Month: November 2024

  • Azərbaycanda həkim vəfat etdi

    Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya şöbəsinin elmi rəhbəri vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat verilib.

    Bildirilib ki, elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya şöbəsinin elmi rəhbəri, tibb üzrə fəlsəfə doktoru həkim nevroloq Leyla Nuriyeva dünyasını dəyişib.

  • İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi

    Paytaxtda şirkətin 8 milyon manatdan çox vəsaitini mənimsəməkdə təqsirləndirilən türkiyəli iş adamı Mehmet Şahanın cinayət işi üzrə məhkəmə istintaql yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənin 13 il azadlıqdan məhrum edilməsini istəyib.

    Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.

    Qeyd edək ki, sözügedən cinayət işinin məhkəmə istintaqı 2022-ci ildən davam edir.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

    Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Арестован военный эксперт Адалят Вердиев

    Арестован военный эксперт Адалят Вердиев, обвиняемый в разглашении сведений, составляющих государственную тайну.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу Генеральной прокуратуры Азербайджанской Республики (АР).

    Было отмечено, что структурами прокуратуры совместно с другими правоохранительными органами регулярно принимаются меры по противодействию распространению информации, составляющей государственную тайну, а также запрещенных законодательством данным в средствах массовой информации (СМИ) и интернет-ресурсах. Как продолжение этих мер, в ходе мониторинга, проведенного в СМИ и на интернет-ресурсах 22 ноября текущего года, было установлено, что военный эксперт по специальным полномочиям Адалят Вердиев, занимающий должность начальника штаба гражданской обороны юридического лица публичного права “Центр общественного здравоохранения и реформ” Министерства здравоохранения АР, прошедший военную службу в качестве квалифицированного офицера в Вооруженных силах Азербайджанской Республики, нанес значительный ущерб интересам, обеспечивающим государственную безопасность и обороноспособность, с тяжкими последствиями.

    По данному факту возбуждено уголовное дело, проведение предварительного расследования поручено следственному управлению Генпрокуратуры.

    Следствием установлено, что Адалят Вердиев, участвовавший в качестве военного эксперта в организованном 22 ноября медиатуре на освобожденные от оккупации территории АР, после проведения видеосъемки с демонстрацией высот, на которых расположены боевые пункты Вооруженных сил Азербайджанской Республики, мест дислокации пограничных войск, их координат и условий проведения операции, опубликовал указанные кадры с комментариями в своем аккаунте в социальной сети, тем самым распространив их среди неопределенного числа пользователей. В связи с этим возникли обоснованные подозрения, что, используя свои служебные полномочия, он нанес серьезный ущерб охраняемым законом интересам АР, обеспечивающим безопасность и обороноспособность государства.

    На основании собранных доказательств А.Вердиев был привлечен к ответственности в качестве обвиняемого по статьям 284.1 (разглашение государственной тайны) и 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия) Уголовного кодекса АР на основании ходатайства следователя и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием. Решением Бинагадинского районного суда в его отношении избрана мера пресечения в виде ареста.

    Предварительное расследование по уголовному делу продолжается, будет обеспечено привлечение к ответственности лиц, виновных по делу, и предоставление дополнительной информации общественности., отметили в надзорном ведомстве.

  • Hərbi ekspert Ədalət Verdiyev həbs edilib

    Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert həbs edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə birgə dövlət sirri təşkil edən məlumatların, habelə paylaşılması qanunvericiliklə qadağan edilən informasiyaların media subyektləri və internet resurslarında yayılması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür. Bu tədbirlərin davamı kimi, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

    Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

    İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, iş üzrə təqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.

  • Экс-депутат предстанет перед судом

    На бывшего депутата Милли Меджлиса Азербайджана Владимира Тимошенко подали в суд.

    Как сообщает modern.az со ссылкой на “Электронный судебный портал”, ОАО “Азеристиликтеджхизат” обратилось в суд по поводу генерал-майора в отставке.

    Дело будет рассматриваться в Наримановском районном суде под председательством судьи Мехрибан Эфендизаде.

    Согласно информации, причиной обращения организации в суд стал гараж В.Тимошенко. Так, ОАО “Азеристиликтеджхизат” заявило о незаконности гаража и потребовало от бывшего депутата предоставить документы на объект. Когда выяснилось, что документы не в порядке, от него потребовали снести гараж.

    81-летний В.Тимошенко родился в Киеве. Генерал-майор в отставке окончил факультет противовоздушной обороны Военно-политической академии в Москве. 26 ноября 1991 года он был включен в состав Национального совета Верховного совета Азербайджанской Республики.

    Владимир Тимошенко был избран депутатом от второго Насиминского избирательного округа №27 5 ноября 2000 года.

  • Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ – SƏBƏB

    Milli Məclisin sabiq deputatı Vladimir Timoşenko məhkəməyə verilib.

    Modern.az-ın “Elektron Məhkəmə Portalı”ndan əldə etdiyi məlumata görə, “Azəristiliktəchizat” ASC ehtiyatda olan general-mayor barədə məhkəməyə müraciət edib.

    İşə Nərimanov Rayon Məhkəməsində hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.

    Məlumata görə, qurumun məhkəməyə müraciət etməsinə səbəb Timoşenkonun qarajı olub. Belə ki, “Azəristiliktəchizat” ASC qarajın qanunsuz olduğunu bildirib və sabiq deputatdan obyektin sənədlərini təqdim etməsini tələb edib. Sənədlərin qaydasında olmadığı məlum olduqda isə ondan qarajın sökülməsi tələb olunub.

    81 yaşlı Timoşenko Kiyevdə anadan olub. Ehtiyatda olan general-mayor Moskvada Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

    Timoşenko 2000-ci il noyabrın 5-də 27 saylı Nəsimi ikinci seçki dairəsindən deputat seçilib.

  • Sabah Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq

    Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Xətai rayonunun Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə noyabrın 26-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir işləri aparılan müddətdə 8 Noyabr, Oksigen, Qədir Məmmədov, Altay Məmmədov, Qvardiya, Sadıqcan, Cavanşir və Ramiz Quliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В Огузском районе молодая женщина получила ожоги

    В селе Баян Огузского района молодая женщина пострадала при пожаре.

    Нармин Гусейнзаде (2001 г.р.) в результате пожара, произошедшего в ее доме, получила термические ожоги второй степени.

    По предварительной версии, причиной возгорания стала искра из печи.
    //oxu.az

  • Oğuzda gənc qadın yanıq xəsarətləri alıb

    Oğuzda gənc qadın yanıq xəsarətləri alıb.

    Hadisə Oğuz rayonunun Bayan kəndində qeydə alınıb.

    Belə ki, 2001-ci il təvəllüdlü Nərmin Şaiq qızı Hüseynzadə evlərində baş verən yanğın nəticəsində ikinci dərəcəli termiki yanıq xəsarətləri alıb.

    İlkin ehtimala görə, yanğın odun sobasından düşən qığılcımdan baş verib.
    //oxu.az

  • Муж-инвалид и мертворожденный ребенок: горькая история жизни девочки, насильно выданной замуж

    В одном из бедных сел Азербайджана девочка в 11 лет была насильно выдана замуж за двоюродного брата с согласия матери.

    Как сообщает Median.Az со ссылкой на публикацию главы общественного объединения помощи женщинам “Чистый мир” Мехрибан Зейналовой, основной причиной этого брака стала нищета семьи, а родственник, за которого девочку выдали замуж, к тому же еще и инвалид.

    “Девочка никогда не ходила в школу, с малых лет ее жизнь была полна тяжелого труда. Из-за малолетнего возраста ее не водили к врачам и не следили за здоровьем. Когда ей стало плохо, наконец, обратились к медикам. Врачи обнаружили, что ребенок в утробе мертв. В результате искусственных родов девочка произвела на свет мертвого ребенка. Но на этом ее беды не закончились – всего через месяц после родов она снова забеременела.

    Окружающие обвиняли девочку в смерти ребенка, что морально уничтожало ее. В 14 лет девочка родила второго ребенка в домашних условиях. Тяжелые условия жизни и бесчеловечное давление еще больше отвратили ее от жизни. С прошлого года она живет отдельно от своего слепого мужа, но официально они все еще в браке, который был зарегистрирован по достижении девушкой 18 лет.

    Муж старше девочки на 10 лет, но мать вместо того, чтобы защитить дочь, дала согласие на этот брак. Эта горькая жизненная история, к сожалению, все еще продолжается. Девочка потеряла детство, но так и не смогла побыть ни ребенком, ни почувствовать, что значит жить как человек. Сейчас она находится в приюте объединения “Чистый мир”, – поделилась историей Мехрибан Зейналова.

    Как сообщили Oxu.Az в Министерстве внутренних дел, ведомство начало расследование по факту принудительного замужества девочки. О результатах расследования будет предоставлена подробная информация.
    //oxu.az