Month: November 2024

  • К сведению родителей: среди детей распространился опасный вирус – ВИДЕО

    В Азербайджане среди детей распространился опасный вирус.

    Как сообщает xezerxeber.az, заболевание, которым в основном заражаются дети в возрасте 5-15 лет, сопровождается симптомами, похожими на грипп.

    По словам инфекциониста Айтен Зиядовой, его иногда путают с корью из-за характерной сыпи. Однако, в отличие от кори, при заражении новым вирусом сыпь распространяется сразу по всему телу, а не поэтапно.

    “Неправильное или недостаточное лечение может иметь тяжелые последствия – болезнь может привести к почечной недостаточности, что представляет угрозу для жизни ребенка”, – предупреждает А.Зиядова.

    Кроме того, вирус способен напрямую воздействовать на сердечную мышцу, вызывая нарушения сердечного ритма. Поэтому родителям следует быть крайне внимательными при появлении у ребенка упомянутых симптомов.

    Подробнее – в сюжете:

  • Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB – VİDEO

    Uşaqlar arasında təhlükəli virus yayılıb.

    Xezerxeber.az-ın məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

    İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.

    A. Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

    İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar.

    Ətraflı süjetdə:

  • Приклеенный скотчем к стене банан продали на аукционе за 6.2 млн долларов

    Банан, приклеенный скотчем к стене, был продан на торгах одного из крупнейших в мире аукционных домов Sotheby’s за 6.2 млн долларов.

    Об этом сообщает Median.Az со ссылкой на РИА Новости.

    В публикации отмечается, что произведение Comedian принадлежит итальянскому художнику Маурицио Каттелану. Предварительная стоимость банана составляла от 1 млн долларов до 1.5 млн долларов.

    Произведение приобрел криптовалютный предприниматель Джастин Сан. В своем X он написал, что планирует в ближайшие дни съесть банан.

  • İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı

    İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri – divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.

    Bu barədə “Sotheby’s” hərrac evinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

    Əsər Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

    “Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam. Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq”, – Castin San “X” hesabında yazıb.

  • Морские спецназовцы Азербайджана участвуют в учениях SAT-SAS-2024

    Согласно плану подготовки на 2024 год, в Турции проводятся совместные учения SAT-SAS-2024 с подразделениями подводного штурма и подводной обороны Военно-морских сил (ВМС) Азербайджана и Турции.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны АР.

    В ходе совместных учений на военно-морской базе Аксаз в городе Мармарис Турецкой Республики морские спецназовцы с высоким профессионализмом выполнили задачи по захвату кораблей.

    В последующие дни учений, согласно плану, подразделения специального назначения обеих стран будут выполнять задачи по отработке тактики сухопутных и морских боев, выполнению спуска с вертолета, захвату условной прибрежной территории, поиску и уничтожению неразорвавшихся боеприпасов и морских мин.

    Отметим, что совместные учения будут продолжаться до 29 ноября.

  • Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər

    2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

    Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

    Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.

  • Военнослужащего азербайджанской армии похоронили в Нахчыване

    Состоялись похороны военнослужащего азербайджанской армии Бахри Тагиева.

    Как сообщает Report, его тело было предано земле в родном селе Хок Кенгерлинского района Нахчыванской АР.

    На церемонии прощания присутствовали его сослуживцы, представители руководства района и местной общественности.

    Отметим, что Б.Тагиев скончался 20 ноября по пути в медицинское учреждение после резкого ухудшения состояния здоровья.

    Покойный был женат и имел пятилетнего сына.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub

    Azərbaycan Ordusunun bu gün vəfat edən hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev Kəngərli rayonunun Xok kəndində dəfn olunub.

    “Report” xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu. O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

    B.Tağıyev ailəli idi, 5 yaşlı oğlu var.

  • В Баку 59-летняя женщина пострадала в ДТП

    В Хатаинском районе Баку произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу Севду Эйвазову (1965 г.р.).

    Пострадавшая была госпитализирована. При обследовании у него диагностировали сочетанные травмы, а также закрытую черепно-мозговую травму.

    По данному факту ведется расследование.

  • Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı

    Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

    “Report” xəbər verir ki, 1965-ci il təvəllüdlü Sevda Nazir qızı Eyvazova yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.