə ikitərəfli valyuta müqaviləsi bağlanıb. Anlaşmaya əsasən, tərəflər arasında dollar ödənişlərdən tamamilə çıxarılıb, əvəzedici kimi tümən və rubl dövriyyəyə buraxılıb. ACUMER sistemi Hindistan, Pakistan və Asiya Klirinq (Klirinq – qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemi) İttifaqına daxil olan başqa ölkələrlə əməkdaşlıq etməyə imkan verir.

    M. Fərzin qeyd edib ki, son iki ildə bank şəbəkəsinə kiberhücumlar tez-tez baş verir: “Bu, onun sabitliyinin gücləndirilməsini tələb edir. Müəyyən tədbirlər görülsə də, hələ ki, bunlar kifayət deyil”.
    //report

  • Dünyanın ən yaşlı futbolçusu vəfat edib

    Dünyanın ən yaşlı futbolçusu olan Qrem Beyli vəfat edib.

    İngiltərənin “Şeffild Yunayted” və “Haddersfayld” klublarının keçmiş müdafiəçi 104 yaşında ölüb.

    Qeyd edək ki, Q.Beyli peşəkar karyerasına 1937-ci ildə, 17 yaşında olarkən “Haddersfild”də başlayıb. Keçmiş müdafiəçi 1948-ci ildə “Şeffild Yunayted”ə transfer olunub. O, 1950-ci ildə futbolçu karyerasını bitirib.

  • Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var

    Lənkəran rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

    Hadisə köhnə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı xəsarət alan Masallı rayonunun Çayqırağı kənd sakini, 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, onun həmkəndlisi, 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.