Month: November 2024

  • BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi

    Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin yaydığı press-relizdə bildirilib.

    Sənəddə qeyd edildiyinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədər Palatası yekdilliklə Roma Nizamnaməsinə uyğun olaraq, İsrailin etirazlarını rədd edən iki qərar qəbul edib.

    “Netanyahu və Qalantın Fələstin ərazisində törədilmiş mümkün hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verilib”, – deyə press-relizdə bildirilib.

    Bundan əlavə, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deyfin də həbsinə order verilib.

    Lakin İsrail ordusu hələ avqust ayında məlumat vermişdi ki, Deyf iyulun 13-də İsrailin Qəzza zolağının Xan-Yunis şəhərinə endirdiyi zərbə nəticəsində məhv edilib.

  • “Milan” futbolçusu ilə razılığa gəlib

    İtaliyanın “Milan” klubu futbolçusu Matteo Qabbia ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.

    Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

    25 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2029-un ilin yayınadək nəzərdə tutulacaq.

    Qeyd edək ki, Matteo Qabbia cari mövsüm 7 matçda 1 qolla yadda qalıb.

  • Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Şabran, Xızı, Salyan, Xaçmaz, Neftçalada fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

  • Минюст США через суд потребовал от Google продать браузер Chrome

    Министерство юстиции США обратилось в суд с целью потребовать от корпорации Alphabet, владеющей технологическим гигантом Google, отказаться от браузера Chrome.

    Об этом сообщило агентство Reuters.

    По его данным, представители прокуратуры, помимо продажи Chrome, также попросили судебные органы в рамках антимонопольных мер запретить корпорации выходить на рынок браузеров в течение пяти лет.

    Кроме того, Минюст стремится к тому, чтобы запретить Google заключать контракты с Apple и другими компаниями насчет установки на смартфонах и в браузерах поисковой системы. Корпорацию хотят также обязать делиться данными с конкурентами в течение 10 лет. “Правила игры не равны из-за действий Google”, получающей выгоду от незаконно полученного преимущества, отмечается в судебных документах юристов истца.

    Ответчик собирается представить собственные предложения по исправлению ситуации к 20 декабря. Ожидается, что вердикт может быть вынесен к концу лета 2025 года. Как считают представители Google, подобные предложения нанесут ущерб потребителям и разработчикам.

  • “Chrome” ləğv olunur – “Google”a inanılmaz tələblər

    ABŞ Ədliyyə Nazirliyi “Google”un sahibi olan “Alphabet” korporasiyasına qarşı məhkəməyə müraciət edərək populyar “Chrome” brauzerindən çəkinməyi tələb edib. Bu qərar internet brauzerlər bazarında qüvvələr nisbətini köklü şəkildə dəyişə və bütün dünyada milyonlarla istifadəçiyə təsir edə bilər.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Bildirilib ki, prokurorluq yalnız “Chrome”un satışını tələb etməklə kifayətlənməyib. Onlar, həmçinin antiinhisar tədbirləri çərçivəsində “Google”un beş il ərzində brauzerlər bazarına çıxmasına qadağa qoyulmasında israr ediblər.

    “StatCounter”in məlumatlarına əsasən, “Chrome”un ABŞ bazarında payının 61% təşkil etdiyini nəzərə alsaq, bu, misli görünməmiş qərardır.

    Bundan əlavə, Ədliyyə Nazirliyi “Google”un “Apple” və digər şirkətlərlə smartfonlarda, brauzerlərdə öz axtarış sisteminin quraşdırılması ilə bağlı müqavilələr bağlamasını qadağan etməyə çalışır.

    Korporasiyanı, həmçinin 10 il ərzində məlumatları rəqiblərlə bölüşməyə məcbur etmək istəyirlər.

    İddiaçının hüquqşünaslarının məhkəmə sənədlərində qeyd edilir ki, “Google” qanunsuz əldə edilmiş üstünlükdən faydalandığı üçün oyun qaydaları bərabər deyil”.

    “Google” vəziyyətin düzəldilməsi ilə bağlı öz təkliflərini 20 dekabra qədər təqdim etməyi planlaşdırır. Qərarın 2025-ci ilin yayının sonuna qədər veriləcəyi gözlənilir. Korporasiya nümayəndələri hesab edirlər ki, belə tələblər istehlakçılara və tərtibatçılara ziyan vuracaq.
    //oxu.az

  • Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib

    Xaçmazda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

    1958-ci il təvəllüdlü Dəmirov Fərhad Ağamurad oğlu, 1958-ci il təvəllüdlü Z.Əmirbəyova və 1991-ci il təvəllüdlü Z.Soltanova müxtəlif xəsarətlərlə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Qəza nəticəsində birinci sinif şagirdi R.Vəliyev aldığı ağır bədən xəsarətlərindən ölüb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    * * * * *

    Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.

    “Report”un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Belə ki, “Opel” markalı minik avtomobili hərəkətdə olan “Ford” markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinin yoluna atıb.

    Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.

    Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” dəyişib

    Nazirlər Kabineti “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında 28 iyul 2020-ci il tarixli qərarında dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra həmin Meyarlar “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” adlanacaq.

    Sənədə əsasən, aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

    – vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

    – aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasını tam ödədikdə.

  • “Qarabağ”ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq

    “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

    Bu barədə Report.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

    O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.

    Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.

  • Qəzzada ölənlərin sayı 44 minə yüksəldi

    İsrailin 412 gündür intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 44 min 56-ya yüksəlib.

    Median.Az Türkiyə  mediasına istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
     
    Bölgədə soyqırım fəaliyyətləri həyata keçirən İsrail ordusu dinc əhalinin üzərinə bomba yağdırır.
     
    Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 5 hücumda 71 fələstinlinin həyatını itirdiyi, 176 fələstinlinin isə yaralandığı bildirilib.
     
    Ümumi can itkisinin 44 min 56-ya, yaralı sayının isə 104 min 268-ə yüksəldiyi bildirilib.
     
    Qeyd edək ki, Fələstin-İsrail müharibəsi 7 oktyabr  2023-cü ildən bu yana davam edir.

  • Azərbaycanda iki qurum ləğv edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görsün;

    2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.3. bu Sərəncamın 1-ci hissəsi və 2.1-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.4. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.