Month: November 2024

  • Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

    Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

    Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gəlib.

    Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunan qarşılaşma ev sahiblərinin 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.

    Üç qarşılaşmadan sonra yığmamızın 4 xalı var.

  • Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib

    ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

    “Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar. Mütəxəssislər yaxşı bilirlər belə silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil”, – deyə o qeyd edib.

    Onun sözlərinə görə, ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələri haqqında Sazişi birtərəfli qaydada xitam verməklə səhvə yol verib.

    Putin əlavə edib ki, Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər:

    “Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”.

  • Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi

    Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Heybi iki zorakılıqda ittiham olunduqdan sonra məhkəmənin qərarı ilə bir həftə müddətinə həbs edilib.

    Bu barədə NRK yayım korporasiyası məlumat yayıb.

    Bildirilir, məhkəmə polisin təqsirləndirilən şəxsin həbsi ilə bağlı tələbini qismən təmin edib. Heybinin həbsdə saxlandığı müddətdə yazışmalar və ziyarətlər qadağan ediləcək. Polis vəliəhd şahzadənin oğlunun həbsinin zəruriliyini cinayət işində ikinci zorakılıq epizodunun olması, həmçinin mövcud sübutların saxtalaşdırılması riski ilə əsaslandırıb. Heybi hər iki cinayətdə təqsirli olduğunu inkar edir.

    Məlumata görə, vəliəhd şahzadənin oğlu, həmçinin bədən xəsarəti yetirməkdə, hədə-qorxu gəlməkdə və qadına qarşı qətimkan tədbirini pozmaqda ittiham olunur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun cinayətlərini sübut edən videomaterialları əldə ediblər.
    //oxu.az

  • Xeyrullah Hümbətov vəfat etdi

    “Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifədə çalışmış Xeyrullah Hümbətov vəfat edib.

    “Qafqazinfo”nun məlumatına görə, o, bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, Hümbətov Xeyrullah İman oğlu ADY-də Arif Əsgərovun rəhbərliyi dönəmində onun müavini kimi çalışıb. O, daha sonra Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatın sədri olub.

  • Путин: Конфликт в Украине приобрел глобальный характер

    Конфликт в Украине после удара западным оружием по РФ приобрел глобальный характер.

    Об этом в своем обращении к гражданам заявил президент России Владимир Путин.
    “Украинский конфликт после удара западными ракетами по российским территориям приобрел глобальный характер”, – сказал он.

    По его словам, российская ПВО отразила атаки западными дальнобойными ракетами, и противник не смог достигнуть поставленных целей.
    “Наши системы противовоздушной обороны отражали эти атаки, – заявил глава государства. – В результате цели, которые были очевидно поставлены перед собой противником, не достигнуты”, – отметил Путин.
    По его словам, США и их союзники по НАТО решением применять дальнобойные ракеты по российской территории, продолжили курс на эскалацию.
    “Продолжая курс на эскалацию, США и их союзники по НАТО ранее заявили о том, что дают разрешение на применение дальнобойного высокоточного оружия по территории Российской Федерации. Экспертам хорошо известно, и российская сторона это неоднократно подчеркивала, что использовать подобное оружие без прямого участия военных специалистов стран-производителей такого оружия невозможно”, – подчеркнул глава РФ.

  • Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb

    Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.

    Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

    Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qərbin uzaqmənzilli raketlərinin hücumlarını dəf edib və onlar qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.

  • Bu şəxslərin əmək haqları artırıldı

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırıldı.
     
    UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə Elmi Şuranın qərarı ilə dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb.
     
    Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olacaq.
     
    Artımdan sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edəcək.

  • Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub

    Mərakeşdə Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

    Median.Az  “Report”a istinadən xəbər verir ki, bu barədə Maghreb Arab Press (MAP) agentliyi məlumat yayıb.

    Qəza nəticəsində HHQ-nin polkovniki və təlim keçən daha bir zabit həlak olub.

    Bildirilir ki, DA-42 təlim təyyarəsi Ben-Sliman hərbi hava bazasında havaya qalxandan dərhal sonra qəzaya uğrayıb.

    Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komitəsi yaradılıb.

  • США расширили санкционный список по РФ

    Минфин США ввел санкции против Газпромбанка, БКС-банка, банка “Центрокредит” и других кредитных организаций.

    Это следует из опубликованного документа американского ведомства.

    Согласно документу, также в станционные списки попали глава департамента национальной платежной системы Банка России Алла Бакина, ДОМ.РФ, Братский народный банк, Энерготрансбанк, банк “Кремлевский”, банк “Итуруп”, банк “Синара” и другие.

    Всего под рестрикции подпали около 100 физических и юридических лиц.

  • ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

    ABŞ Maliyyə Nazirliyi “Qazprombank”, “BKS Bank”, “Centrocredit Bank” və digər kredit təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

    Bu barədə Amerika qurumunun dərc olunmuş sənədində deyilir.

    Sənədə əsasən, sanksiya siyahısına həmçinin Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, DOM.RF, “Bratskiy Narodnıy Bank”, “Enerqotransbank”, “Kremlyovskiy Bank”, “İturup Bank”, “Sinara Bank” və başqaları da salınıb.

    Ümumilikdə 100-ə yaxın fiziki və hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb.
    //report