Month: November 2024

  • Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR (YENİLƏNİB)

    12 yaşına çatmamış məcburi ərə verilən qızın hazırda 23 yaşı var.

    Məlumata görə cənub zonasından olan həmin xanımın 14 yaşında ikinci hamiləlikdən dünyaya gətirdiyi oğlu isə doqquz yaşındadır.

    Anasından fərqli olaraq oğlu məktəbə gedir. Çünki anası onun təhsilsiz olmasını istəmir.

    Onu da öyrəndik ki, 11 yaşında ərə gedən xanımın hazırda heç bir sənəti və bacarığı yoxdur. Anası onu zorla öz bacısı oğluna ərə verib. Həmçinin anası öz qızını boşanmaq fikrinə düşdüyü üçün bacısı ilə düşmən etməkdə də ittiham edib. Boşanma məsələsində isə son qərar qəbul edilməyib. Qız boşanmaq istəsə də, məsələ açıq formada qalıb. Xanım hazırda övladı ilə birlikdə Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindədir.

    * * * * * *

    Kasıb ailədə böyüyən və məktəbə getməyən qızın 12 yaşına çatmamış məcburi ərə verilməsi məsələsi ilə bağlı araşdırmalara başlanılıb.

    Bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.

    * * * * *

    Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşına çatmamış məcburi ərə verilib.

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün “Facebook” hesabında azyaşlının acı hekayəsini paylaşıb:

    “Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.

    Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir”.

    Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci övladını dünyaya gətirib:

    “Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirib, amma nə uşaq ola bilib, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilib”.

    Mehriban Zeynalova hazırda sözügedən qızın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildiyini deyib.

  • Стала известна причина убийства жителем Агдашского района своего брата (ОБНОВЛЕНО)

    Стали известны некоторые подробности убийства в Агдашском районе местным жителем своего брата.

    Причиной инцидента стал имущественный спор.

    По информации, в семье, состоявшей из 7 человек, никто из братьев и сестер не состоял в браке.

    * * * * *

    В Агдашском районе произошло убийство.

    Как сообщает lent.az, местный житель Галиб Мусаев (1977 г.р.) в своем доме ударил ножом брата Мирмехди Мусаева (1975 г.р.) на почве возникшего между ними конфликта.

    Последний скончался от полученного ножевого ранения в область живота.

    Г.Мусаев задержан в качестве подозреваемого и привлечен к следствию.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело, ведется расследование.

  • Azərbaycanda qardaşın qardaşı öldürməsinin SƏBƏBİ MƏLUM OLDU (YENİLƏNİB)

    Azərbaycanda kişinin qardaşını öldürməsinin bəzi detalları məlum olub.

    Hadisəyə səbəb mülk mübahisəsi olub.

    Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.

    * * * * *

    Ağdaşda qətl törədilib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

    Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

    Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

  • Азербайджан ограничил ввоз мясной продукции из некоторых регионов

    Азербайджан, на основе официальной информации Всемирной организации здоровья животных (WOAH), ограничил импорт в страну мясной продукции из некоторых регионов Палестины, Франции, Германии, США и Алжира.

    Информацию распространило Агентство продовольственной безопасности Азербайджана (АПБА).

    По данным агентства, в палестинских провинциях Рамалла и Эль-Бире зафиксирован ящур, во французском регионе Корсики и немецком Берлине – блютанг, в алжирских провинциях Алжир, Типаза, Эль-Тарф, Бордж-Бу-Арреридж, Сетиф, Тебесса, Скикда – нодулярный дерматит, а в американском штате Иллинойс – высокопатогенный птичий грипп.

    Учитывая принцип зонирования для защиты территории республики от указанных инфекционных заболеваний, в соответствии с “Кодексом здоровья наземных животных” WOAH, ввоз и транзитная перевозка ряда животных и птиц, а также мясной продукции из указанных регионов временно ограничены.

    В целях усиления мер контроля Государственному таможенному комитету также поручено принять соответствующие меры в отношении транспортных средств, следующих из указанных административно-территориальных единиц.

  • Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu

    Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    “Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Bununla yanaşı Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına da müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub”, – AQTA-nın məlumatında qeyd edilib.

  • В Баку на маршрутные линии выпущено 160 электробусов

    С сегодняшнего дня 160 электробусов начали курсировать по регулярным маршрутам.

    Об этом сообщили в пресс-службе ООО BakuBus.

    Было отмечено, что введенные в эксплуатацию в рамках мероприятия COP29 автобусы теперь будут обслуживать пассажиров на маршрутных линиях BakuBus.

    Для эксплуатации электробусов также создана специальная гаражная инфраструктура, отвечающая современным стандартам. Гараж оснащен всеми необходимыми условиями для предоставления пассажирам высококачественного обслуживания.

    “С сегодняшнего дня электробусы BYD начали работу на маршрутах №1, 5, 14, 21 и 88А.

    Электробусы оснащены технологией нулевых выбросов, что вносит важный вклад в защиту окружающей среды. Кроме того, автобусы оборудованы новейшими технологиями для повышения уровня комфорта пассажиров”, – говорится в сообщении.

  • Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

    Bu gündən etibarən elektrik mühərrikli 160 ədəd avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.

    Bu barədə “BakuBus” MMC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq “BakuBus”ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.

    Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunub.

    “Bu gündən etibarən 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb. Bu avtobuslar müasir qarajdan xəttə buraxılır və sərnişinlərə xidmət göstərir.

    Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”, – məlumatda qeyd olunub.

  • У Мадагаскара опрокинулись два судна: погибли 24 человека

    У берегов Мадагаскара опрокинулись два судна с сомалийцами, погибли 24 человека.

    Об этом сообщило агентство Assotiated Press.

    “24 человека погибли после того, как две лодки перевернулись у побережья Мадагаскара в Индийском океане, сообщило правительство Сомали”, – говорится в публикации.

    Уточняется, что удалось спасти 46 человек. Точный пункт назначения судов остается неизвестным. Специалисты занимаются расследованием и устанавливают все обстоятельства произошедшего.

  • Madaqaskar sahillərində iki gəmi çevrildi: 20-dən çox insan həlak oldu

    Madaqaskar sahillərində göyərtəsində Somali sakinlərinin olduğu iki gəminin çevrilməsi nəticəsində 24 nəfər həlak olub.

    Median.Az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

    “Hind okeanının Madaqaskar sahillərində iki qayığın çevrilməsindən sonra 24 nəfər həlak olub”, – Somali hökuməti bildirib.

    46 nəfərin xilas edildiyi qeyd olunur. Gəmilərin dəqiq təyinat məntəqəsi hələ də məlum deyil. Mütəxəssislər hadisənin bütün təfərrüatını araşdırırlar.

  • ЦБА выдал лицензию на банковскую деятельность почтовому филиалу в Ханкенди

    Центральный банк Азербайджана (ЦБА) выдал лицензию на осуществление банковской деятельности филиалу “Азерпочт” в городе Ханкенди.

    Об этом сообщили в ЦБА.

    Таким образом, количество почтовых филиалов в Азербайджане, получивших банковскую лицензию, достигло 38.

    Филиал в Ханкенди стал первым на освобожденных от оккупации территориях, получившим подобную лицензию. Объект расположен по адресу: город Ханкенди, улица Исмета Гайыбова, 30.

    Лицензия была выдана 18 ноября.