Month: November 2024

  • Арестован мужчина, пытавшийся похитить девушку вместе со своим двоюродным братом

    В Шекинском суде по тяжким преступлениям завершилось судебное следствие по уголовному делу Интигама Набиева и его двоюродного брата Фикрета Гулиева (имена и фамилии условные – ред.), обвиняемых в попытке похищения человека.

    Как сообщает рravda.az, на заседании под председательством судьи Халига Мамедова был зачитан приговор, согласно которому И.Набиев приговорен к 4 годам, а Ф.Гулиев к 2 годам 11 месяцам и 27 дням лишения свободы. Ф.Гулиев был арестован в зале суда.

    Согласно обвинительному акту, инцидент произошел 14 февраля 2024 года около 14:00 на территории города Габала.

    Интигам Набиев решил похитить Санубар Гаджиеву (имя и фамилия условные – ред.) с целью женитьбы. Вместе со своим двоюродным братом Фикретом Гулиевым они подкараулили девушку на дороге возле Габалинской центральной районной больницы, когда она шла на работу. Затем Интигам, применив силу, посадил потерпевшую в автомобиль Opel Astra, которым управлял его двоюродный брат. После этого Фикрет уехал с места происшествия. Однако автомобиль был остановлен сотрудниками Габалинского районного отдела полиции, которые несли службу на территории и получили информацию о происшествии.

    Оба лица были привлечены к уголовной ответственности, в отношении И.Набиева была избрана мера пресечения в виде ареста, а в отношении Ф.Гулиева – передача под надзор полиции.

  • Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ

    Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən İntiqam Nəbiyev və onun xalası oğlu Fikrət Quliyevin (hər iki şəxsin ad və soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İntiqam Nəbiyev 4 il və Fikrət Quliyev isə 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər. Fikrət Quliyev məhkəmə zalında həbs olunub.

    İttihama görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 14:00-da Qəbələ şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, İntiqam Nəbiyev evlənmək məqsədilə zərərçəkmiş Sənubər Hacıyevanı (şərti) qaçırmaq qərarına gəlib. O, xalası oğlu Fikrət Quliyevlə birgə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı yolda qızın işə gedərkən qarşısını kəsib. Sonra İntiqam zərərçəkmişi xalası oğlunun idarə etdiyi “Opel Astra” avtomobilinə zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub əyləşdirib. Daha sonra Fikrət maşını idarə edərək hadisə yerindən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fikrətin idarə etdiyi maşın saxlanılıb.

    Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib, İntiqam Nəbiyevin barəsində həbs, Fikrət Quliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür

    Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.

    Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.

    “23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq”, – deyə məlumatda vurğulanıb.

    Qeyd etmək lazımdır ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.

  • Azərbaycanda direktor işdən AZAD EDİLDİ

    Mingəçevir Tarix Muzeyinin direktoru vəzifəsindən azad olunub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi struktur tabeliyinə aid Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev təqaüd yaşının çatması ilə əlaqədar işdən çıxarılıb.

    Direktor vəzifəsinin müvəqqəti olaraq icrası muzeyin baş elmi işçisi Aygün Yaqub qızı Yusifovaya həvalə edilib.

    Qeyd edək ki, N.Məmmədəliyev 33 il Tarix Muzeyinə rəhbərlik edib.

  • “Bakı Sığorta” ASC ləğv olunur

    “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Bakı Sığorta” ASC) Ləğv olunduğunu elan edir.

    Median.Az xəbər verir ki, Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

    Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.

    Qeyd edək ki, nizamnamə kapitalı 8 milyon 925 min 440 manat olan ASC-nin qanuni təmsilçisi Şeydabəyov Oqtay Pirmurad oğludur.

  • Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır

    Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk ölkəmizə qayıda bilər.

    Apasport.az saytına verilən məlumata görə, millimizin müdafiəçisinə “Sabah” maraq göstərir.

    Masazır təmsilçisinin yerli transfer siyahısında Krivotsyuk da yer alıb. Lakin Krivotsyukun bu təklifə münasibəti hələ ki, tam bəlli deyil.

    26 yaşlı müdafiəçi 2023-cü il fevral ayında Cənubi Koreyanın “Tedjon Xana” klubu ilə 2+1 illik müqavilə imzalamışdı. O, indiyə qədər “Neftçi” və “Visla” (Plotsk) klublarında oynayıb.

  • Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində noyabrın 22-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

    AZƏRTAC xəbər verir ki, IDEA könüllülərinin iştirakı ilə keçirilən budəfəki aksiya zamanı 1 000 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

    Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolaqlarının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

    IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan “1113” qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

    Qeyd edək ki, “1113 – Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.

  • Prezident: “ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib”

    “Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib”.

    AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

    Bildirilib ki, ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

    “ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. “Sülh və barışıq axtarışı” mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir”, – deyə Azərbaycan Prezidentinin məktubunda vurğulanıb.

  • Дмитрий Песков: Владимир Путин открыт к контактам для выхода на мирную траекторию

    Президент Российской Федерации (РФ) Владимир Путин акцентировал, что сохраняет открытость к любым контактам для выхода на мирную траекторию и деэскалацию конфликта в Украине.

    Об этом заявил пресс-секретарь российского лидера Дмитрий Песков.

    “Что касается открытости к диалогу, то даже во вчерашнем заявлении президент акцентировал его готовность к любым контактам и с целью деэскалации, и с целью избежания дальнейшей эскалации, и с целью выхода на мирную траекторию. Поэтому эта открытость президента к контактам, <…> она была, есть и остается актуальной по сей день, об этом сказал сам глава государства”, – пояснил Песков журналистам.

    Как сообщил 21 ноября Путин, США и их союзники по НАТО ранее заявили о том, что дают разрешение на применение дальнобойного высокоточного оружия, после чего американские и британские ракеты атаковали российские военные объекты в Курской и Брянской областях. По его словам, Россия в ответ на эти атаки впервые применила новейшие российские баллистические ракеты средней дальности “Орешник” в неядерном исполнении по объекту ОПК Украины – заводу “Южмаш” в Днепре. Российский лидер подчеркнул, что провокационная политика Запада может повлечь для него тяжелые последствия в случае дальнейшей эскалации конфликта.

  • Peskov: “Putin “sülh trayektoriyası”na giriş üçün təmaslara açıqdır”

    “Rusiya Prezidenti Vladimir Putin “sülh trayektoriyası”na girmək və Ukraynadakı münaqişənin gərginliyini azaltmaq üçün istənilən təmaslara açıq olduğunu vurğulayıb”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “Dünənki bəyanatında prezident həm gərginliyin azaldılması, həm eskalasiyanın artmasının qarşısının alınması, həm də “sülh trayektoriyası”na daxil olmaq üçün hər cür təmaslara hazır olduğunu vurğulayıb. Prezident təmaslara açıq olub, indi də açıqdır və bu mövzu bu günə qədər də aktualdır, bu barədə dövlət başçısı özü deyib”, – deyə Peskov bildirib.