Month: November 2024

  • İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb”

    “Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda, daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır”.

    AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

    Dövlətimizin başçısının məktubunda bildirilib ki, konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

    “Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir”, – deyə Azərbaycan Prezidentinin məktubunda vurğulanıb.

  • Bakıda küçədən kişi meyiti tapıldı

    Bakıda küçədən meyit tapılıb.

    Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, X.Məmmədov küçəsi, ev 38-in qarşısında baş verib.

    Gəncə şəhər sakini olan 55 yaşlı Rüfət Ramiz oğlu Rəhimovun meyiti qeyd olunan ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyevdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iştirakçılarına MÜRACİƏT

    Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü bildirirəm.

    Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləmişdir. ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

    ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. “Sülh və barışıq axtarışı mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir.

    Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır. Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

    Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir.

    Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir.

    Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək və genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaqdır.

    Sizə ən xoş arzularımı çatdırır və 12-ci Baş Assambleyanın işinə uğurlar diləyirəm”.

  • Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın MM tərəfindən təqdim olunan üzvləri müəyyənləşib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

    “Report” xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə 21-2-ci maddə (Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi) əlavə edilib.

    Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri və Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilirlər.

    Bundan başqa, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

    Həmçinin, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

  • Скорые поезда Баку – Сумгайыт возобновят движение с 25 ноября



    С 25 ноября ЗАО “Азербайджанские железные дороги” возобновит движение временно отмененных в связи с проведением COP29 скорых электропоездов по маршруту Баку – Сумгайыт.

    Как сообщает Median.Az со ссылкой на акционерное общество, движение поездов будет осуществляться по графику, действующему с 16 сентября 2024 года.

    Таким образом, по направлению Баку – Хырдалан – Сумгайыт – Баку возобновляются рейсы:

    из Баку: 08:10, 17:50, 19:05;

    из Сумгайыта: 07:20;

    из Хырдалана: 08:40, 18:20.

  • Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

    Noyabrın 25-dən “Azərbaycan Dəmir Yolları” QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

    Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:

    – Bakıdan saat 08:10, 17:50 və 19:05,

    – Sumqayıtdan saat 07:20,

    – Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

  • Xankəndidə ilk solo konsert keçiriləcək

    Xankəndi şəhərində bu gün ilk solo konsert təşkil ediləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki , konsertdə ifaçı tarzən Arslan Növrəsli olacaq.

    Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri olan Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edəcək.

    Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunması planlaşdırılır.

    Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.

  • Şirkətin pullarını “TikTok”da bahalı hədiyyələrə xərclədi – HƏBS OLUNDU

    Bakıda “Ucuzluq” univermaqlar şəbəkəsininin külli miqdarda pulunu mənimsəyən Nicat Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

    Hökmə əsasən, Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs cinayət işində zərərçəkmiş şəxs kimi tanınan sahibkar Oruc Quliyevə 69 800 manat ziyan vurub.

    Araşdırmalarla məlum olub ki, şirkətə məxsus və mənimsənilən pulların əksəriyyəti “TikTok” sosial platformasında hədiyyə kimi (“şir” və “universal” tipli pullu jetonlar) müxtəlif şəxslərin hesablarına göndərilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi

    Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

  • ЦАХАЛ ликвидировал главного ракетчика “Исламского джихада” в Газе

    Израильские военные устранили в секторе Газа командующего ракетными силами в составе вооруженных формирований радикального палестинского движения “Исламский джихад” Халеда Абу Дакку.

    Об этом заявила пресс-служба Армии обороны Израиля (ЦАХАЛ).

    Согласно ее заявлению, Абу Дакка “действовал внутри гуманитарной зоны в Дейр-эль-Балахе в центральной части сектора Газа”. По сведениям военных, он “отвечал за командование многочисленными атаками против израильских мирных граждан и военнослужащих ЦАХАЛ”. Начиная с 7 октября 2023 года Абу Дакка “руководил ракетными атаками против населенных пунктов на юге Израиля”, заявили в пресс-службе.

    Ситуация на Ближнем Востоке резко обострилась после проникновения 7 октября 2023 года вооруженных радикалов из палестинского движения ХАМАС из сектора Газа на израильскую территорию, сопровождавшегося убийствами жителей приграничных населенных пунктов и захватом около 250 заложников. Радикалы из “Исламского джихада” поддержали эту атаку. Израиль объявил о полной блокаде Газы и стал наносить ответные удары по сектору и отдельным районам Ливана и Сирии, после чего начал наземную операцию в палестинском анклаве. По последним данным израильской стороны, радикалы удерживают в заложниках в Газе 101 человека.