Month: November 2024

  • Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü

    Bakıda 8 yaşlı qız xəstəxanaya aparılarkən vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

    Yaşadığı evdə halı pisləşən 2016-cı il təvəllüdlü Aylin İslam qızı Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

    Bildirilir ki, bir neçə gün əvvəl A.Məmmədova burun-boğaz əməliyyatı keçirib. Yaxınları onun həkim səhlənkarlığından həyatını itirdiyini bildiriblər.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Самолет рейса Мумбаи – Мюнхен совершил вынужденную посадку в Баку

    Самолет авиакомпании Lufthansa, выполнявший рейс Мумбаи – Мюнхен, совершил вынужденную посадку в Баку.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу Международного аэропорта Гейдар Алиев.

    Согласно информации, капитан воздушного судна авиакомпании Lufthansa, выполнявшего рейс Мумбаи – Мюнхен, запросил вынужденную посадку в Международном аэропорту Гейдар Алиев из-за внезапного ухудшения состояния здоровья одного из пассажиров.

    Самолет Airbus A350 успешно приземлился в воздушной гавани столицы Азербайджана в 06:47 по местному времени.

    Пассажиру была незамедлительно оказана первая медицинская помощь в аэропорту, после чего он был передан бригаде скорой помощи.

  • Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

    “Lufthansa” aviaşirkətinin Mumbai-Münhen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinə istinadən xəbər verir.

    Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

    Belə ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 06:47-də Bakı hava limanında uğurla eniş edib. Sərnişinə hava limanında dərhal ilkin tibbi yardım göstərilib və daha sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.

  • Лейла Алиева и Арзу Алиева посетили выставки в Национальном музее искусств

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева ознакомились с выставками “Саттар Бахлулзаде – волшебная сказка природы”, “Азербайджанская живопись и графика 1920-1980-х годов” и “Ваджиха Самедова – 100: страницы жизни художника” в Национальном музее искусств Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, во время визита Лейле Алиевой и Арзу Алиевой была предоставлена подробная информация о выставках.

  • Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

    AZƏRTAC xəbər verir ki, onlar “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri” adlı sərgilərlə tanış olublar.

    Ziyarət zamanı Leyla Əliyevaya və Arzu Əliyevaya sərgilər haqqında ətraflı məlumat verilib.

  • Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı

    Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Camal Camalovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı altı il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib.

    Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilib və Camal Camalovun cəzası üç ilə endirilib.

    İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən SPA mərkəzinin qarşısında qeydə alınıb.

    Belə ki, sərxoş vəziyyətdə olan Camal Camalov “Chrysler” mаrkаlı аvtоmоbilini keyfiyyətsiz təmir etdiyinə görə zərərçəkmiş usta Dadaş Bəkirova (şərti) zəng edib, telefonda kobud formada iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb, bir-birini söyüb, təhqir ediblər. Sonra o, yaranmış mübahisəni həll etmək üçün avtomobili ilə Dadaşın olduğu SPA mərkəzinin qarşısına gəlib. Camal maşında gəzdirdiyi taxta parçası ilə zərərçəkmişin sağ böyrünə bir dəfə vurub. Eyni zamanda, o, həmin taxta parçası ilə Dadaşın yanında olan şəxsin bel nahiyəsinə iki dəfə vurub.

    Hadisədən sonra Camal Camalov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

  • İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.

    Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

    Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

  • Polkovnikin oğlu ev dustaqlığına buraxıldı

    Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun həbsdəki oğlu Rəşid Kələntərov ev dustaqlığına buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

    Məhkəmə qərar qəbul edərkən müttəhimin istintaqdan yayınma fikrinin olmamasını və ziyanı ödəmək niyyətini əsaslı hesab edib.

    Qeyd edək ki, hərbi hissələrdən birində zabit kimi işləyən Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin təkrar rüşvətalma və qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq maddəsi ilə ittiham elan edilib.

  • В Армении жителя Тебриза избили из-за национальной принадлежности – ВИДЕО

    Житель Тебриза, приезжающий в Армению на заработки, неоднократно, без всякой причины подвергался избиению со стороны армян только потому, что он азербайджанец.

    Об этом сообщает Telegram-канал Azad İran.

    По информации, молодому человеку, наконец, удалось получить запись с камеры видеонаблюдения, на которых запечатлены моменты нападения на него.

    Мужчина заявил, что подаст в суд на правительство Армении за то, что оно не обеспечило его безопасность.

  • Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb – VİDEO

    İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız azərbaycanlı olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Məlumata görə, güneyli gənc sonda zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib.

    O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.