Month: November 2024

  • На освобожденных территориях за прошлую неделю обезврежено 213 мин

    На освобожденных территориях Азербайджана с 18 по 24 ноября обнаружены и обезврежены 10 противотанковых, 203 противопехотные мины и 862 неразорвавшихся боеприпаса (НРБ).

    Об этом говорится в еженедельном отчете Агентства Азербайджана по разминированию (ANAMA).

    В течение прошлой недели от мин очищена территория площадью 1 457,4 га.

    Операции по разминированию проводились ANAMA, Министерством обороны, Министерством по чрезвычайным ситуациям, Государственной пограничной службой, а также четырьмя частными компаниями в Тертере, Агдере, Кяльбаджаре, Агдаме, Ходжалы, Ханкенди, Шуше, Ходжавенде, Лачыне, Физули, Джебраиле, Губадлы и Зангилане.

  • Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə noyabrın 18-dən 24-dək 10 tank əleyhinə mina, 203 piyada əleyhinə mina, 862 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 1 457,4 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

  • Песков: Путин многократно подтверждал готовность к мирному процессу по Украине

    Президент России Владимир Путин многократно подтверждал свою готовность к мирному процессу по Украине.

    Как сообщает Median.Az со ссылкой на ТАСС об этом заявил пресс-секретарь Кремля Дмитрий Песков.

    “Вы знаете, что [российский] президент неоднократно подтверждал свою готовность к мирному процессу”, – отметил Песков, комментируя информацию о том, что команда избранного президента США Дональда Трампа намерена уже в этом году работать над урегулированием российско-украинского конфликта.

  • Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib

    Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

    “Bilirsiniz ki, Rusiya Prezidenti sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib”, – D.Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasının bu il Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləmək niyyətində olması barədə məlumatı şərh edərkən bildirib.

  • Политика Экономика COP29 Общество Спорт Культура В мире Аналитика Мультимедиа Парламент Грузии признал полномочия всех 150 депутатов

    Парламент Грузии признал полномочия всех 150 депутатов.

    Об этом передает грузинское бюро Report.

    “За” проголосовали 88 членов правящей “Грузинской мечты”, которые затем приняли присягу на верность стране, подписали текст клятвы и исполнили гимн страны. Основатель и почетный председатель правящей партии “Грузинская мечта – Демократическая Грузия” Бидзина Иванишвили присутствует на первом заседании парламента Грузии XI созыва.

    Оппозиции на заседании не было, так как она не признает результаты выборов.

    Отметим, что для приобретения новым парламентом полномочий нужно было признание полномочий 2/3 полного состава членов законодательного органа. По закону, могут быть признаны полномочия и тех избранных депутатов, которые отказываются признавать результаты парламентских выборов и утверждают, что не намерены работать в новом парламенте.

  • Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb

    Bu gün Gürcüstan parlamentinin XI çağırışının deputatları səlahiyyətlərini qəbul ediblər.

    “Report”un yerli bürosu xəbər verir ki, müvəqqəti Mandat Komissiyası seçilən 150 deputatın sənədlərinin qaydasında olduğunu təsdiqləyib.

    Komissiya yekun siyahını təqdim etdikdən sonra səlahiyyətlərin tanınması üçün səsvermə keçirilib. “Gürcü Arzusu” partiyasının 88 deputatı parlamentin 150 deputatının səlahiyyətlərini tanıyıb.

    Səlahiyyətlərin tanınmasından sonra “Gürcü Arzusu” partiyasının deputatları vətənə sadiqlik andı içiblər. Daha sonra deputatlar and mətnini imzalayıblar.

    Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyası keçirilir. İclasa yaşca ən böyük deputat, hakim “Gürcü Arzusu” partiyasının nümayəndəsi Lado Xaxadze rəhbərlik edir.

    Sessiya zalında yalnız “Gürcü Arzusu” partiyasının seçilmiş deputatları iştirak edir, bunlar arasında partiyanın lideri Bidzina İvanişvili də var. Ümumilikdə, parlamentin 88 deputatı qeydiyyatdan keçib. İclasa yalnız dövlət orqanlarının rəhbərləri və ruhaniyyət dəvət edilib.

  • Завтра в Азербайджане ожидаются дожди

    26 ноября в Азербайджане ожидается дождливая погода.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове ожидаются дожди, временами ливни. В отдельных местах полуострова вероятны грозы. Днем ожидается перерыв в осадках. Будет преобладать умеренный северо-западный ветер.

    Температура воздуха ночью составит 7-10°, днем 11-13° тепла. Атмосферное давление – 763 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 80-90%, днем 70-80%.

    В районах Азербайджана завтра также ожидаются осадки и грозы. В отдельных местах осадки будут интенсивными, с ливневым характером, в горных районах возможен снегопад. Западный ветер будет периодически усиливаться в отдельных местах.

    Температура воздуха ночью составит 4-8°, днем 10-15° тепла, в горах ночью от 2° мороза до 3° тепла, днем 3-6° тепла.

  • Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

    Azərbaycanda noyabrın 26-da havanın yağıntılı keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

  • Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb

    Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, əməliyyat nəticəsində PKK /YPG terror təşkilatının 7 üzvü öldürülüb.

    Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.

  • Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib

    Aralarından vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd edilib ki, qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    Bildirilib ki, istintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan vətəndaşları – “Karvan 313” və “Tvins” məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib.

    Təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına şübhələr müəyyən edilib. Həmçinin Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr görülüb.

    Toplanmış sübutlar əsasında Elmir Məmmədov, Turab Nəsirov, Vasif Abıyev və Elçin Şabanova Cinayət Məcəlləsinin müvafiq olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz hərəkətlərə görə rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə yekun ittiham edilib.

    Həmçinin Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Rövşən İbrahimova isə müvafiq olaraq həmin Məcəllənin mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı və digər maddələri ilə yekun ittiham irəli sürülüb.

    Təqsirləndirilən şəxslərdən Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barələrində məhkəmənin qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib. Şener Bilgi barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

    Bundan başqa, “Karvan 313” və “Tvins” MMC-lər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.