Month: November 2024

  • Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın “rəhbər” şəxslərindən birini öldürüb

    Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yeni əməliyyat keçirib.

    Bu barədə “Anadolu” məlumat yayıb.

    Bildirilib ki, Qara bölgəsində keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbər”lərindən biri olan Serhat Taqay öldürülüb.

  • Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir

    Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

    O qeyd edib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb: “Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik”.

    Nazir onu da qeyd edib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub.

  • В Баку завтра ожидается переменная облачность

    22 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, местами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью местами возможен моросящий дождь. Умеренный юго-западный ветер вечером сменится на северо-западный.

    Температура воздуха ночью составит 10-12° тепла, днем – 13-17° тепла. Атмосферное давление повысится с 762 мм рт.ст. до 767 мм рт.ст. Относительная влажность составит 70-80%.

    В регионах Азербайджана погода ожидается преимущественно без осадков, временами будет туман, подует умеренный восточный ветер. Температура воздуха ночью составит 6-10° тепла, днем 15-20° тепла, в горах ночью – 0-4° тепла (в высокогорьях – 4° мороза), днем 5-10° тепла.

  • Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə arabir az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10° isti olacaq.

  • Azərbaycanda alimentin məbləği artırılır

    2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.

    Median.Az modern.az-a istinadla bildirir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

    Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.

    İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.

    Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

  • Gəncədə qadın sirkə içib öldü

    Gəncədə sirkə içən qadın ölüb.

    Lent.az xəbər verir ki, hadisə ötən gecə saat 1 radələrində Məhsəti qəsəbəsində baş verib.

    59 yaşlı Rəsmiyyə Səfərova yaşadığı evdə sirkə turşusu içib. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Niyam Rəmişin xanımını işdən çıxardıb?

    Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib.

    Axşam.az xəbər verir ki, bu haqda verilişində danışan Zaur “2 il yanında işləyib, indi çıxardıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi şikayət edir ki, niyə məni işdən çıxartdı” sözlərini əlavə edib.

    Niyam isə “Restoran hələ açılmayıb, necə işdən çıxartdım? Yalan danışır. Elə bir sənətkarın xanımını işə dəvət edəndə adını nə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, adı Niyamın yanında olmaqdır. Yanımda sağ əlim olacaq” deyə, cavab verib.

    Qeyd edək ki, Rəmiş dünyasını dəyişəndən sonra xanımı restoranda çalışmağa başlayıb.

  • Karantin cərimələri silinə bilərmi? – Hüquqşünasdan açıqlama

    Bu gün cəmiyyəti narahat edən problemlərdən biri pandemiya dövründə karantin şərtlərinin pozulması ilə bağlı tətbiq edilən cərimələrin hələ də ləğv edilməməsidir. Artıq pandemiyadan 4 ildən çox vaxt keçir. Cərimə olunanların az hissəsi cəriməsini ödəyib. Vətəndaşların əksəriyyəti isə həmin cərimələri ödəməkdə maddi çətinlik çəkdiklərini bildirir.

    Sözügedən cərimlərin taleyi necə olacaq? Hansı halda həmin cərimələrə amnistiya verilə bilər?

    Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, karantin qaydalarının pozulması ilə bağlı tətbiq olunan cərimlərə amnistiya verilməsi gözlənilən deyil:

    “Bu barədə söhbət də yoxdur. Əksinə, son dövrlərdə cərimələr artırılır. Hətta Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, cərimələr dövlət büdcəsindən yan keçir. Yəni, bu, onu deməyə əsas verir ki, hökumət cərimələri yığmaqda daha çox maraqlıdır”.

    Bununla belə, Əkrəm Həsənov hesab edir ki, həmin cərimələr qanunsuz tutulur:

    “Mən həmişə çıxışlarımda bu barədə deyirəm. Çünkü Azərbaycanda karantin rejimində tətbiq olunan məhdudiyyətlər qanunsuz idi. Fövqəladə vəziyyət elan olunmadan insan haqları məhdudlaşdırıla bilməzdi. Amma hər halda tətbiq olunub. İndi dövlət ya bunu tanımalıdır ki, qanunsuz olub, əks halda cərimələri silməyin özü düzgün olmaz. Bu, insanlarda hüquqa-qanuna pis münasibət yarada bilər. Sabah hər hansı məhdudiyyət olanda insanlar onu rahat halda pozacaq və deyəcəklər ki, cəriməni onsuz da siləcəklər.
    Ona görə də cərimələrin silinəcəyini gözləmirəm”.

  • Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi

    Filippində fəlakətlərdə 12 nəfər həyatını itirib.

    Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) ölkədə təsirli olan “Man-yi”, “Toraji” və “Usagi” tayfunları ilə bağlı açıqlama verib.

    Açıqlamada tayfunların törətdiyi fəlakətlər nəticəsində 12 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 3 nəfərdən xəbər alınmadığı bildirilib.
    //azxeber.com

  • Gələn il bu pensiya 400 manatdan çox olacaq

    “Növbəti ildə median pensiyanı 400 manatın üzərində gözləyirik”.

    Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir bildirib ki, burada rəqəm dəqiqdir: “2018-ci ildən median pensiyanı araşdırmağa başlamışıq. 2018-ci ildə median pensiya 167 manat idi”.