Month: November 2024

  • Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı

    Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

    Belə ki, VAZ 2106 markalı avtomobil əvvəlcə yol kənarında dayanan bir neçə taksiyə toxunub və daha sonra şadlıq sarayının qarşısında dayanan toydan çıxan 4 nəfəri vurub.

    Həmin şəxslər Qaradağ sakini, 1989-cu il təvəllüdlü Xətai Sadıqov, Sabirabad sakini, 1993-cü il təvəllüdlü Cavidan Nəsirov, Şirvan sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Nəzərov və Hacıqabul sakini, 1987-ci il təvəllüdlü Seymur İsrəfilovdur.

    Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте скоропостижно скончалась беременная женщина

    В Сумгайыте зафиксирован случай внезапной смерти.

    Как сообщает Qafqazinfo, минувшим вечером в своем доме скоропостижно скончалась жительница города Х.Мусаева (1983 г.р.).

    По информации, женщина была беременна.

    Точная причина смерти пока неизвестна.

    По данному факту в Сумгайытской городской прокуратуре ведется расследование.

  • Sumqayıtda hamilə qadın qəfil öldü

    Sumqayıt sakini qəflətən vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, dünən axşam saatlarında şəhər sakini 1983-cü il təvəllüdlü X.Musayeva yaşadığı evdə qəfil ölüb.

    Onun bir neçə aylıq hamilə olduğu bildirilib.

    Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Növbəti il dövlət büdcəsinin prioritetləri AÇIQLANDI

    “Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar sayəsində Azərbaycan regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib”.

    APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

    Sədr bildirib ki, bu il iqtisadiyyatın əsas sektorlarında inkişaf müşahidə edilir: “Ölkəmiz yaşıl iqtisadiyyata keçidlə bağlı böyük layihələr həyata keçirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizdə əsas yerləri tutur. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir, əməkhaqqı və pensiyalar artırılır”.

    Sahibə Qafarova qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həddədir:

    “2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib”.

  • Президент Ильхам Алиев поздравил главу Боснии и Герцеговины

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо председателю Президиума Боснии и Герцеговины Желке Цвиянович по случаю Национального праздника этой страны.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу главы государства.

  • İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb.

    Mətndə deyilir:

    “Hörmətli xanım Sədr,

    Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.

    Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.

    İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • “Bu, Ukraynanın sonu deməkdir” – Zaxarova

    “Fransa Rusiyaya hücumla Ukrayananı bitirir”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

    Diplomat Fransa xarici işlər nazirinin Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı bəyanatlarını şərh edib:

    “Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onun sonu deməkdir”.

  • Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir

    Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası keçirilir.

    Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

    Tədbirin ilk günü COP29-un rəsmi açılış mərasimi olub. Sonra dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutub.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edib. Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edib.

    Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.
    ///Report.az

  • Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub

    Göygöl rayonunda bələdiyyə sədrinə məxusus olan “Alik” Firması barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

    Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Rza Camal oğlu olan firma barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.

    İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

    İş Göygöl rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatındadır.

    Qeyd edək ki, son ildə “Alik” Firması Göygöl İcra Hakimiyyətinin keçirdiyi onlarla tenderlərin qalibi olub. Şirkətin rəhbəri Rza Məmmədov Üçtəpə bələdiyyəsinin sədridir.

  • Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı

    Əfqanıstanın Berlindəki səfiri Yama Yari və Bonndakı baş konsul Səid Lüftullah Sadat Taliban tərəfindən geri çağırılıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri mənbələrə istinadən yazı.b

    Məlumata görə, ölkədə hakimiyyətə nəzarət edən hərəkatla diplomatlar arasında fikir ayrılığı olub. Taliban daha əvvəl Berlin və Bonndakı ofislərindən verilən viza və pasportları qəbul etməyəcəklərini açıqlamışdı. Münhendəki baş konsul isə vəzifəsini davam etdirir.

    Taliban bəyanatında sənədlərdə “məsləhətləşmədən” qəbul edilən “ixtiyari” qərarlardan bəhs edilir. Almaniya Xarici İşlər Nazirliyi Əfqanıstanın iki diplomatik missiyasının rəhbərlərinin işdən çıxarılması ilə bağlı məlumatlandırılıb.

    İki nümayəndəliyin idarəçiliyini müvəqqəti işlər vəkili adlandırılan şəxs öz üzərinə götürüb.

    “Biz faktiki Taliban rejimini Əfqanıstanın qanuni hökuməti hesab etmədiyimiz üçün onların təyin etdiyi diplomatları Almaniyaya akkreditasiya etməyəcəyik”, deyə Almaniya Xarici İşlər Nazirliyi bildirib.