Month: November 2024

  • Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib

    Əfqanıstanın şimalındakı Bəğlan əyalətində naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib.

    Bu barədə “Khaama press” portalı mənbələrə istinadən məlumat yayıb.

    “Mənbələr Bəğlan əyalətinin Nəhrin rayonunda naməlum silahlıların atəş açması nəticəsində 12 nəfərin həlak olduğunu bildiriblər”, – materialda deyilir.

    Portalın məlumatına görə, insident cümə axşamı axşam saatlarında baş verib. Qeyd olunub ki, bir qrup silahlı şəxs Seyid Padşah Ağa ziyarətgahına soxularaq namaz qılan müsəlmanları güllələyib.
    Hələlik heç bir ekstremist qrup bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

  • Cəlilabadda su bəndi yenidən qurulur

    Cəlilabad rayonunda Sarıqaya su bəndində yenidənqurma işləri aparılır.

    Bu barədə Cəlilabad rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.

    Bundan başqa, məlumata görə, Hamarqışlaq, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarında (su bəndi) da yenidənqurma işləri davam etdiriləcək. Məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır.
    Hazırda rayonda ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar var.

  • PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib

    Fransa Futbol Federasiyası (FFF) PSJ klubunun keçmiş oyunçusu Kilian Mbappeyə olan borcun ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, federasiyanın Paris klubunun futbolçuya 55 milyon avro ödəməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

    Mbappe köhnə müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən PSJ-dən FFF və UEFA-ya şikayət edib. Günahı sübut olunarsa, kluba transfer qadağası qoyula və hətta UEFA lisenziyası ləğv edilə bilər. Bu da komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılması anlamına gələcək.

    Qeyd edək ki, K.Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib və klub tarixində ən çox qol vuran futbolçudur. 25 yaşlı hücumçu 2024-cü ilin yayında azad agent kimi İspaniya təmsilçisi “Real”la müqavilə imzalayıb.

    O, PSJ-nin heyətində 5 dəfə Fransa çempionu, 3 dəfə ölkə kuboku və superkubokun qalibi olub. Həmçinin 2 dəfə Liqa Kubokunu qazanıb. K.Mbappe 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu olub.

  • Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

    Noyabrın 26-da Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək.

    Bu barədə “Agence France-Presse” diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, iclasda Ukraynanın müdafiə sənayesi kompleksi (MSK) obyektinə qarşı yeni Rusiya raketinin tətbiqinin nəticələri müzakirə ediləcək.

    Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin “Yujmaş”a (A.M.Makarov adına “Cənub maşınqayırma zavodu”) nüvəsiz hipersəs təchizatlı ballistik raket zərbəsi endirildiyini bildirib.
     
    ///report

  • 2026-cı ildən “Formula 1″də komandaların sayı artacaq

    “Formula 1” üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.

    Bu barədə “Racingnews365” nəşri məlumat yayıb.

    Qətər Qran-prisindən (29 noyabr – 1 dekabr) sonra bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

    Qeyd edək ki, daha əvvəl “Andretti” komandası “Formula 1″də iştirak üçün ərizə verib. Hazırda yarışda 10 komanda mübarizə aparır.

  • İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib

    İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Jerusalem Post” qəzeti xəbər verib.

    Bildirilib ki, mövcud vəziyyət İsrailə İranın nüvə obyektlərini hədəfə almaq və sıradan çıxarmaq üçün fürsət təqdim edib.

    Mənbənin sözlərinə görə, İsrail oktyabrın 26-da İranın nüvə obyektlərinə hücum etməsə də, gələcəkdə belə bir hücum ehtimalı həmişəkindən daha çoxdur.

    “Uzun illərdən sonra ilk dəfədir ki, İranın nüvə proqramına hücum üçün lazım və mümkün iki şərt hazırlanır”, – deyə qəzetdə qeyd olunub.

  • Bu məşhurların fəxri adları əllərindən alındı

    Ukrayna Prezidenti Vladimir Zelenski incəsənət, mədəniyyət xadimləri, siyasətçilər və idmançılar olmaqla ümumilikdə 34 nəfəri dövlət mükafatlarından məhrum edən fərman imzalayıb.
     
    Siyahıya daxil olanlar arasında Xalq artistləri Filipp Kirkorov və Nikolay Baskov, eləcə də müğənnilər Taisiya Povaliy və Aleksandr Malinin, bəstəkar İqor Krutoy, skripkaçı və dirijor Vladimir Spivakov, futbol məşqçisi Anatoli Timoşçuk və başqaları da var.
     
    Qeyd edək ki, onlar vətən xaini elan 

  • Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz – TÖVSİYƏ

    “Diabet riskini azaltmaq mümkündür”.
     
    Bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.
     
    Bildirilib ki, bunun üçün aktiv həyat tərzi, sağlam qidalanma, sağlam çəki, həkim müayinəsindən mütəmadi keçmək və stresi idarə etmək lazımdır:
     
    “Gündəlik olaraq ən azı 30 dəqiqə fiziki aktivlik vacibdir. Gəzinti, qaçış, üzgüçülük və ya rəqs qan şəkərini nəzarətdə saxlamağa kömək edir. Çəkinin azalması qan şəkərini və insulinin təsirini yaxşılaşdırır. Bol tərəvəz, meyvə, taxıl və liflə zəngin qidalar qəbul etmək, şəkərli və yüksək kalorili qidalardan uzaq olmaq lazımdır”.
     
    Qeyd olunub ki, stress hormonları qan şəkərini yüksəldir:
     
    “Meditasiya və nəfəs məşqləri ilə isə stresi azaltmaq mümkündür. Erkən diaqnoz və tədbirlərlə diabet riskini azalda bilərsiniz. Bunun üçün qan şəkərinizi və digər sağlamlıq göstəricilərinizi nəzarətdə saxlamalı, müntəzəm olaraq həkim müayinələrindən keçməlisiniz”.

  • Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı

    Təbii su obyektlərinin, xüsusən də dənizin yaxınlığında olmaq bədənimiz üçün həqiqətən faydalıdır.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu təsir “mavi sağlamlıq” adlanır.

    Alimlər hesab edirlər ki, biz su obyektlərinin yaxınlığında olanda ümumiyyətlə daha çox hərəkət edirik. Təbii mühit də psixi sağlamlığa müsbət təsir göstərir.

    Dəniz sayəsində bir müddət azadlıq hiss edə, işdən, qayğılardan qaça bilərik. O, həmçinin stress səviyyəsini azaltmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

    Quruda yeriməkdəə və ya asanlıqla hərəkət etməkdə çətinlik çəkən əlil və ya fiziki qüsurlu insanlar dənizdə üzür. Bəlkə də bu, onlara bədən azadlığı və ya muxtariyyət hissi verir. Ona görə də su idman növlərinin belə insanlar üçün uyğunlaşdırılması vacibdir.
    //Baku.ws

  • Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar

    Dövlət Gömrük Komitəsinin hədə-qorxu ilə külli miqdarda rüşvətalma və digər ağır cinayətlərdə ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar.

    “Qafqazinfo”nun məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    Sabiq gömrükçülər arasında Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov, həmin idarənin Qırmızı-Körpü gömrük postunun rəisi Vasif Abıyev, Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov var.

    Bundan əlavə, onlarla birgə “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, Şahin Soltanov, həmçinin Rövşən İbrahimov və Fəxrəddin İbrahimov da cinayət məsuliyyətinə cəlb ediliblər.

    Eks-gömrükçülərin qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələri, bununla da milyonlarla məbləğdə artıq gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilib.

    İttihama görə, gömrükçülərin şərait yaratdığı sahibkarlar 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İrandan gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçiriblər.

    Rüşvətalma, qaçaqmalçılıq və səhlənkarlıqda təqsirləndirilən şəxslərdən çoxu həbsdədir. Bir neçəsi barəsində isə məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

    İş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.