Month: November 2024

  • AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

    Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib.

    “Report” bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.

  • Bədənin qışdan əvvəl hansı vitaminlərə ehtiyacı var?

    Payızda bir çox insan orqanizmdə vitamin çatışmazlığını doldurmalıdır. Bu mövsümdə insana əsas lazım olan D və C vitaminləridir.

    Bu barədə gazeta.ru məlumat yayıb.

    Məlumdur, sümüklər təkcə kalsiumla deyil, həm də K vitaminləri ilə möhkəmlənir. Onlar osteokalsin sintezində iştirak edirlər. Bu, sümük mineralizasiyasından məsul olan zülaldır.

    Belə ki, ispanaq, kələm, qulançar, cəfəri, lobya, noxud və yerkökü yemək məsləhətdir. Həmçinin qaragilə, qarğıdalı, raps və zeytun yağları qida rasionunda mühüm yer tutmalıdır. Bundan başqa, qida rasionuna dana qaraciyəri, avokado, mal əti və süd məhsulları daxil etmək məsləhətdir.

  • СМИ: В Индонезии началось извержение вулкана Дуконо

    Вулкан Дуконо на индонезийском острове Хальмахера стал извергаться и выбросил столб пепла на высоту 3 000 м.

    Об этом сообщило агентство Antara.

    Согласно информации, экстренные службы страны зафиксировали серию толчков на вулкане, высота которого составляет 1 335 м над уровнем моря. Власти призвали местных жителей не посещать зону в радиусе 3 км от вершины Дуконо и носить маски во время нахождения на открытом воздухе. Это необходимо, чтобы защитить дыхательные пути от попадания вулканического пепла.

    На территории Индонезии находятся почти 130 активных вулканов. В начале ноября произошло извержение вулкана Левотоби на острове Флорес, из-за него было эвакуировано более 10 000 местных жителей, 9 человек погибли.

    Ранее в воскресенье власти страны предупредили о всплеске активности вулкана Карангетанг острове Сиву, в результате которой возможен сход с его вершины мощных пирокластических потоков – смесей высокотемпературных вулканических газов, пепла и обломков пород, образующихся при извержении.

  • İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb

    İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və kül sütunu 3 min metr hündürlüyə qalxıb.

    Bu barədə “Antara” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, ölkənin fövqəladə hallar xidmətləri dəniz səviyyəsindən 1335 m yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb. Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən əraziyə getməməyə və açıq havada olarkən maska taxmağa çağırıb. Bu, tənəffüs yollarını vulkanik küldən qorumaq üçün lazımdır.

    Xatırladaq ki, səhər saatlarında ölkə hakimiyyəti Sivu adasındakı Karanqetanq vulkanında aktivliyin artması barədə xəbərdarlıq edib.

  • ГНС оштрафовала еще 258 налогоплательщиков за операции “с карты на карту”

    Государственная налоговая служба (ГНС) при Министерстве экономики Азербайджана применила финансовые санкции к еще 258 налогоплательщикам, занятым в сфере общественного питания и розничной торговли в Баку.

    Об этом Median.Az сообщает со ссылкой на информацию ГНС.

    Ведомство продолжает проводить контрольные мероприятия, чтобы пресечь случаи проведения безналичных платежей в объектах розничной торговли и общепита путем перевода с карты на карту (card to card), а не через POS-терминалы. За последние дни в ходе проверок в Баку были выявлены факты нарушений в 258 таких объектах. Нарушения задокументированы, применены соответствующие финансовые санкции. Также в ходе проверок установлено около 40 случаев отсутствия POS-терминалов у субъектов предпринимательства. В отношении них составлены протоколы и приняты решения о применении финансовых санкций.

    Отметим, что за неустановку POS-терминалов или отказ принимать безналичную оплату через них в течение календарного года предусмотрены крупные финансовые санкции: при первом нарушении – 1 000 манатов, при втором – 3 000 манатов, при трех и более нарушениях – 6 000 манатов.

    “Прием безналичных средств должен осуществляться только через POS-терминалы. При этом гражданам наряду с чеком POS-терминала должен предоставляться и чек контрольно-кассового аппарата. Установка POS-терминалов в соответствии с законом “О защите прав потребителей” и создание возможности для потребителей осуществлять электронные платежи согласно закону “Об электронной торговле” относятся к прямым обязанностям налогоплательщиков”, – говорится в сообщении.

  • “Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 258 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, istifadəsi məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirilir.

    Nəzarət tədbirləri nəticəsində indiyədək 258 pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradılması halları aşkarlanıb. Həmçinin araşdırmalar zamanı 40-a yaxın sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

    Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

    “Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.

  • В Баку восстановлена деятельность всех маршрутных автобусов

    С сегодняшнего дня восстановлена деятельность всех автобусных маршрутов, которые ранее были изменены или движение по которым было приостановлено в связи с проведением в Баку международной климатической конференции COP29.

    Об этом Oxu.Аz сообщает со ссылкой на Агентство наземного транспорта Азербайджана.

    Напомним, что в дни проведения COP29 работа ряда маршрутных автобусов постепенно возобновлялась с целью обеспечения безопасной и бесперебойной перевозки участников мероприятия.

  • Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB

    Bu gündən COP29 tədbirinin keçirilməsi ilə bağlı hərəkət sxemi dəyişən və fəaliyyəti dayandırılan bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

    Qeyd edək ki, ölkədə keçirilən COP29 tədbiri ərəfəsində tədbir iştirakçılarının müntəzəm və təhlükəsiz daşınmasını həyata keçirmək üçün bir sıra marşrut avtobuslarının fəaliyyəti mərhələli şəkildə bərpa olunurdu.
    //oxu.az

  • Президент Ильхам Алиев поделился публикацией в связи с четвертой годовщиной освобождения Кельбаджара – ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев поделился в своих аккаунтах в социальных сетях публикацией по случаю четвертой годовщины освобождения Кельбаджара от армянской оккупации.

    Median.Az представляет данную публикацию:

  • İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım etdi – VİDEO

    Prezident İlham Əliyev Kəlbəcərin erməni işğalından azad edilməsinin dördüncü ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir: